Icma.az
close
up
RU
“Qərb mətbuatının kimisə Azərbaycana lider kimi sırımaq cəhdi uğusuz olacaq”Qüdrət Həsənquliyev

“Qərb mətbuatının kimisə Azərbaycana lider kimi sırımaq cəhdi uğusuz olacaq”Qüdrət Həsənquliyev

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Prezident İlham Əliyevin “Rusiya bu gün” informasiya agentliyinə verdiyi müsahibədən sonra onu yenidən Rusiyayönümlü siyasət yürütməkdə ittiham etməyə başlayıblar. Sizin fikrinizi bilmək istərdik...
- Bunu edənlər Qərbin bəslədiyi uşaqlardır. İlham Əliyev artıq torpaqlarımızı işğaldan azad etmiş tarixi şəxsiyyətdir. O, bu uğura daha çox Rusiya və Türkiyə ilə münasibətləri üst səviyyəyə qaldıraraq, Ermənistanı Rusiyanın dəstəyindən məhrum etməklə, Rusiyanın müharibədə neytrallığına nail olmaqla imza atıb. Qələbəni asan əldə etdiyimiz üçün bəziləri onun möhtəşəmliyini tam dərk edə bilmir. Əksini düşünün, Rusiya Ermənistanı birinci Qarabağ müharibəsindəki kimi dəstəkləsəydi müharibə nə qədər davam edərdi, neçə şəhər və kəndlərimiz dağılardı, nə qədər itki verərdik? Ukraynanı hansı səviyyədə olmasından asılı olmayaraq hər halda bütün Qərb dəstəkləyir, amma nəticəyə baxın. Həmin marginallaşmış qrupun hay-küyünə baxmayaraq 22 fevral 2020-ci ildə Moskvada Rusiya ilə müttəfiqlik münasibətlərinə dair saziş imzalanmasaydı, biz, Xankəndi üzərində dövlət suverenliyinə çox çətinliklə və daha qanlı döyüşlərlə nail ola bilərdik. Etimadlı münasibətlər sayəsində Rusiya öz sülhməramlılarını üçtərəfli bəyannamədə nəzərdə tutulandan tez ölkəmizdən çıxardı, əlləri qana batmış erməni seperatçıları və işğalçıları ölkəmizi tərk etdi. Ölkənin gələcəyinə görə heç bir məsuliyyət daşımayan bu “uşaqlar” regional çağırışları və çətinlikləri nəzərə almırlar. Həmin çıxışın Türkiyə əleyhinə olması barədə deyilənlər də cəfəngiyyatdır. İlham Əliyev həmin çıxışında Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdi və Şuşa Bəyannaməsi barədə kifayət qədər ətraflı danışdı.
İlham Əliyev bu uğurlara nail olub deyə, o demək deyil ki, onu və hökuməti tənqid etmək olmaz, ölkənin problemlərindən, hökumətin fəaliyyətindəki çatışmazlıqlardan danışmaq, hansısa təkliflərlə, təşəbbüslərlə çıxış etmək olmaz. Biz də bir çoxları kimi zəruri saydığımızda bunu edirik. Ancaq İlham Əliyevi “İlham Əliyev güclü və nüvə silahına sahib Fransa ilə münasibətləri korlayır”-, deyərək ittiham etmək üçün gərək vicdanını itirəsən. İlham Əliyev həmin müsahibəsində də deyir ki, o Prezident kimi ilk səfərini Fransaya edib. Biz, Fransa ilə münasibətləri yüksək səviyyəyə qaldırmaq üçün bəlkə də lazım olduğundan daha çox səy göstrəmişik. İlham Əliyev Fransaya dedi ki, parlamentinizin hər iki palatası Qarabağın müstəqilliyinin tanınması barədə qərar qəbul etsin?
Bu gün bizə olan hücumlar həm ermənilərə, həm də Rusiya, Türkiyə, Çin və Pakistanla münasibətlərimizi inkişaf etdirməyimizə görədir. Baxmayaraq ki, bu əlaqələr başqa ölkələrə qarşı yönəlməyib.
Əlbəttə, Qərblə münasibətlərdə yaranmış gərginliyin yumşaldılmasını istəsəm də, onu bilməliyik ki, yaranmış gərginliyin səbəbkarı Azərbaycan deyil.

- Son zamanlar qeyd etdiyiniz marginallaşmış qrupun rəhbərinə Qərb mətbuatı tərəfindən xüsusi “diqqət” göstərilməsini necə şərh edərdiniz?

- Azərbaycan məhkəməsi onu 1500 manat cərimələməklə yenidən diqqət mərkəzinə gətirdi. Qərb mətbuatı onunla müsahibələr təşkil etməklə guya iqtidara təzyiq edir, hakimiyyətə real alternativ kimi təqdim etməyə çalışırlar. İqtidarda da bəzi adamlar bilsə də ki, internet var və tənqidi fikri boğmaq mümkün deyil, buna baxmayaraq cəmiyyətdə elə bir ictimai rəy, görüntü formalaşdırmağa çalışırlar ki, xalq qəbul etsin ki, kim olmasından asılı olmayaraq onun problrmlərindən, həmin problemlərin aradan qaldırılması yollarından yalnız Qərbin bəslədiyi uşaqlar danışa bilər. Dünyanın ən inkişaf etmiş ölkələrində də problemlər var və həmin problemlər mediada, seçkili dövlət hakimiyyət orqanlarında müzakirə edilir. Xalq da görür ki, dövlət orqanları problemlərdən agahdır və onun uğurlu həlli üçün müzakirələr aparılır. Ölkə mətbuatında, parlamentdə problemlərin, nöqsanların, çatışmamazlıqların müzakirəsinə geniş imkan yaradılsa və həmin problemlərin üstünə gedilsə, Qərb mətbuatının kimisə Azərbaycana lider kimi sırımaq cəhdi uğusuz olcaq, həmin bəslənən uşaqların da səsi batacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Dekabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see297

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see258

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see232

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see212

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see141

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see139

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see136

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see136

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see129

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see129

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see125

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see124

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri