Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: İrəvanın Qafqaza Qərb qüvvələrini yerləşdirməsi İrana qarşıdır

Qərbi Azərbaycan Xronikası: İrəvanın Qafqaza Qərb qüvvələrini yerləşdirməsi İrana qarşıdır

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Ermənistan ABŞ-İran müharibəsinin regional platformasına çevrilə bilər" adlı süjetdə gələcəkdə ABŞ-nin İrana hərbi müdaxiləsi, Ermənistanı gözləyən fəlakətlərdən bəhs olunub.

Bildirilib ki, Tramp Administrasiyası İrana yeni nüvə anlaşması üçün may ayına qədər vaxt verib: "Hazırda ABŞ-İran arasında kəskinləşmə artan xətt üzrə davam edir. Diplomatik müstəvidə sərt ritorikanın müşahidə edilməsi fonunda ABŞ-nin Yaxın Şərqə hərbi kontingent yığması da müharibə ssenarilərini aktuallaşdırır. Hədəf mümkün hərbi müdaxilədə İranın nüvə obyektlərinə zərbələrin endirilməsidir. İranla müharibənin bütün regiona mənfi təsir edəcəyi bəllidir. Hərçənd, bu məsələnin ən çox Ermənistanda müzakirə edilməsi xüsusilə diqqət çəkir və bu, heç də təsadüfi deyil".

Qeyd olunub ki, İrana qarşı mümkün hərbi müdaxilə hər şeydən öncə Ermənistanı regional müttəfiqdən məhrum edə və İrəvanın Tehranla iqtisadi əlaqələrinə ciddi təsir göstərə bilər ki, bu, Ermənistan üçün fəlakət ssenarilərindən biri kimi qiymətləndirilir. Politoloq Artur Xaçikyanın fikrincə, ABŞ-nin İrana hücumu Ermənistan üçün ciddi təhlükə yaradacaq: "Hərbi toqquşma fonunda "Sünik məsələsi" (Zəngəzur dəhlizi) Azərbaycan və Türkiyənin maraqları çərçivəsində həllini tapa bilər. Ermənistan regionda təklənə və Bakı ilə Ankaranın Zəngəzur tələbi qarşısında geri çəkilə bilər".

İranlı ekspert Xəyal Moazzin isə Ermənistan mediasına bildirib ki, əgər münaqişə regional miqyas alarsa, Ermənistan İran, Türkiyə və Azərbaycanın təsir dairələri arasında qalacaq.

Diqqətə çatdırılıb ki, mümkün variantda Ermənistan İrana qarşı platformaya çevrilə bilər: "Zəngəzur bölgəsində fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyasının İrana qarşı kəşfiyyat fəaliyyətinə dair yayılan məlumatlar bu kontekstdə diqqət çəkir. Bu baxımdan, ABŞ istəyəcəyi təqdirdə Ermənistan İrana qarşı platforma olmağa razı olacaq. Hərbi ekspert David Camalyan hesab edir ki, Paşinyan Vaşinqtonla İrana qarşı sövdələşə və ABŞ hərbi bazalarını Ermənistana gətirə bilər".

Sonda vurğulanır ki, ABŞ hərbi kontingenti Ermənistana gətirilərsə, İranla sərhəddə - Zəngəzur bölgəsində yerləşdiriləcək və mümkün müharibə hücum bu bölgədən ediləcək. Bu isə fəlakətli ssenarilər vəd edir və Ermənistanın dövlət kimi mövcudluğu sual altına düşə bilər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "İrəvanın Qafqaza Qərb qüvvələrini yerləşdirməsi İrana qarşıdır"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Aprel 2025 01:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri