Icma.az
close
up
RU
Deputat: “Qərbi Azərbaycana qayıdış həm hüququmuz, həm də milli haqqımızdır”

Deputat: “Qərbi Azərbaycana qayıdış həm hüququmuz, həm də milli haqqımızdır”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Tarix boyu Azərbaycan xalqı öz milli kimliyini, mədəni irsini və torpaq yaddaşını qorumaq üçün böyük sınaqlardan keçib”. 

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bu sınaqların ən ağrılı səhifələrindən biri Qərbi Azərbaycandan olan soydaşlarımızın sistemli şəkildə deportasiyasıdır: 

“Soydaşlarımız əsrlər boyu yaşadıqları, ata-baba yurdları olan torpaqlardan etnik təmizləmə siyasəti nəticəsində zorla köçürülüblər. Qərbi Azərbaycana qayıdış ideyası mənəvi yaddaşın, eyni zamanda hüquqi haqqın ifadəsidir. 

Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, tarixi ədalətin bərpasına yönəlmiş dövlət siyasəti nəticəsində Qərbi Azərbaycana qayıdış artıq beynəlxalq hüquqa əsaslanan konseptual yanaşma səviyyəsindədir. Prezidentin təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan İcması bu istiqamətdə fəaliyyətin sistemləşdirilməsində mühüm rol oynayır”. 

Millət vəkili qeyd edib ki, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın bu torpaqlara qayıtmaq haqqı BMT-nin müvafiq sənədlərində və insan hüquqlarına dair beynəlxalq konvensiyalarda öz əksini tapıb: 

“Bu, kollektiv hüququn pozulmasıdır və Azərbaycan dövləti bu hüququn təminini beynəlxalq tribunalarda da gündəmə gətirməkdə qərarlıdır. Ermənistanda monoetnik cəmiyyətin mövcudluğu, orada bir nəfər belə azərbaycanlının qalmaması faktı dünya ictimaiyyətinə ciddi suallar ünvanlayır”. 

Deputat vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış milli kimliyimizin bütövləşməsi, tarixi yaddaşın dirçəlməsi və mədəni irsimizin bərpası deməkdir: 

“Bu qayıdış gələcək nəsillərə vətən sevgisini, ədalətə inamı, hüququn aliliyini aşılamaq baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycan dövləti Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın haqlarını qorumaqda və onların dinc şəkildə yurdlarına geri qayıtması istiqamətində bütün beynəlxalq vasitələrdən istifadə etməkdə davam edəcək. Bu, bizim milli məsuliyyətimiz, dövlətçilik mövqeyimizdir. Qərbi Azərbaycana qayıdış həm hüququmuz, həm də milli haqqımızdır”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Qərbi Azərbaycan Günay Ağamalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri