Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ağxaç, Ağhəmzəli, Ağcaarx toponimləri Türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası: Ağxaç, Ağhəmzəli, Ağcaarx toponimləri Türk tarixinin izi

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "XIX-XX əsrin əvvəllərində erməniləşdirilən kəndlər" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Ağxaç, Ağhəmzəli, Ağcaarx toponimləri haqqında söz açılır.

Bildirilib ki, ermənilər Qərbi Azərbaycanın yaşayış məntəqələrindən əhalini zaman-zaman deportasiyaya məruz qoyduqdan sonra həmin əraziləri mərhələli şəkildə xarabalığa çevirib, adını dəyişdirib və siyasi məkrliyə əl ataraq müxtəlif qərarlarla ləğv ediblər.

Ağxaç - Dərələyəz mahalının Paşalı, sonralar Əzizbəyov və Vayk adlandırılan rayonda kənd olub. Burada 1831-ci ildən yalnız azərbaycanlı yaşayıb. XIX əsrin 50-60-cı illərində kəndə ermənilər köçürüldükdən sonra qarışıq kəndə çevrilib. 1918-1919, eləcə də 1928-1929-cu illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılıblar.

Ağhəmzəli - Zəngibasar mahalının Zəngibasar, sonralar Masis adlandırılan rayonda kənd adıdır. Ermənilər bu kəndə 1828-ci ildən sonra İrandan köçürülüb. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunublar. Onlar 1920-ci ildə evlərinə dönsələr də, 1948-1949-cu illərdə Azərbaycana köçürülüblər. 1967-ci il mayın 25-də kəndin adı dəyişdirilib Marmaraşen qoyulub.

Ağcaarx - Sərdarabad mahalının Sərdarabad, sonralar Oktemberyan adlandırılan rayonda kənd olub. 1831-ci ildən azərbaycanlıların yaşadığı kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunub və bura xaricdən köçürülən ermənilər yerləşdirilib. 1946-cı il aprelin 4-də kəndin adı dəyişdirilib Arevik qoyulub.

Sonda vurğulanıb ki, ermənilərin bütün cəhdlərinə, fərman və qərarlarına baxmayaraq, bu yurd yerləri unudulmayıb, dilimizin ən qədim qatlarında mühafizə olunub və bu gün gələcək nəsillərə çatdırılır: "Çünki bunlar Qərbi Azərbaycanın ən xırda cizgilərini özündə qoruyub saxlayan yaşayış məskənləri, unudulmaz toponimləridir.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: Ağxaç, Ağhəmzəli, Ağcaarx toponimləri - Türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası: Ağxaç, Ağhəmzəli, Ağcaarx toponimləri - Türk tarixinin izi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Noyabr 2024 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see325

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see198

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see189

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see150

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see142

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see138

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see126

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see124

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri