Qərbi Azərbaycan Xronikası: İki min illik yaddaşı qoruyub saxlayan Necili toponimi
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Zəngibasar mahalının Aşağı Necili kəndinin tarixi, abidələri və adətləri haqqında veriliş hazırlanıb.
BAKU.WS xəbər verir ki, verilişdə Zəngibasar (Masis) rayonunda yerləşən kənddə üzərində yazı olmayan müəmmalı qoç qəbirləri, iki min illik yaddaşı qoruyub saxlayan Necili toponimi, Zəngibasardan Beyləqan və Ucara aparılan ölüm yolundan danışılır.
Vurğulanır ki, Nig, Nuh, el və il paralelləri Necili kəndinin türk kimliyini sübut edir:
"Zəngi çayı üzərində ucaldılan türk xaçında gizlənən tarixi həqiqətlər var. 1988-ci il iyunun 18-də baş verən erməni hücumundan sonra Aşağı Necili kəndinin qara günü başlayıb. Kənddə evlər yandırılıb, dağıdılıb və tarix susdurulub. Yük vaqonlarında sürgün edilən 200 ailə faciəvi tale yaşayıb. Bir sözlə, susuz çöllərdə nəsillər məhv olub, kənd yaddaşı itirilib".
Verilişdə Aşağı Necilidə gəlin köçən qıza balış verilməsi, evə gəlin gələndə bəyin damdan onu alma ilə vurması adətlərindən söz açılır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 28 Dekabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















