Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır

Qərbi Azərbaycan Xronikası: Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Ermənilər İlanlının adını Çaybasar qoymuşdular" adlı veriliş Ağbaba mahalının, Amasiya rayonunun İlanlı kənd sakini Şəmsi Qocayevin həyat hekayəsinə həsr olunub.

O, 1961-ci ildə doğulduğunu, uşaqlıq illərindən, kəndin tarixindən danışıb: "Kəndin əsasını Malatyadan gələn Mürsəl Yüzbaşı Yılanoğulları tayfası qoyub. Mürsəl Yüzbaşı Osmanlı ordusunun yüzbaşısı olub. Dörd qardaş gəlib bu kənddə məskunlaşıb. Sonra qardaşlardan ikisi qayıdıb. Böyük və kiçik qardaş kənddə qalıb. Kəndin əsas əhalisi iki qardaşın törəməsidir. Yılanlı tayfasından olduqlarına görə kəndin adı İlanlı kimi səslənib. Əhalinin hamısı Azərbaycan türkləri idi. Sonra ermənilər kəndin adını Çayvbasar qoymuşdular".

Onun sözlərinə görə, ata babası Sarıqamış döyüşündə Türk ordusunun baş aşbazı işləyib: "O deyirdi ki, Sarıqamışda don vurmuş 3 min əsgəri dəfn etmişik. 1918-ci ildə Xoya, Salmasa qaçqın düşdük. Andranikin başıpozuq dəstələrinə qarşı xeyli vuruşduq. Vəziyyət ağırlaşanda Xoya getdik. Bir müddət Xoyda yaşadıq, sakitlik yaranandan sonra qayıdıb kənddə məskunlaşdıq. O deyirdi ki, gözümün qabağında qadının kürəyində uşağı qılıncla doğradılar. Camaat canını götürüb qaçırdı, kim qalırdı, öldürülürdü. Qonşu Göllü kəndindən gəlin gətirən zaman ermənilər hücum edib bəyin arabanın içində başını kəsdilər. Gəlin isə özünü asdı. Rus çarı dövründə kəndin başçısı olan atamın əmisi erməni vəhşiliklərinə etiraz olaraq rusun orden, medalından imtina edib, istefa verib".

İlanlı kənd sakini qaçqınlıq illərini belə xatırladıb: "1988-ci ilin yanvarında Gümrüyə erməni əsgərlik dostumgilə getmişdim. Atası dedi ki, vəziyyət çox ağırdır, bu daşnaklar qırğın törədəcəklər, ehtiyatlı ol. Sonra məni İrəvan qatarı ilə Bakıya yola saldı. Ondan sonra saqqallılar kəndlərə girib, hücum etdilər. Bəzi kəndlərdə adamları öldürüblər. 1988-ci il dekabrın 7-də Hamamlıda baş verən güclü zəlzələ Ağbaba əhalisinin xilası oldu. Camaat Qızılqoçdan Başkeçidə aşmaqla xilas oldu".

Ş.Qocayev deyib ki, insan yaşlaşdıqca, doğrudan da doğulduğu yerin həsrətini çəkir: "İnşallah, biz qayıdacağıq. Çünki bizi ora çəkən babalarımızın, nənələrimizin ruhudur".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 17-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Qərbi Azərbaycan Xronikası: "Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Oktyabr 2025 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri