Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcması bəyanat yaydı

Qərbi Azərbaycan İcması bəyanat yaydı

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı – Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin 25 fevral 2025-ci ildə keçirilmiş iclasında qəbul edilmiş yekun sənədini qınayır və tamamilə rədd edir.
Demokrat.az  xəbər verir ki, bu barədə icmanın bəyanatında qeyd edilib.
Avropa Parlamenti və Ermənistan parlamenti tərəfindən qəbul edilmiş bu sənəd irqçilik, insan hüquqlarına hörmətsizlik, Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakteri daşıyır və regionda yeni müharibənin yaradılmasına xidmət edir.
Azərbaycan ərazilərinin 20 faizini işğal edərək minə yaxın şəhər və kəndi dağıtmış, 20 mindən artıq azərbaycanlını Azərbaycan ərazisində qətlə yetirmiş, 4000 azərbaycanlını məcburi itkin düşməyə məruz qoymuş, milyonlarla mina və partlamamış hərbi sursatla Azərbaycan ərazilərinin 13 faizini çirkləndirmiş Ermənistan “demokratiya” təcəssümü və “sülh göyərçini” kimi qələmə verilir. Sanki irqçi ideologiya əsasında öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoymuş Ermənistan deyil. Azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə otuz ildən artıqdır ki, biganə yanaşanların indi Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərlə bağlı məsələləri qaldırması açıq-aşkar irqi ayrı-seçkiliyin nümunəsidir. Ermənistanda kütləvi və sistematik şəkildə dağıdılan Azərbaycan mədəni irsi, azərbaycanlıların pozulmuş mülkiyyət hüquqları və onların qayıdış hüququ məsələsini görməzdən gələn Avropa Parlamentinin insan hüquqları və humanitar hüquq məsələsindən danışmağa mənəvi haqqı yoxdur.
Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə şübhəli bilinərək məhkəmə qarşısına çıxarılmış şəxslərin azadlığa buraxılmasına dair çağırış etmək məhkəmə müstəqilliyinə qarşı yönəlməklə, Xocalı qurbanlarının xatirəsinə hörmətsizlikdir. Bu cür çağırışlar faktiki olaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı müharibə cinayətlərinə haqq qazandırır, Ermənistana cəzasızlıq vəd edir və onu bu cür cinayətləri təkrarlamağa cəsarətləndirir.
Militarist məqsədlərə xidmət edən “Avropa Sülh Fondu” və Avropa İttifaqının Ermənistandakı missiyasına (EUMA) sənəddə edilən çoxsaylı istinadlar Avropa İttifaqının Ermənistanın hərbiləşdirməsini bundan sonra da davam etdirəcəyinin göstəricisidir.
ATƏT-in “Minsk Qrupu” adlı qondarma quruma, onun mənfur “Madrid Prinsiplərinə” istinad bu bəyanatın müəlliflərinin əsl niyyətinin bölgədə yenidən münaqişə yaratmaq olmasına şübhə yeri qoymur.
Xüsusilə ciddi diqqət yetirilməli məqam ondan ibarətdir ki, bu bəyanata Ermənistanın hakim partiyasının çoxluq təşkil etdiyi parlamenti də razılıq verib. Bu onu sübut edir ki, Ermənistan hökuməti sülh danışıqlarında səmimi deyil və bu danışıqlardan özünün kütləvi silahlanma proqramını başa çatdırmaq üçün örtük kimi istifadə edir.
Biz beynəlxalq ictimaiyyəti Ermənistanın və Avropa İttifaqının insan hüquqları və sülhə qarşı bu addımlarına qarşı çıxmağa çağırırıq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri