Qərbi Azərbaycan Xronikası: Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi tarix elmləri doktoru, professor Qasım Hacıyev olub.
Tarixçi-alim qeyd edib ki, Manna, Midiya, Atropatena, Albaniya, Sacilər, Salarilər, Rəvvadilər, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri, Səfəvilər, Əfşarlar imperiyaları, eləcə də xanlıqlar dönəmində ermənilərin bu coğrafiyada dövləti olmayıb.
Professor Q.Hacıyev deyib ki, ermənilər Əhəmənilər imperiyası dövründə Dəclə və Fərat çayları vadisində kiçik bir satraplıqda məskunlaşıblar. Ümumiyyətlə, ermənilərin Cənubi Qafqaza dair qədim tarixi və mədəniyyəti yoxdur. Ermənilərin bu coğrafiyaya XIX əsrin əvvəlində Çar Rusiyası tərəfindən köçürülməsi inkarolunmaz faktdır.
Professorun sözlərinə görə, ermənilərin keçmişinə dair vaxtilə mxitaristlərin saxta tarix uydurma prosesi sovet hakimiyyəti illərində bir sıra "alimlər" tərəfindən davam etdirilib, Cənubi Qafqazdakı xristian abidələrinin, o cümlədən Alban kilsələrinin özününküləşdirilməsinə başlanılıb. Lakin müəyyən zaman keçəndən sonra bəzi erməni alimləri bu saxta tarixi özləri inkar və ifşa ediblər. Hətta ermənipərəst alim kimi tanınan sovet arxeoloq və şərqşünası, akademik Boris Piotrovski elmi məqalələrində hayları ifşa edib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 10 Fevral 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















