Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcması: Levon TerPetrosyan iqçilik, nifrət, işğalçılıq siyasətini təbliğ edir

Qərbi Azərbaycan İcması: Levon TerPetrosyan iqçilik, nifrət, işğalçılıq siyasətini təbliğ edir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayılıb. Levon Ter-Petrosyanın Ermənistanın prezidenti olaraq etdiyi çıxış bu ölkənin siyasi dairələrində dərindən kök salmış irqçiliyi, Azərbaycan xalqına qarşı nifrəti, işğalçılıq siyasətini nümayiş etdirir.

Bizimyol.info xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

İcma əlavə şərh olmadan Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxışın mətnindən həmin hissənin çıxarışını olduğu kimi verib: “Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi 180 min yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi - Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib”.

Bəyanatda bildirilir ki, faktiki olaraq, Ermənistan “əhali yoxdursa, problem yoxdur” yanaşmasından çıxış edərək Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparmışdır. Bütün bunlar bir daha sübut edir ki, Levon Ter-Petrosyanın “erməni milli azadlıq mübarizəsi”ndən, Robert Koçaryan, Serj Sarqsyan kimi səhra komandirlərindən tutmuş “demokratik” Nikol Paşinyan hakimiyyətinə qədər Ermənistan dövlətçiliyinin mahiyyəti dəyişmir. Ermənistanın 1987-ci ildə başlatdığı münaqişənin məqsədi məhz etnik təmizləmə həyata keçirməklə monoetnik məkan yaratmaq, Azərbaycan əraziləri hesabına mifik “böyük Ermənistan” yaratmaq olub və indiki Ermənistan hakimiyyəti deportasiya edilmiş azərbaycanlıların qayıdışına imkan verməməklə bu cinayəti davam etdirir.

“Hadisələrdən 30 ildən çox keçməsindən sonra belə Ermənistan cəmiyyətinin və erməni diasporunun Levon Ter-Petrosyanın yuxarıda qeyd edilən çıxışını dəstəkləməsi və ya ört-basdır etməyə çalışması biz Qərbi azərbaycanlıları olduqca məyus edir. Lakin Ermənistan bu sistematik qanlı cinayətlərin izini itirməyə, onları danmağa müvəffəq olmayacaq. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın bu irqçi siyasətini pisləməyə, onu Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırmağa dəvət edirik. Qərbi Azərbaycan İcması beynəlxalq hüquq çərçivəsində Ermənistanın məsuliyyətə cəlb edilməsi və Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz dədə-baba yurdlarına qayıdışını təmin etmək üçün öz səylərini davam etdirəcək”, - deyə bəyanatda qeyd olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Yanvar 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri