Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Deportasiya cücərtilərini 1986 cı ildən hiss edirdik

Qərbi Azərbaycan Xronikası: Deportasiya cücərtilərini 1986 cı ildən hiss edirdik

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Baku TV-də "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı yayımlanıb

"Cismani olaraq gündüzlər burada, gecələr xəyalən oradayıq" adlı veriliş Zəngəzur mahalının Qafan rayonunun Siznək kənd sakini İslam Mahmudovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta və ali məktəb illərini, kənd həyatını xatırlayıb. Təsərrüfatda çalışdıqlarını, mal-heyvan otardıqlarını, ot biçdiklərini, meşədən odun və palıd qozu yığdıqlarını söyləyib.

İslam Mahmudov deyib ki, daim ayrı-seçkiliyə məruz qalıblar və ermənilər Qafana 1960-cı ildən sonra gəliblər:

"Kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Babamın dediyinə görə, Qafanda ermənilərin say üstünlüyü olmayıb. Onlar İran və Türkiyədən köçürüldükdən sonra Sünikə yaxın bir yerdə, Daxtaqan deyilən kiçik qəsəbə salıblar və köhnə, yararsız evlərdə yaşayıblar. Kəndimiz 1986-cı ilə qədər Siznək adlanıb. Ermənilər 1986-cı ildə kəndin adını həm sovetlikdən, həm də sovxozdan götürərək "Sünik" qoydular. Bundan sonra vəzifəyə ancaq ermənilər təyin edildilər və əhalinin tərkibi tədricən dəyişdi. Deportasiya cücərtilərini biz 1986-cı ildən hiss etməyə başladıq. Nəhayət, 1988-ci ilin payızında erməni saqqallıları kəndə daxil olub camaatı zorla çıxardılar. Qohum-qonşular evin qapısını bağlayıb çıxdılar və Zəngilan rayonunun Seyidlər kəndinə gəldilər. Sonra Bakı, Sumqayıt, Şirvan, Naxçıvan və digər yerlərdə məskunlaşdılar".

Siznək kənd sakini deportasiya və erməni vəhşiliyindən söz açıb:

"Babam həmişə deyirdi ki, 1905-1907 və 1918-1920-ci illərdə qaçqınlıq yaşamışam. Bizi iki dəfə öz torpağımızdan çıxardılar və geri qaytardılar. Atam tarix müəllimi olduğundan bu məsələləri çox geniş izah edirdi. Biz dörd dəfə - 1905-1907, 1918-1920, 1948-1950 və 1988-ci illərdə deportasiyaya məruz qalmışıq. Ermənilərin azərbaycanlılara, kənd sakinlərinə yetirdikləri ölümcül xəsarətlər nəticəsində çox insan həyatını itirib".

İslam Mahmudov Vətənə qayıdış arzusundan danışaraq bildirib ki, "Biz qayıdıb babalarımızın çırağını yandırmaq arzusu ilə yaşayırıq. Cismani olaraq gündüzlər buradayıq, amma gecələr xəyalən oradayıq. Gəzdiyimiz cığırların, bulaqların, içdiyimiz suyun, yediyimiz meyvələrin həsrətindəyik. Hamının bir arzusu var ki, Qərbi Azərbaycana qayıdaq, doğma yerlərimizi görək və babalarımızın ruhu şad olsun".

Ümumilikdə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, həmçinin doğma yurda qayıtmaq arzusunu əks etdirən güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Deportasiya cücərtilərini 1986-cı ildən hiss edirdik"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 İyul 2025 01:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri