Qərbi Azərbaycan Xronikası: Zəngəzur məsələsində İsrail və İran faktoru nəyi dəyişir?
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Qərbi Azərbaycan Xronikası: "Zəngəzur məsələsində İsrail və İran faktoru nəyi dəyişir?"
Süjetdə Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü strateji proqramların Ermənistanı pat vəziyyətinə salmasından bəhs edilir.
Bildirilir ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə təkcə Ermənistana siyasi mesajlar ötürmür, eyni zamanda İrəvanın mövcud strateji qorxularını da üzə çıxarır.
Ermənistanda iddia edilir ki, Cənubi Qafqaz Türkiyə və İsrail balansında yeni mərhələyə qədəm qoyur. Qeyd olunur ki, İsrail amili və İran faktoru Zəngəzur məsələsində mövcud yanaşmaları dəyişir. Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı Ermənistan üçün "ekzistensial təhlükə" kimi təqdim olunur. Erməni tərəfinin iddialarına görə, bu proses Ermənistanı türk dövlətinə çevirə bilər.
Həmçinin irəli sürülən fikirlərdə Nikol Paşinyanın Azərbaycanın Ermənistandakı maraqlarını təmsil etdiyi, Erməni Apostol Kilsəsinin rəhbərliyi ilə bağlı qərarların Bakıda verildiyi, eləcə də Azərbaycan maraqlarının Ermənistan parlamentində təmsil olunacağı iddia edilir. Bundan başqa, ABŞ-nin Zəngəzur dəhlizi məsələsində geri çəkiləcəyi, bu dəhlizin taleyinə isə Türkiyə və Azərbaycanın qərar verəcəyi vurğulanır. Bir sözlə, İrəvan Qərbi Azərbaycana qayıdış prosesini artıq xəritələşdirmiş kimi təqdim olunur.
Süjetdə Azərbaycanın yumşaq güc strategiyasının Ermənistanda yaratdığı qorxunun səbəblərinə, Qərbi Azərbaycan İcmasının siyahıyaalma prosesinin rəsmi İrəvanda narahatlıq doğurmasına, eləcə də Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara aydınlıq gətirilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Yanvar 2026 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















