Qərbi Avropanın köpəkləri dayanmadan hürür
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbi Avropa ölkələrinin “Rusiya kölgə donanması” adlandırdığı gəmilərlə bağlı açıqlamalarına münasibət bildirib.
Modern.az xəbər verir ki, Medvedev bu barədə sosial şəbəkə hesabında yazıb.
“Qərbi Avropanın köpəkləri qondarma Rusiya kölgə donanması barədə var gücü ilə hürür. Bununla Rusiya bayrağı altında olmayan, lakin bizim maraqlarımız naminə daşımalar həyata keçirən adi ticarət gəmiləri nəzərdə tutulur”, - Medvedev qeyd edib.
Onun sözlərinə görə, simmetrik yanaşmanı rəhbər tutaraq Rusiya düşmən ölkələrinə məxsus istənilən ticarət gəmisinə qarşı, onun Rusiya sularında və ya neytral sularda olmasından asılı olmayaraq, hücum etmək hüququna malikdir.
Medvedev bildirib ki, bunun üçün həmin gəminin qarşı tərəfin maraqlarına uyğun yük daşıdığına dair kifayət qədər şübhənin olması yetərlidir.
“Yəni istənilən yük! Belə gəmilər çoxdur. Silahlı Qüvvələrimiz Qara dəniz hövzəsinin hüdudlarından kənarda fəaliyyətini kəskin şəkildə genişləndirmək iqtidarındadır”, – deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 12 Avqust 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















