Qərb vahid şəkildə Ukraynaya dəstəyi artırır
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Ukraynaya dəstək məqsədilə yaradılmış “Könüllülər koalisiyası” yenidən bir araya gəldi. Görüşdə Böyük Britaniya və ABŞ nümayəndələri də iştirak etdilər. Göründüyü kimi, Avropa İttifaqı və NATO ölkələri Ukraynaya dəstək məsələsində ortaq mövqe nümayiş etdirməyə çalışırlar. Artıq Rusiyanın kölgə donanmasına qarşı da konkret addımlar atılır. Hətta Liviya sahillərində və Finlandiya sahilləri yaxınlığında Rusiya ilə əlaqəli kölgə donanmasının gəmiləri hədəfə alınır.
Bütün bunlar onu göstərir ki, Qərb Ukrayna məsələsində daha konkret və sərt mövqe ortaya qoymağa başlayıb. Donald Trampın Putinlə bağlı fərqli yanaşmasına baxmayaraq, Vaşinqtonda da bu məsələdə fikir ayrılıqları mövcuddur. Ağ Ev daxilində Ukrayna siyasəti ilə bağlı vahid mövqenin olmadığı müşahidə edilir. Hətta Trampın kürəkəni Cared Kuşnerin də Ukrayna məsələsində onun yanaşmasını tam dəstəkləmədiyi barədə fikirlər səsləndirir.
Böyük Britaniyanın öncüllük etdiyi Avropa koalisiyası Ukraynaya siyasi və hərbi dəstəyin davam etdirilməsində maraqlı olduğunu nümayiş etdirir. Eyni zamanda, Putinin müharibənin dayandırılması ilə bağlı təkliflərin bəzi bəndlərinə razılıq verməsi Moskvanın müəyyən məsələlərdə geri çəkilməyə hazır olduğunu göstərir. Bununla belə, Donbas məsələsində Rusiya hələ də öz mövqeyini qoruyur.
Düşünürəm ki, Qərbin mövqeyinin daha da sərtləşməsi, eləcə də gələn ilin yanvarından etibarən ABŞ Konqresində demokratların fəaliyyətə başlaması Tramp administrasiyasının Ukrayna siyasətinə təsir göstərə bilər. Bu amillər Rusiyaya qarşı siyasi və iqtisadi təzyiqlərin artmasına gətirib çıxara bilər.
Rusiya üçün daha mürəkkəb mərhələnin başlanîr. Moskva gələn il atəşkəsə razılaşmaq məcburiyyətində qala bilər. Bununla belə, Rusiyanın müharibəni daha genişmiqyaslı eskalasiyaya aparması hazırkı şəraitdə o qədər də real görünmür.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
Bu mövzuda digər xəbərlər:Norveç Ukraynaya dəstəyi artırır
26 Noyabr 2024 16:52
Zelenski: “Qərb Ukraynaya kifayət qədər maliyyə dəstəyi vermir”
28 Dekabr 2025 16:19
Ukraynaya Qərb qoşunları...
29 Mart 2025 01:10
Qərb silahları müharibəni əsaslı şəkildə dəyişməyəcək, əksinə Ukraynaya başqa yollarla kömək edəcək, NYT
22 Noyabr 2024 10:59
“Qərb qoşunları Ukraynaya göndərilməməlidir”
26 Noyabr 2024 15:31
Baxış sayı:93
Bu xəbər 23 Noyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















