Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Qərbi Azərbaycana həsr olunmuş markaların təqdimat mərasimi

Qərbi Azərbaycana həsr olunmuş markaların təqdimat mərasimi

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli İncəsənət Muzeyində Qərbi Azərbaycan İcmasının təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və "Azərpoçt" MMC-nin dəstəyi ilə Qərbi Azərbaycanın tarixini əks etdirən silsilə markaların dövriyyəyə buraxılması mərasimi keçirilib. SİA xəbər verir ki, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında markaların buraxılmasını vacib addım kimi qiymətləndirib.

"Bu adi poçt markalarının buraxılması deyil, bu Qərbi Azərbaycan həqiqətlərinin ölkədən-ölkəyə, evdən-evə, kolleksiyadan-kolleksiyaya, arxivdən-arxivə daşınmasıdır. Biz hələ ilk dövrlərdə Qərbi Azərbaycanla bağlı tədqiqatlara başlayanda İrəvan şəhəri ilə əlaqəli çar Rusiyası dövründə buraxılmış poçt markaları köməyimizə çatdı. Həmin markalar İrəvanın tarixən müsəlman şəhəri olduğunu bir daha təsdiq etdi. Bu gün də bu poçt markaları vasitəsilə Qərbi Azərbaycan görüntülərini, şəxsiyyət və abidələrinin şəkillərini dünya ictimaiyyətinə çatdıracağıq. Bundan sonra da bizim bu istiqamətdə birgə fəaliyyətimiz davam edəcək", - deyə Ə.Ələkbərli əlavə edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında deyib ki, bu günədək "Azərpoçt" bir sıra tarixi, vacib məzmunlu markalar dövriyyəyə buraxıb. Onun sözlərinə görə, bu markalar təbliğat üçün vacib vasitədir.

"Qərbi Azərbaycan bizim qədim torpaqlarımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir. Markalar da bir sübutdur. Həmçinin tarixi sənədlər, arxiv materialları dəfələrlə bu sübutları dünya ictimaiyyətinə təqdim edib. Dövlət başçımızın qeyd etdiyi kimi, biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Hazırda əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - nazir müavini əlavə edib.

Markaların mövzuları təşkilatçılar tərəfindən xüsusi incəliklə seçilib. Belə ki, 7 blokdan ibarət markalarda xüsusilə hər bir mövzunun Qərbi Azərbaycanın həm siyasi tarixini, həm memarlığını, həm də mədəniyyətinin əks etdirilməsinə diqqət yetirilib. Müvafiq olaraq markalarda İrəvan xanlığının sonuncu xanı Hüseynqulu Xan Sərdarın portreti, Fəth-Əli Şah Qacar dövründə zərb edilmiş sikkə, Sərdar sarayı, Sərdar məscidi, Göy məscid, o cümlədən İrəvan aşıq məktəbinin nümayəndələri sayılan Aşıq Alı və Aşıq Ələsgərin portretləri təsvir olunub.

Bundan başqa, bloklardan biri rus rəssamı Frans Alekseyeviç Rubo tərəfindən 1886-cı ildə çəkilmiş "İrəvan qalasının işğalı" və fransız rəssamı Fredrik Dübua de Monperi tərəfindən 1833-cü ildə çəkilmiş "İrəvanda Göy məscid" adlı rəsm əsərlərinə həsr olunub. Bununla da tarixi gerçəklik qədim rəsm əsərləri vasitəsilə yeni markalarda öz əksini tapıb.

Markaların möhürlənməsi mərasimi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, "Azərpoçt" MMC-nin sədri vəzifəsini icra edən İsi Mustafayev, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli və digər nümayəndələrin birgə iştirakı ilə baş tutub.

Tədbirin bədii hissəsi İrəvan musiqilərinə həsr olunmuş proqramla davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri