Icma.az
close
up
RU
Qərbdən İsrailə qarşı ard arda qərarlar Qəzzadakı soyqırım beynəlxalq reaksiyalara səbəb olur

Qərbdən İsrailə qarşı ard arda qərarlar Qəzzadakı soyqırım beynəlxalq reaksiyalara səbəb olur

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Qəzza zolağında davam edən soyqırım və işğalçı İsrailin Fələstin ərazilərindəki fəaliyyəti beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olmaqdadır. Qərb ölkələri arasında artan narahatlıq fonunda İsrailə qarşı həm diplomatik, həm də iqtisadi təzyiqlər güclənir. Bu təzyiqlər yalnız humanitar narahatlıqlarla deyil, beynəlxalq hüququn pozulması riski ilə də əsaslandırılır.

İlk ciddi addım Böyük Britaniyadan gəldi. Rəsmi London, İsraillə ticarət danışıqlarını dayandırmaqla yanaşı, 350 silah ixrac lisenziyasından 30-nun qüvvəsini müvəqqəti olaraq dondurdu. Bu addım İsrailin fəaliyyətlərinin beynəlxalq humanitar hüquqa zidd ola biləcəyi ilə əlaqələndirilib. Eyni zamanda, bəzi israilli məskunlaşmaçılara və təşkilatlara qarşı sanksiyalar tətbiq edilib.

Avropa İttifaqı isə daha genişmiqyaslı addım ataraq, İsraillə Assosiasiya Sazişinin yenidən qiymətləndirilməsinə başlayıb. Estoniyanın xarici işlər naziri Kaja Kallas bu prosesi rəsmən təsdiqləyib. Aİ daxilində 17 ölkə bu təşəbbüsü dəstəkləsə də, 9 ölkə buna qarşı çıxır. Bu da İttifaq daxilindəki siyasi parçalanmanı göstərir.

Fransa, Kanada və Böyük Britaniya birgə bəyanatla İsrailin Qəzzadakı əməliyyatlarını, xüsusilə humanitar yardımın qarşısının alınmasını kəskin tənqid edib. Bəyanatda “konkret tədbirlər”, o cümlədən hədəfli sanksiyalarla bağlı xəbərdarlıq yer alıb. Fransa isə Fələstin dövlətini tanımağa hazır olduğunu bildirib.

İspaniya parlamenti İsraillə silah ticarətinin qadağan olunması məsələsini müzakirəyə çıxarıb. İsveç isə israilli rəsmilərə qarşı sanksiyaların vacibliyini gündəmə gətirib.

Artan beynəlxalq təzyiqlər fonunda Qəzzada insanlıq əleyhinə cinayətlər törədən  İsrail hökuməti müəyyən güzəştlərə getməyə məcbur olub. 20 may tarixində Kərəm Şalom keçid məntəqəsi vasitəsilə Qəzzaya 93 yük maşını ilə humanitar yardım çatdırılıb. Bu, 11 həftədən sonra həyata keçirilən ilk böyük yardım partiyasıdır.

Eyni zamanda,  işğalçı İsrail rejiminin rəhbəri Benyamin Netanyahu, Qətərdə aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinin bir hissəsinin geri çağırılmasına göstəriş verib. Bu qərar münaqişənin diplomatik həlli cəhdlərinin zəiflədiyini göstərir.

İsrail daxilində də siyasi gərginlik artır. Knesset üzvü Yair Qolan hökuməti “İsraili təcrid olunmuş bir dövlətə çevirməkdə” ittiham edib. Bu bəyanat həm hakim koalisiyada, həm də müxalifət dairələrində rezonans doğurub.

Beynəlxalq arenada isə İsrailin Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq səyləri dayanıb. ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Vaşinqton bu istiqamətdə işini davam etdirir. Lakin Ər-Riyad açıq şəkildə bildirib ki, Qəzzadakı müharibə dayandırılmadan bu istiqamətdə irəliləyiş mümkün deyil.

Qeyd olunmalıdır ki, Qəzzada baş verənlər fonunda formalaşan beynəlxalq konsensus İsrailin xarici siyasətinə və regional mövqeyinə ciddi təsir göstərir. Qərbin artan təzyiqləri və Avropa İttifaqı daxilindəki diplomatik təşəbbüslər İsrailin gələcək addımlarını daha ehtiyatla atmasına səbəb ola bilər. Eyni zamanda, bu təzyiqlərin humanitar sahədə müsbət nəticələr verməsi də mümkündür.

Rasim Əliyev
“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 May 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri