Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasının Qubada yeni ofisi açılıb

Qərbi Azərbaycan İcmasının Qubada yeni ofisi açılıb

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Noyabrın 30-da Qərbi Azərbaycan İcmasının rəhbər şəxsləri və nümayəndə heyəti Quba rayonuna olublar. Səfər Qərbi Azərbaycan İcmasının Quba rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılışı çərçivəsində baş tutub. Səfərdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, deputatlar Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Əlibala Məhərrəmzadə, Müşviq Məmmədli, Şahin İsmayılov, Günay Ağamalı, İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova, Nəzarət-Təftiş Komissiyasının sədri professor Vahid Novruzov, Hüquq Komissiyasının sədri Zahid Cəfərov, eləcə də digər nümayəndələr və tanınmış elm xadimləri iştirak ediblər.

SİA-nın məlumatına görə, icmadan bildirilib ki, əvvəlcə qonaqlar Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

“Tarixi yaddaşımızı qoruyaq!” – Qubada Qərbi Azərbaycana qayıdış mesajı

Quba nümayəndəliyinin açılış mərasimi çərçivəsində Qərbi Azərbaycan mövzusuna dair sənədlər, kitablar və xəritələrin yer aldığı mərkəz iştirakçılara təqdim olunub. Daha sonra rayon və icma rəhbərliyi, həmçinin elm xadimlərinin iştirakı ilə iclas keçirilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxışında bildirib ki, Azərbaycanın böyük Zəfərindən sonra regionda yeni reallıqlar yaranıb və bu gün Qərbi Azərbaycan mövzusu ümiddən daha çox əminliyə çevrilib. Onun sözlərinə görə, Qubada istifadəyə verilən bu mərkəz İcmanın fəaliyyətində mühüm rol oynayacaq.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli vurğulayıb ki, Qubada nümayəndəliyin açılması, indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiya olunduğu günlərə təsadüf etməsi baxımından xüsusi məna kəsb edir. O qeyd edib ki, Quba ictimaiyyəti bu məsələyə həssas yanaşmaqla Qərbi Azərbaycan mövzusunun ümummilli xarakter aldığını bir daha göstərib.

“Soydaşlarımızın təhlükəsiz, ləyaqətli və beynəlxalq hüquq çərçivəsində öz doğma yurdlarına qayıtması Azərbaycan dövlətinin prioritetidir. Qubada yeni ofisin açılması bu işin regional səviyyədə daha səmərəli təşkilinə xidmət edəcək,” – deyə Əziz Ələkbərli bildirib.

Digər çıxışçılar da qeyd ediblər ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti artıq ölkənin bütün bölgələrini əhatə edir. Yeni ofislərin açılması Qayıdış prosesinin möhkəmlənməsinə, ictimai həmrəyliyin genişlənməsinə mühüm töhfə verir.

Quba nümayəndəliyinin yeni ofisi bölgədə yaşayan Qərbi Azərbaycan əsilli soydaşların təşkilatlanması, mədəni irsin qorunması, deportasiya faktlarının toplanması, gənclərin maarifləndirilməsi və Qayıdış Konsepsiyasının yerli səviyyədə icrası üçün geniş imkanlar yaradacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:475
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Noyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri