Icma.az
close
up
RU
“Qərb “tərəfdaşlarının” yalan vədləri Ukraynaya hər gün faciə yaşadır”

“Qərb “tərəfdaşlarının” yalan vədləri Ukraynaya hər gün faciə yaşadır”

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ceyhun Məmmədov: “Ukraynalıların əksəriyyəti öz ölkələrinin qələbəsinə inanır, amma...”

Ukrayna Azərbaycanlıları Konqresi (UAK) İdarə Heyətinin üzvü, diaspor fəalı Ceyhun Məmmədov AYNA-ya müsahibəsində yaşadığı ölkədə davam edən müharibə, mövcud reallıqlar və gözləntilər barədə danışıb.

- Bu gün Ukraynanın günü necədir?

- Bu gün noyabrın 14-ü, Ukraynanın rus işğalına qarşı qəhrəmancasına müdafiəsinin 995-ci günüdür. Ukraynada vəziyyət çətin və qeyri-sabit olaraq qalır. Rusiyanın işğalı infrastrukturun, özəlliklə enerji infrastrukturunun böyük ölçüdə dağılmasına və milyonlarla insanın məcburi köçkün olmasına səbəb olub. Buna görə də Ukrayna iqtisadiyyatı böhran yaşayır, sürətli inflyasiya davam edir. Minlərlə ukraynalının qida, dərman və müvəqqəti mənzil daxil olmaqla, humanitar yardıma ehtiyacı var. Lakin bütün bunlara baxmayaraq, ukrayna xalqı işğalçılara qarşı mətanətlə müqavimət göstərməyə və qələbə ümidini yaşatmağa davam edir.

Cəbhədə də vəziyyət ağır olaraq qalır. 2024-cü ildə regionun əsas şəhərləri uğrunda mübarizə davam edir. Bu ilin sonuna kimi Kreml Donetsk vilayətinin bütün ərazisini ələ keçirməyə çalışır. Bu günlərdə Kuraxove şəhəri cəbhənin ən qaynar nöqtəsi olaraq qalır, işğalçılar müxtəlif istiqamətlərdən aktiv hücumlarını davam etdirirlər. Bunlarla yanaşı Trampın andiçmə mərasimindən əvvəl Rusiya ordusunun Ukrayna qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmaq planları barədə xəbərlər özünü doğruldur. Cəbhənin bu sektorunda rus ordusunun hücum hərəkətlərində artım müşahidə olunur. Rusyanın Kursk ətrafındakı hərbi kontingentinin sayının 50 000 nəfərə çatdığı bildirilir.

Bundan əlavə, Rusiya hər gün pilotsuz uçuş aparatları və arada raketlər vasitəsilə Ukraynanın arxa cəbhəsini, dinc əhalini hədəf almağa davam edir. Bu, son zamanlarda daha aktiv hal alıb. Rusiya işğalçıları üçün bütün Ukraynanı hər gecə daimi stress, mənəvi və psixoloji təzyiq altında saxlamaq son dərəcə vacibdir. İndi onlar üçün vacib olan hətta konkret hədəfi vurmaq deyil, istər hərbi, istər mülki, istər infrastruktur, istərsə də yaşayış məntəqəsi onlar üçün fərq eləmir. Bu, ukraynalıların mənəvi və psixoloji tükənməsi və Ukraynanı təslimçi sülhə məcbur etmək istəyən Rusiya strategiyasının çox vacib komponentlərindən biridir. Ukraynanın Qərb “tərəfdaşlarının” öz qətiyyətsizliklərinə haqq qazandıran hər bir yalan vədi ukraynalılara hər gün itki, göz yaşı və şəhid qanı bahasına başa gəlir. Şəhərlərə gündəlik hücumlar, kritik infrastruktura hücumlar və dinc əhaliyə qarşı davamlı təhdidlər ukraynalıları zəiflətmir, əksinə onların qətiyyətini gücləndirir.

- Rusiya hücumlarına ara vermir, ABŞ-da Tramp iqtidara gəldi, Avropa liderləri narahatdırlar. Kiyevin meydanda tək qalmaq qorxusu varmı?

- Əlbbəttə, bu gün beynəlxalq siyasətdə mümkün dəyişiklikləri Kiyev təşvişlə izləyir. Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışı və bəzi Avropa liderlərinin ehtiyatlı bəyanatları Ukraynanı dəstəkləməyin onun müttəfiqləri üçün daha az prioritet ola biləcəyi ilə bağlı ukraynalıların haqlı narahatlıqları artırır. Əsas narahatlıq isə müttəfiqlərin “yorulması” və Ukraynanın ərazilərini güzəştə getməyə məcbur edilməsi ilə bağlıdır.

Bununla belə, Ukrayna haqlı olduğuna əmindir və mübarizəsinin əhəmiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlindən gələni edir. Ölkə avropalı tərəfdaşlarla fəal işləyir və dəstəyin saxlanmasına kömək edəcək uzunmüddətli əlaqələri gücləndirmək yollarını axtarır. Ədalətli düşünən hər kəsə bəllidir ki, öz torpaqlarını müdafiə edən Ukrayna xalqı bütün azad dünyanı və demokratiyanı müdafiə edir. Beynəlxalq ictimaiyyətin Rusiyanı sakitləşdirməyə yönəlmiş addımları və Ukraynanın maraqlarına uyğun olmayan kompromislər tapmaq cəhdləri Rusiya kimi işğalçı gücləri daha da cəsarətləndirə və hətta yeni münaqişə bölgələrinin yaranmasına səbəbiyyət verə bilər. Çin-Tayvan və ya Şimali Koreya-Cənubi Koreya kimi.

- Siyasətçilərin məlumatları olur, gözlənti və proqnoz formalaşdıra bilirlər. Amma sıravi vətəndaş məlumatsızdır. Hazırda sıravi ukraynalı bu gedişatdan nə gözləyir?

- Donald Trampın prezident seçildikdən sonra ilk sözləri onun planetdəki bütün müharibələrə son qoymaq niyyəti barədə bəyanatı olub və bundan əvvəl o, Ukraynadakı müharibənin seçkidə qələbə çaldıqdan sonra 24 saat ərzində bitirə biləcəyini bildirib. Amma populizm və reallıq qısa bir zamanda ayrılır və həqiqət üzə çıxır. Müşahidə etdiyimiz qədəriylə, son bir il yarım ərzində Ağ Ev son dərəcə amorf və qətiyyətsiz mövqe nümayiş etdirdi. Və bu vəziyyət Trampın inauqurasiyasına qədər də davam edəcəyə bənzəyir.

Bu depressiv fəaliyyətsizlikdə ABŞ-ın düşmənləri də öz resurslarının imkan verdiyi qədər bu xarici siyasət apatiyasından istifadə edəcək. Məsələn, Rusiya çox sayda canlı qüvvə itkisinə baxmayaraq, Ukraynada aqressiv bir şəkildə irəliləmək istəyəcək. Bununla da belə bir görüntü yaratmaq istəyəcək ki, sanki hər şey plana uyğun gedir və bütün Ukraynanı ələ keçirə bilər və ona görə də onunla onun şərtləri əsasında danışıqlar aparmaq lazımdır. Ona görə də Ukraynanın indi vəzifəsi müharibənin yeni mərhələsinə daxil olmaq üçün maksimum resurslar toplamaqdır.

Ukraynalılar ilk növbədə qələbə, sülh və təhlükəsizlik istəyir, gözləyir və bunun üçün çalışırlar. Onlar müharibənin tezliklə bitməsinə, Ukraynanın ərazi bütövlüyünün bərpasına və normal həyata qayıtmağa ümid edirlər. Ukraynalıların əksəriyyəti öz ölkələrinin qələbəsinə inanır. Bununla belə, müharibənin uzun sürməsi və gələcəyin qeyri-müəyyənliyi artdıqca insanlar daha çox narahat olmağa başlayırlar. Ukrayna xalqı beynəlxalq dəstəyin azalmayacağına ümid edir, bütün çətinliklərə baxmayaraq, yaşamağa, işləməyə və cəbhəyə kömək etməyə davam edir.

- Ukraynadakı azərbaycanlıların vəziyyəti necədir: mövcud güzəranları və sabaha baxışları...?

- Ukraynada yaşayan azərbaycanlılar da ukraynalıların üzləşdiyi çətinliklərlə üzləşiblər, bir çoxları evlərini tərk edərək başqa bölgələrə sığınmağa məcbur olublar, bir çoxları Azərbaycana qayıdıblar. Lakin bütün çətinliklərə baxmayaraq, Ukraynadakı Azərbaycan icması bu ağır zamanda ukraynalılarla həmrəylik nümayiş etdirərək ölkəni fəal şəkildə dəstəkləyir. Bu gün ukrayna azərbaycanlıları əllərindən gəldiyi qədər humanitar yardımlara və yerli təşkilatları dəstəkləməyə davam edirlər. Ukrayna Silahlı Qüvvələrinin tərkibində minlərlə soydaşımız döyüşür. Bunlardan 60 nəfərə yaxını Ukraynanın azadlığı uğurunda şəhid olub.

Ukraynada yaşayan azərbaycanlılar özlərini Ukrayna cəmiyyətinin bir hissəsi kimi hiss edir və hər iki ölkənin gələcəyini dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində görürlər. Bura bizim ikinci vətənimizdir, seçdiyimiz vətənimiz. Və biz inanırıq ki Ukraynanın qələbəsi ilə bizim həyatımıza, çox az insana nəsib olan bir qürur, iki qələbə yazılacaq - həm ana vətənimiz Azərbaycanın həm də seçdiyimiz vətənimiz Ukraynanın qələbəsi!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see284

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri