Icma.az
close
up
RU
Qərb liderlərini Kiyevə gətirən qatarın sirləri... FOTO

Qərb liderlərini Kiyevə gətirən qatarın sirləri... FOTO

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zelenski qızılı vaqondan istifadə edir

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərb liderləri Polşadan Kiyevə “sirli qatar”la gedirlər.

Moderator.az xəbər verir ki, Aif.ru saytı bu dəbdəbəli  və sirli qatarla bağlı araşdırma dərc edib. 

Bildirilir ki, Ukrayna hakimiyyəti münaqişə başlayandan sonra bu istiqamətdə dəmiryolunu adi sərnişinlər üçün bağlayıb. Qatarlar Polşadan yola düşür: liderlər əvvəl “Rzeszow-Jasionka” hava limanına gəlir, sonra qatarla Kiyevə yollanırlar. Ukrayna Dəmir Yolları şirkəti-  “Ukrzaliznytsia” səfərlərin tam təhlükəsizliyini təmin edir və marşrutun təfərrüatları məxfi saxlanılır.

Əvvəllər kifayət qədər pulu olan hər kəs bu “təkərli otel”dən birini icarəyə götürə bilərdi. İndi isə bu qatar yalnız  Qərb liderlərini Polşadan Kiyevə gətirir. Prezident Zelenski də özü Ukraynan dəmir yoluna məxsus bu  vaqonlardan istifadə edir. 

2023-cü ilin fevralında ABŞ-ın 46-cı prezidenti Co Bayden Kiyevə gözlənilməz səfəri zamanı isə Polşadan “PESA Bydgoszcz” şirkətinin  qatarı ilə gəlib. Bildirilir ki, vaqon qonaq , iki yataq, mətbəx, iki vanna otaqları, eləcə də kondisioner və müasir elektron sistemlərlə təchiz olunub. İnteryer dizaynı Qdanskdakı Rəssamlıq Akademiyasının komandası tərəfindən hazırlanıb. 2023-cü ildə Baydenin səfərindən bir qədər əvvəl  vaqonun interyerindəki  köhnə dəbli xalçalar və  qırmızı pərdələr çıxarılaraq bir qədər dəyişdirilib.  QAtarın maksimal sürət 160 km/saatdır. Xüsusi vaqon rabitə və təhlükəsizlik üçün müasir elektronika, eləcə də sərnişinlərin mühafizəsi üçün zirehli elementlərlə doludur. Britaniyanın o vaxtkı baş naziri Boris Conson da yaxşı təchiz olunmuş mətbəxi olan vaqonda Kiyevə gedib. Fransa prezidenti Emmanuel Makron, Almaniyanın o zamankı  kansleri Olaf Şolz və İtaliyanın sabiq baş naziri Mario Draqinin səfəri üçün tünd göy dizaynlı  vaqon ayrılıbmış. Maraqlıdır ki, həmin vaqonda yalnız bir cüt çarpayı diqqət çəkib.  İki il sonra, indi başqa siyasətçilərin - Merz (Almaniya) və Starmer (Böyük Britaniya) ilə birlikdə olan Makron  daha az dəbdəbəli vaqonda Kiyevə gedib.  Orada da yalnız bir kral çarpayısı olub.  “Ukrzaliznitsia”nın 10 xüsusi vaqonu arasında qızılla örtülmüş salonu ilə xüsusi diqqəti cəlb edən biri var. 047-0007 nömrəli  qatar-vaqon Ukrayna hakimiyyətinin sərəncamındadır.

İçindəki hər şey - konfrans masaları, çilçıraqlar, mətbəx mebeli, duş və tualetlə vanna otağı və geniş iki nəfərlik çarpayıqızıl rəngdə bəzədilib.

Təhlükəsizlik üçün xüsusi bölmə nəzərdə tutulub. Qızılı ilə örtülmüş duş kabinəsi olan bu  vaqonda indiyədək heç bir Qərb siyasətçisinə rast gəlinməyib. Rusiya mediası iddia edir ki,  Zelenski özü bu vaqondan istifadə edir. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Sentyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri