Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Sovet əsgərləri ermənilərin hərəkətlərinə göz yumurdu

Qərbi Azərbaycan Xronikası: Sovet əsgərləri ermənilərin hərəkətlərinə göz yumurdu

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Rayona, qonşu kəndə gedəndə ermənilər bizə sataşırdılar" adlı veriliş Loru mahalının Barana rayonunun Yuxarı Körpüli kənd sakini Elçin Nəbiyevin həyat hekayəsinə həsr olunub.

O, 1965-ci ildə anadan olduğunu, uşaqlıq, orta məktəb və kənd həyatı illərində gözəl yaylaqları, bulaqları olan kənddə ailəlikcə əsasən meyvəçiliklə məşğul olduqlarını deyib.

Onun sözlərinə görə, ermənilər son illərdə camaata qarşı çox sərtləşmişdilər: "Rayon mərkəzinə, qonşu Aşağı Körpülü kəndinə kinoya baxmağa, konserv zavoduna gedəndə ermənilər bizə sataşır, əlbəyaxa dava düşürdü. Nənələrimiz, babalarımız deyirdilər ki, 1915, 1937, 1938-ci illərdəki köç vaxtı da ermənilər onlara əziyyət verib, azərbaycanlılara qarşı düşmənçiliyi daim aparıblar. 1988-ci ildə onlar lap quduzlaşdılar. Bizi heç sevmirdilər, açıq-aşkar dava-qalmaqal salırdılar. Sovet əsgərləri hər şeyə göz yumurdular. 1988-ci ilin noyabr ayında köç başlayanda 23 yaşım var idi. Gözəlli məhəlləsində ermənilər ot tayasını yandırdılar. Kənddəki həkimin maşınını əzdilər, özünü də döydülər. Kəndin briqadirini də vurdular. Rus əsgərləri ermənilərin şəxsi maşınlarında oturub bu hadisələri seyr edirdilər. Rus əsgərlərinin silahları hamısı ermənilərdə idi. Camaat heç nə deyə bilmirdi. Cavanlar kəndi mühafizə edirdik. Artıq saqqallı ermənilər rus əsgərləri ilə kəndə girdilər. Daha orada qalmaq mümkün deyildi. 1988-ci ilin noyabr ayının 27-də ailəmiz Marneuli rayonunun Beytarafçı kəndinə gəldik. Atamın bacısı orada yaşayırdı, 6-7 ay orada qaldıq və sonra Bakıya gəldik. Hətta evimizi belə dəyişməyə icazə vermədilər. Evlərin 99%-i təmənnasız olaraq ermənilərə qaldı. Maşındakı arı yeşiklərini belə ermənilər yerə töküb dağıtdılar".

Yuxarı Körpüli kənd sakini bildirib ki, Gürcüstanın Marneuli rayonunun birinci katibinin göstərişi ilə Borçalı camaatı bizə çox kömək etdi: "Ermənilər onlardan ehtiyat edib bizim camaatın üstünə çox gəlmədilər. Yoxsa camaatı orada qıra bilərdilər. Bizim kənd coğrafi mövqe olaraq sərhəddə idi. Qazağın kəndlərinə, Marneuli rayonunun kəndlərinə piyada gedib-gəlirdik".

E.Nəbiyev sonda Vətən həsrəti, doğma yurda qayıdış ümidi ilə yaşadıqlarını söyləyib: "İnanırıq ki, Vətən həsərətimizə son qoyulacaq. Kəndimizə qayıtmağı, o gözəl torpaqlarımızda yenə gəzmək, bulaqlardan su içmək istəyirəm. Allah-Təala bunu bizə qismət edəcək".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Sovet əsgərləri ermənilərin hərəkətlərinə göz yumurdu"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 May 2025 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri