Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimi keçirilib FOTO
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qərbi Azərbaycan İcmasının təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərpoçt” MMC-nin dəstəyi ilə Qərbi Azərbaycanın tarixini əks etdirən silsilə markalar buraxılıb.
APA xəbər verir ki, buraxılan markaların mövzuları təşkilatçılar tərəfindən xüsusi incəliklə seçilib.
Belə ki, 7 blokdan ibarət markalarda xüsusilə hər bir mövzunun Qərbi Azərbaycanın həm siyasi tarixi, həm memarlığı, həm də mədəniyyətini əks etdirməsinə önəm verilib.
Müvafiq olaraq markalarda İrəvan xanlığının sonuncu xanı Hüseynqulu Xan Sərdarın portreti, Fəth-Əli Şah Qacar dövründə zərb edilmiş sikkə, Sərdar sarayı, Sərdar məscidi, Göy məscid, o cümlədən İrəvan aşıq məktəbinin nümayəndələri sayılan Aşıq Alı və Aşıq Ələsgərin portretləri təsvir olunub.
Bundan başqa, bloklardan biri rus rəssamı Frans Alekseyeviç Rubo tərəfindən 1886-cı ildə çəkilmiş “İrəvan qalasının işğalı” və fransız rəssamı Fredrik Dübua de Monperi tərəfindən 1833-cü ildə çəkilmiş “İrəvanda Göy məscid” adlı rəsm əsərlərinə həsr olunub. Bununla da tarixi gerçəklik qədim rəsm əsərləri vasitəsilə yeni markalarda öz əksini tapıb.
Markaların möhürlənməsi isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, “Azərpoçt” MMC-nin sədri vəzifəsini icra edən İsi Mustafayev, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli və digər nümayəndələrin birgə iştirakı ilə baş tutub.
Tədbirin bədii hissəsi İrəvan musiqilərinə həsr olunmuş proqramla davam etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 Dekabr 2024 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















