Qərbi Afrikada 32 milyon insan iqlim dəyişmələri səbəbindən evindən didərgin düşə bilər
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) iqlim böhranının təsirləri səbəbindən bölgədə təxminən 32 milyon insanın məcburi köçkün ola biləcəyini xəbərdar edib.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, təşkilat həmçinin, iqlim hədəflərinə çatmaq üçün 294 milyard dollar maliyyələşdirməyə ehtiyac olduğunu bildirib.
ECOWAS-ın İqtisadi İşlər və Kənd Təsərrüfatı üzrə Komissarı Kalilu Sylla, Nigeriyanın Abuja şəhərində keçirilən seminarda Qərbi Afrika regional karbon bazarı platformasının yaradılmasını təklif edib.
Sylla bildirib ki, Qərbi Afrika dünyanın iqlim dəyişikliyinə ən həssas bölgələrindən biridir.
Bölgədə temperaturun 2050-ci ilə qədər 1,5-3 dərəcə Selsi artacağı gözlənildiyini qeyd edib.
Sylla Qərbi Afrikanın karbon bazarlarında əhəmiyyətli potensiala malik olduğunu qeyd edərək, bölgənin 350 milyon hektardan çox kənd təsərrüfatı torpaqlarına, eləcə də geniş meşəlik ərazilərə, manqrov ekosistemlərinə və torpaqların meliorasiyası üçün böyük imkanlara malik olduğunu bildirib.
Anar
Bu mövzuda digər xəbərlər:Afrikada 35 milyon insan evindən didərgin
07 Dekabr 2024 09:29
Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər
15 Avqust 2026 19:04
ARDNŞ Qərbi Afrikada da neft çıxaracaq
23 Yanvar 2026 11:27
Qərbi Afrikada meymun çiçəyi xəstəliyinin sayı artıb...
08 İyun 2025 22:04
Dövlət Neft Şirkəti Qərbi Afrikada hasilat payı qazanıb
18 Sentyabr 2026 09:15
Baxış sayı:124
Bu xəbər 14 Avqust 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















