Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Kəndimiz Sofulu türk tayfasının adını daşıyırdı

Qərbi Azərbaycan Xronikası: Kəndimiz Sofulu türk tayfasının adını daşıyırdı

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev olub.

O, doğulub boya-başa çatdığı Qarakilsə rayonunun Sofulu kəndindən söhbət açıb. Bildirib ki, keçmiş Yelizavetpol - Gəncə quberniyasının Zəngəzur qəzasının, sonralar Qarakilsə rayonunun inzibati ərazisinə aid olan bu kənd Sofulu türk tayfasının adını daşıyıb. Alimin sözlərinə görə, Çar Rusiyası və SSRİ-nin ilk illərində Qərbi Azərbaycanla bağlı tərtib edilən topoqrafik xəritələrdə ermənilərə aid yer adlarına rast gəlmək mümkün deyil. Bu fakt ərazilərin tarixən azərbaycanlılara məxsusluğunu, soydaşlarımızın burada qədim vaxtlardan yaşadığını bir daha sübut edir.

Qərbi Azərbaycanda zəngin şirin su mənbələrinin, faydalı qazıntı yataqlarının olduğunu xatırladan professor Ə.Quliyev söyləyib ki, SSRİ dövründə ermənilər bu ərazilərdə azərbaycanlıların elmi araşdırmalar aparmasına imkan verməyiblər. Müsahib ötən əsrin əvvəlində Andranik, Dro və Njde kimi quldurların Qarakilsədə törətdiyi vəhşilikləri də diqqətə çatdırıb. O əlavə edib ki, 1987-ci ildə Sumqayıt şəhərində baş verən hadisələri bəhanə edən ermənilər Qərbi Azərbaycanda soydaşlarımıza qarşı təzyiqləri kəskinləşdiriblər. Bunun nəticəsində 300 mindən çox əhali zorla ata-baba yurdundan qovulub. Etnik təmizləməyə məruz qalan soydaşlarımız Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında məskunlaşıblar. Həmin dövrdə Afiyəddin Cəlilov Naxçıvana pənah gətirən soydaşlarımıza böyük dəstək olub.

Tarixi Qarabağ zəfərindən, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasından danışan professor Ə.Quliyev əminliklə vurğulayıb ki, Qərbi azərbaycanlılar da tarixi torpaqlarına mütləq qovuşacaqlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Ətraflı süjetdə:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 May 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri