Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənilər qədim kilsədən ayaqyolu kimi istifadə edirdilər

Qərbi Azərbaycan Xronikası: Ermənilər qədim kilsədən ayaqyolu kimi istifadə edirdilər

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev olub.

O, ata-baba yurdundan - Qərbi Azərbaycanın Allahverdi rayonunun Böyük Ayrım kəndindən söhbət açıb. Bildirib ki, 17 yaşı tamam olana kimi bu kənddə yaşayıb, sonra isə təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlib. Müsahibin sözlərinə görə, Böyük Ayrım kəndi çox səfalı təbiətə malik olub. Təbii mənzərələrinə görə Azərbaycanın Xankəndi şəhəri ilə oxşarlıq təşkil edib. Böyük Ayrım kəndinin dörd bir tərəfi uca dağlarla əhatələnib, həmçinin mülayim havası, gur axan çayları, kənd təsərrüfatı üçün münbit torpağı olub. Azərbaycan türkləri bu qədim yaşayış məntəqəsində tarixən yurd salıb, yaşayıb-yaradıblar. Təsadüfi deyil ki, Allahverdi rayonundakı coğrafi adlar Azərbaycan türklərinin adı ilə bağlıdır.

Millət vəkili E.Musayev Allahverdi rayonunda qədim alban kilsələrinin olmasına diqqət çəkib. Qeyd edib ki, Qarakilsədəki kilsədən ermənilər ayaqyolu kimi istifadə ediblər. Bu faktın özü bir daha sübut edir ki, Qərbi Azərbaycandakı tarixi kilsələrin ermənilərə aidiyyəti yoxdur. Çünki heç bir millət özünə məxsus olan dini-tarixi abidəni bu qaydada təhqir etməz. O, sovet illərində ermənilərin soydaşlarımıza qarşı ayrı-seçkiliyinə dair faktları da dilə gətirib. Deyib ki, o dövrdə azərbaycanlıların yüksək vəzifələrə təyinatı qeyri-mümkün olub. Soydaşlarımızın say baxımından üstünlüyü, o cümlədən orta məktəblərdə azərbaycanlı şagirdlərin çoxluğu daim erməniləri narahat edib. Hətta orta məktəbdə azərbaycanlı generalların şəkilləri asıldığı üçün ermənilər böyük səs-küy salıblar. 1987-1991-ci il hadisələrində isə silahlı ermənilər kəndlərə basqın edib azərbaycanlıları öldürüblər.

"Vətən doğulduğun kənddən başlayır", - söyləyən BAP sədri rəhbərlik etdiyi partiyanın Qərbi Azərbaycan məsələsinə münasibətini də diqqətə çatdırıb. Söyləyib ki, ötən əsrdən bu yana Azərbaycandan zorla qoparılmış tarixi torpaqlarımız geri qaytarılmalıdır. Yalnız bu halda tarixi ədalət bərpa oluna bilər. E.Musayev vurğulayıb ki, ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər. Onun qənaətincə, Paşinyan hakimiyyəti hazırda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır deyil. Erməni hökumət başçısının məqsədi prosesi müxtəlif bəhanələrlə uzatmaqdır. Buna görə də Ermənistanla güzəşt dilində danışmaq olmaz.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Ermənilər qədim kilsədən ayaqyolu kimi istifadə edirdilər"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see178

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri