Çin İsrailə çağırış etdi: “Qəzzadakı hücumları dayandırın”
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çinin BMT-dəki nümayəndəsi Sun Zhiqiang BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail münaqişəsinə həsr olunmuş iclasında beynəlxalq ictimaiyyətə çağırış edib.
Sfera.az “Haber Global”a istinadən xəbər verir ki, o, iki dövlətli həll planının reallaşdırılması üçün siyasi prosesin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Sun Zhiqiang çıxışında İsrailin yenidən hücumlara başlamasının atəşkəs razılaşmasının tamamilə pozulmasına səbəb olduğunu bildirib. Onun sözlərinə görə, bu vəziyyət daha çox insan itkisinə və dağıntılara yol açır.
Çinli diplomat İsrailə Qəzzada hücumları dayandırmaq çağırışı edərək qeyd edib ki, atəşkəsin davamlı şəkildə həyata keçirilməsi üçün zəmanətçi ölkələr ədalətli və məsuliyyətli davranmalı, üç mərhələli razılaşmanın tam icrası üçün zəruri addımlar atmalıdırlar.
Fidan Hacızadə
sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 21 Mart 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















