Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Aşağı Gödəkli, Aşağı Körpülü, Aşağı Gəzbin Türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası: Aşağı Gödəkli, Aşağı Körpülü, Aşağı Gəzbin Türk tarixinin izi

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "SSRİ-nin əhalisini köçürüb ləğv etdiyi oğuz eli" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Gödəkli, Aşağı Körpülü və Aşağı Gəzbin toponimi haqqında söz açılıb.

Bildirilib ki, son iki yüz ildən çoxdur ermənilərin millətçilik düşüncəsindən qidalanan şovinist siyasətin tərkib hissəsini qədim Azərbaycanın tarixini saxtalaşdırmaq, torpaqlarımızın yaddaşı olan yer-yurd adlarını dəyişdirmək təşkil edib.

Aşağı Gödəkli - Zəngəzur mahalının Qafan rayonunda kənd olub. Adı Qafqazın 5 verstlik xəritəsində Gedaklu formasında qeyd edilib. 1831-ci ildən burada yaşayan azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunublar. 1920-ci ildə sağ qalan kənd sakinləri öz evlərinə dönüblər. 1988-ci ilin noyabrın axırında azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz doğma torpaqlarından qovulublar.

Aşağı Körpülü - Loru mahalının Barana, sonralar Noyemberyan adlandırılan rayonda kənd adıdır. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1.5 km aralı yeni yurd salıblar. Həmin ildən Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünüb. Beləliklə, Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınıb. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunublar və kənd ləğv edilib.

Aşağı Gəzbin - Talın mahalının Talın rayonu ərazisində kənd olub. 1926-cı ildə ləğv edilib.

Sonda vurğulanıb ki, indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından məcburi köçürülməsindən sonra ermənilərin izitirmə planı bugünədək davam edir: "Lakin əminik ki, biz doğma yurd yerlərimizə yenidən qayıtmaqla tarixi yaddaşımızı bərpa edəcək, Vətən sevgisi ilə böyüyən gələcək nəsillər doğma ocaqlarımızı daim işıqlandıracaqlar".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: Aşağı Gödəkli, Aşağı Körpülü, Aşağı Gəzbin - Türk tarixinin izi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyul 2025 01:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri