Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: “Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır“

Qərbi Azərbaycan Xronikası: “Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır“

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Moderator.az xəbər verir ki, "Bu ərazilər qaytarılır: Ermənistan iki hissəyə bölünəcək" adlı süjetdə Ermənistanda anklavların qaytarılması məsələsinin yenidən gündəmə gəlməsi barədə məlumat verilir.

Bildirilir ki, söhbət Qazağın üç anklav kəndindən - Sofulu, Bərxudarlı və Yuxarı Əskipara, həmçinin Sədərək rayonunun Kərki kəndindən gedir. Hazırda əsas gözlənti Kərki kəndinin yaxın aylarda qaytarılması ilə bağlıdır və Zəngəzur dəhlizinin açılması bu zərurəti gücləndirib.

Baş nazir Nikol Paşinyan, Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində tikinti işlərinə gələn ildən başlanacağını bildirib və əlavə edib ki, ilin sonuna qədər hüquqi məsələlər yekunlaşdırılacaq. Ermənistanda sərhədin demarkasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan isə qeyd edib ki, TRİPP layihəsinə uyğun olaraq Sünikdə (Zəngəzur) qeyri-adi demarkasiya prosesi həyata keçirilə bilər.

Qeyd olunur ki, dəhlizin Ermənistan hissəsinin tikintisinə cəlb olunacaq xarici investisiyaların təhlükəsizliyi təmin edilməli, dəhliz vasitəsilə beynəlxalq daşımalar təhlükəsiz şəraitdə həyata keçirilməlidir. Delimitasiya nəticəsində SSRİ dövründə Ermənistana verilmiş ərazilər - Naxçıvanın 657 kvadratkilometr ərazisi, Nüvədi kəndi, bir sıra digər yaşayış məntəqələri və Kərki anklavı geri qaytarıla bilər.

Ehtiyatda olan polkovnik Hayk Nahapetyan, ekspert Şiraz Xaçatryan və deputat Ovik Ağazaryan qeyd edirlər ki, demarkasiya prosesində Kərki (Tiqranaşen) kəndinin qaytarılması gündəmdədir:

"Kərkinin qaytarılması Ermənistanı praktiki olaraq iki hissəyə böləcək. Tavuş və Naxçıvan istiqamətindəki anklavların - Qazağın üç anklav kəndi ilə Kərki kəndinin qaytarılmasının aktuallaşması həm hərbi, həm siyasi, həm də iqtisadi risklər yaradacaq. Rəsmi İrəvan həmçinin Başkənddən də imtina etməlidir".

Süjetin sonunda vurğulanır ki, erməniləri narahat edən əsas məsələlərdən biri məhz Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın öz doğma yurdlarına qayıdışıdır:

"Çünki Qərbi Azərbaycana qayıdış Bakı-İrəvan xəttində baş verən proseslərin növbəti mərhələsi olacaq".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Noyabr 2025 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri