Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: “Sülh yolu ilə tarixi torpaqlarımıza qayıtmaq istəyirik”

Qərbi Azərbaycan Xronikası: “Sülh yolu ilə tarixi torpaqlarımıza qayıtmaq istəyirik”

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Demokrat.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü Pərvanə Vəliyeva olub.
O, ötən əsrdə soydaşlarımıza qarşı törədilən soyqırımı və deportasiyalardan söhbət açıb. Bildirib ki, 1905-1906, 1918-1921, 1948-1953, 1988-1991-ci illərdə Qərbi azərbaycanlılar zorla öz ata-baba yurdlarından qovulublar. Stalinin imzaladığı sənəd əsasında soydaşlarımız kütləvi şəkildə dağlıq ərazidən aran zonasına köçürülüblər. Bu zaman iqlim dəyişməsinə məruz qalan azərbaycanlıların bir çoxu dünyasını dəyişib. Erməni millətçilərinin xalqımıza qarşı 1988-1991-ci illərdə həyata keçirdikləri zorakılıq siyasəti və deportasiya nəticəsində isə Ermənistan monoetnik dövlətə çevrilib.
Millət vəkili dünyada deportasiyaya məruz qalmış xalqların geri qayıtması faktlarına diqqət çəkərək, Qərbi azərbaycanlıların da sülh yolu ilə tarixi torpaqlarına qayıtmaq istədiklərini dilə gətirib. O, ermənilərin sadəcə insanlara qarşı soyqırımı və deportasiya törətmədiyini, eyni qaydada maddi-mədəni irsimizə, təbiətimizə, hətta qəbiristanlıqlarımıza böyük ziyan vurduğunu söyləyib.
Deputat ata-baba yurdu Vedi rayonundan, o cümlədən Xalisa kəndindən də danışıb. Deyib ki, tarixən bu rayonda və kəndlərdə azərbaycanlılar yaşayıblar. Sonrakı illərdə həmin yaşayış məntəqələrinə xaricdən ermənilər köçürülsələr də, yenə demoqrafik üstünlük azərbaycanlılarda olub. Buna rəğmən ermənilər soydaşlarımıza münasibətdə ayrı-seçkilik, diskriminasiya siyasətinə üstünlük veriblər.
Millət vəkili 36 il əvvəl Xalisada törədilən faciələrə də toxunub. Bildirib ki, Ermənistanın keçmiş baş naziri Vazgen Sarkisyanın quldur dəstələri azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar edib, dinc və əliyalın əhalini fiziki-mənəvi işgəncələrə məruz qoyublar. O dövrdə soydaşlarımıza qarşı törədilən vəhşiliklər, cinayətlər barədə erməni bloger Svetlana Marqaryan sonralar öz yazılarında geniş bəhs edib.
P.Vəliyeva vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanması, eyni zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həm İcmanın yeni binasında bir qrup Qərbi azərbaycanlı ziyalılarla görüşündə, həm də Bakıda Aşıq Ələsgərin abidəsinin açılışı zamanı tarixi torpaqlarımıza qayıdışla bağlı fikirlər səsləndirməsi Vətən həsrəti ilə yaşayan soydaşlarımıza böyük sevinc və ümid bəxş edib. Onlar inanırlar ki, xalqına Qarabağ Zəfərini bəxş edən Prezident Qərbi Azərbaycana qayıdışı da mütləq təmin edəcək. Millət vəkili sonda vurğulayıb ki, çalışdığı sahədən asılı olmayaraq, hər bir azərbaycanlı beynəlxalq ictimaiyyətin diqqətini Qərbi Azərbaycan məsələsinə yönəltmək üçün səy göstərməlidir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Noyabr 2024 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri