Icma.az
close
up
RU
Menu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Qazlı içkilərlə bağlı yeni araşdırma: Dişlər üçün zərərlidir?

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

Qərb mediasındakı ermənipərəst izlər...

Qərb mediasındakı ermənipərəst izlər...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanı təzyiqlərlə yolundan döndərmək mümkün deyil

Yeni dövrün əsas “silahı” sayılan informasiya bu gün həm ictimai rəyin formalaşmasında, həm də idarə olunmasında əhəmiyyəti rola malikdir. Bu mənada, qlobal dünyada baş verən proseslərlə bağlı fikir yaratmaq üçün əsas vasitəyə çevrilən informasiya bəzi hallarda dürüstlük, doğruluq kimi meyarlardan uzaq qalır. Bu reallıq isə informasiya müstəvisində aparılan mübarizənin nə qədər amansız və məqsədyönlü olduğunu ortaya qoyur. Təəssüf ki, Qərbin aparıcı media qurumları bu prosesdə neytral informasiya mənbəyi kimi çıxış etmək əvəzinə, müəyyən siyasi mərkəzlərin alətinə çevriliblər. Bu xüsusda, Qərb mediasının Azərbaycana münasibətdə uzun illərdir sərgilədiyi ədalətsiz və qərəzli mövqe açıq şəkildə görünməkdədir.

Saxta hekayətlər, şayiələr...

Prezident İlham Əliyev Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib ki, Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir. “Biz çalışdıq bunu dəyişək, amma alınmadı. Ona görə yox ki, biz fəal deyilik, biz çox fəalıq. Səbəb ölkəmiz haqqında müxtəlif saxta hekayətlərin söylənilməsi və şayiələrin yayılmasında, Azərbaycanı qara rəngdə təsvir etməsi üçün diktə edən Avropanın siyasi spektrində olan bəzi qaydalarda və prosedurlardadır. Bunun bir neçə səbəbi mövcuddur. Onlardan birini yaddan çıxarmalı deyilik. O, ABŞ-da çox fəal olan birləşmiş erməni lobbi qruplarıdır. Siz və biz bilirik ki, Qərbdə, o cümlədən Almaniyada bəzi media  ABŞ-ın təsiri altındadır. Yəni, erməni mediasının təsiri ilə anti-Azərbaycan dairələrindən reportajlar daxil olanda, birmənalı olaraq, biz Azərbaycana qarşı ümumi media hücumunu görürük. Biz bununla artıq bir neçə dəfə rastlaşmışıq”, - deyə ölkə başçısı bildirib.

Bəli, qeyd edildiyi kimi, Qərbin bir çox media platformalarında Ermənistanın maraqlarına xidmət edən, erməni lobbisinin sifarişi ilə yazıldığı açıq-aşkar hiss edilən yazılar tirajlanır. Bu orqanların bir çoxu birbaşa erməni lobbisinin təsir dairəsində fəaliyyət göstərir. Xüsusilə ABŞ-da və Fransada geniş maliyyə imkanlarına malik erməni diaspor təşkilatları və onlara bağlı senatorlar, jurnalistlər, QHT-lər Azərbaycanla bağlı neqativ təsəvvür yaratmağa çalışır. Burada əsas məqsəd Ermənistanın 30 il davam etmiş işğal siyasətinə haqq qazandırmaq, Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi prinsipini gözdən salmaqdır. Bu media qurumları Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni təhrif etməklə yanaşı, Ermənistanın təcavüzkar siyasətini “haqlı narahatlıq” kimi təqdim edirlər. Təəssüfləndirici haldır ki, bir çox “demokartik Qərb dəyərlərini”, “azad mətbuat prinsiplərini” öz fəaliyyətlərində əks etdirdiyini iddia edən mətbu orqanlar da bu çirkin kampaniyanın tərkib hissəsinə çevrilir, ucuz maraqlar qarşılığında Azərbaycanın haqq-ədalət işinə, dövlətimizin regionda yaratdığı yeni reallıqlara, müəyyənləşdirdiyi siyasi kursa qarşı əsassız hücumlar təşkil edirlər.

Qlobal tədbirlər öncəsi hücumlar: Təsadüfmü, yoxsa planlı təxribat?

Bu mənada, ən çox diqqət çəkən məqam bu hücumların ölkəmizdə beynəlxalq miqyaslı tədbirlərin təşkili, idman turnirlərinin keçirildiyi, eləcə də sivilizasiyalararası dialoqla bağlı tədbirlərin baş tutuduğu məqamlarda reallaşmasıdır. Başqa sözlə, Qərb mediasının Azərbaycana qarşı xüsusi hücum dalğaları adətən ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirlər ərəfəsində daha da güclənir. Bu, heç də təsadüfi deyil. Məsələn, istər 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları ərəfəsində, istər Formula 1 yarışları öncəsi, istər “Avrovision” msiqi yarışması ərəfəsində, nəhayət COP29 tədbirindən qabaq bu hücumlar daha da intensivləşmişdi. Məhz belə məqamlarda Qərbin əsas media orqanları demək olar ki, hər gün Azərbaycana qarşı təzyiq xarakterli bir neçə məqalə dərc edirdilər. Burada məqsəd yalnız ölkənin uğurlarına kölgə salmaq, imicini zədələmək və beynəlxalq ictimai rəydə neqativ fikir formalaşdırmaq idi - eyni zamanda, erməni lobbisi bu yolla özünün çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar. O dövrdə “The Guardian”, “The Independent”, “New York Times” və “Washington Post” kimi orqanlar insan hüquqları, media azadlığı, korrupsiya ittihamları adı altında ölkəyə qarşı qondarma “iddialarla” informasiya müharibəsi aparırdılar. Halbuki bu əsassız iddiaların reallıqla heç bir əlaqəsi yox idi və məqsəd sırf Azərbaycanın güclənən mövqeyini ləkələmək idi. Təsadüfi deyildi ki, ABŞ-ın prezidenti Donald Tramp də daima bu tip media qurumlarını “fake news” - “saxta xəbər” fabrikləri adlandıraraq onların ictimai rəyə yönəlik manipulyasiyasını açıq şəkildə tənqid edir. Dövlət başçısı bu məsələlərə toxunaraq bildirib ki, bunu böyük beynəlxalq tədbirlər ərəfəsində dəfələrlə görmüşəm: “Birincisi, 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunları keçiriləndə oldu. O vaxt biz saxta hekayətlər, hücumlar və Qərb mediasının müxtəlif qarayaxma cəhdlərinin hədəfinə çevrildik. Sonuncu misal COP29 idi. Həmin vaxt Qərbin aparıcı mediasında gündə ən azı, ola bilsin 7 və ya 10 məqalə çıxırdı. Prezident Tramp onları saxta xəbər adlandırır. Məsələn, “Washington Post”, “New York Times”, “Newsweek”, yaxud Fransanın “Le Monde” və “Figaro” kimi mətbuat orqanları. Bunlar Azərbaycanı gözdən salmaq üçün əlaqələndirilmiş, təşkil olunmuş hücumlar idi”.

Vaxt keçdikcə gücümüz də artır

Bu kimi qərəzli və məqsədli hücumlar Azərbaycanı öz milli maraqlarına uyğun siyasətindən döndərə bilməz. Ölkəmiz hər zaman müstəqil siyasi kursumuzu qoruyur, milli maraqlarımıza istinad edir. Azərbaycan bu gün də qlobal platformalarda aktiv şəkildə təmsil olunur, beynəlxalq tədbirlərə ev sahibliyi edir və regionda sülhün, təhlükəsizliyin təmin olunmasında vacib aktora çevrilib. Artıq ənənəyə çevrilmiş Qlobal Şuşa Media Forumu bunun ən bariz sübutudur. Qərb mediasının yalanlar üzərində qurduğu bu təzyiq maşını nə Azərbaycanın müstəqilliyini, nə də beynəlxalq nüfuzunu zədələyə bilər. Əksinə, bu hücumlar Azərbaycan cəmiyyətində milli həmrəyliyi daha da gücləndirir, informasiya suverenliyinin vacibliyini ortaya qoyur və müstəqil medianın inkişafına təkan verir. Prezident İlham Əliyev Forumda çıxışı zamanı deyib ki, biz ölkəmizin potensialını bilirik. Azərbaycanın müxtəlif sahələrdə əhəmiyyətini bilirik və vaxt keçdikcə gücümüz də artır: “Əlbəttə, Qərbdə bəzi dairələrdə böyük məyusluq var idi ki, Azərbaycan həddindən artıq müstəqil siyasət aparır, təlimatlarımıza qulaq asmır, məsləhətlərimizə məhəl qoymur və istədiyini edir. Əgər biz həmin məsləhətləri dinləsəydik, ola bilsin, bu gün ölkəmiz ən azı iki qonşusu ilə müharibədə idi. Əgər məsləhətləri dinləsəydik, biz Qarabağı heç zaman qaytara bilməzdik. Əgər məsləhətləri dinləsəydik, bu gün ola bilsin BVF-dən və onun “parçala və hökm sür” strategiyasından asılı olardıq. Bir sözlə, biz məsləhətlərə qulaq asmadıq”.

Nəticə etibarilə, informasiya əsrində aparılan bu qeyri-bərabər mübarizədə əsas güc faktlara, ədalətə və gerçəkliyə əsaslanan mövqeyə malik olmaqdır. Azərbaycan da məhz bu mövqeyə sahibdir - və bu, ən böyük üstünlükdür...

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyul 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see494

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see342

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see325

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see291

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see287

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see281

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see259

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see253

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see244

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see211

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see197

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see197

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see191

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see186

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see177

Qazlı içkilərlə bağlı yeni araşdırma: Dişlər üçün zərərlidir?

31 İyul 2026 18:59see176

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

31 İyul 2026 21:49see170

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

01 Avqust 2026 01:57see167

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

01 Avqust 2026 01:59see165

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

02 Avqust 2026 05:23see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri