Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənilərin addəyişmə terroruna məruz qalan Balakənd, Bala Məzrə toponimləri

Qərbi Azərbaycan Xronikası: Ermənilərin addəyişmə terroruna məruz qalan Balakənd, Bala Məzrə toponimləri

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Bala Məzrə - qədim türk tarixinin sübutu" adlı süjet hazırlanıb.

Moderator.az xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Balakənd, Bala Məzrə toponimləri və Bala tüklü təpə oronimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycan sakinləri zaman-zaman tarixi etnik vətənlərindən deportasiyaya məruz qaldıqdan sonra coğrafi məkanlarımızın izi itirilməyə çalışılıb.

Balakənd - Loru mahalının Barana, sonralar Noemberyan adlandırılan rayonda kənd olub. 1930-cu ildən sonra azərbaycanlılar qovulub və kəndə ermənilər yerləşdirilib. Kəndin adı dəyişdirilib Doveğ qoyulub.

Bala Məzrə - Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonda kənd adıdır. Kəndin bir adı da "Qulu ağalı" olub. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə ermənilər tərəfindən törədilən qırğınlarla qovulublar. İndiki Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları yenidən kəndə qayıdıblar. 1988-ci ilin noyabrında Ermənistan dövləti tərəfindən azərbaycanlılar yenidən tarixi-etnik torpaqlarından zorla qovulublar. Kəndin ərazisində IV-VII əsrlərə aid oğuz qəbiristanlığı, X-XII əsrlərə aid alban kilsəsi var. Kəndin adı erməni dilinə kalka edilərək Pokr Mazra (Bala Məzrə) kimi işlədilir.

Bala tüklü təpə - Loru mahalının Barana, sonralar Noemberyan adlandırılan rayonda təpə adıdır.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanın erməni saxtakarlığına məruz qalmış toponimləri unudulmayan və unudulmayacaq türk, oğuz izləridir: "Bunlar həm də erməni addəyişmə terrorunun qurbanları, Qərbi Azərbaycanın itirilmiş qədim tarixini əks etdirən yaşayış məskənləridir. Təbii ki, bu, bir reallıqdır və tarix boyu bu həqiqətlər gizlədilə və itirilə bilməz".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see365

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see197

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri