Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Qərbi Azərbaycana qayıdış tarixi və beynəlxalq hüquqi kontekstdə” mövzusunda elmi praktik dəyirmi masa keçirilib

“Qərbi Azərbaycana qayıdış tarixi və beynəlxalq hüquqi kontekstdə” mövzusunda elmi praktik dəyirmi masa keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) yeni təsis edilmiş Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış tarixi və beynəlxalq hüquqi kontekstdə” mövzusunda elmi-praktik dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan DİA-nın rektoru akademik Urxan Ələkbərov ölkə rəhbərliyinin Qərbi Azərbaycana qayıdışla bağlı həyata keçirdiyi məqsədyönlü dövlət siyasətindən bəhs edib, bu istiqamətdə ictimai-siyasi, hüquqi və humanitar aspektləri özündə birləşdirən kompleks tədbirlərin vacibliyini qeyd edib. Akademik U.Ələkbərov, həmçinin, DİA nəzdində Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin yaradılmasının elmi əsaslarını və fəaliyyət istiqamətlərini iştirakçıların diqqətinə çatdıraraq, Mərkəzin milli yaddaşın dirçəldilməsi, tarixi ədalətin bərpası və beynəlxalq hüquqa əsaslanan elmi-nəzəri diskursun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Dəyirmi masa çərçivəsində Mərkəzin rəhbəri tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, Milli Məclisin deputatları – hüquq elmləri doktoru, professor Nizami Səfərov və siyasi elmlər doktoru Rizvan Nəbiyev çıxış edərək Qərbi Azərbaycana qayıdışın tarixi, siyasi və beynəlxalq hüquqi əsaslarına dair məruzələrlə çıxış ediblər. Onların təqdimatlarında Qərbi Azərbaycana qayıdış hüququnun elmi-nəzəri əsaslandırılması, bu hüququn formalaşmasına səbəb olan tarixi-siyasi proseslər və beynəlxalq hüququn norma və prinsipləri müfəssəl şəkildə təhlil edilib.

Məruzələrdə xüsusi olaraq vurğulanıb ki, Qərbi Azərbaycan problemi yalnız bir xalqın deyil, bütövlükdə regionun sülh, ədalət və insan hüquqları müstəvisində sabitliyini təmin etmək üçün həll edilməli olan qlobal məsələdir. Qayıdış hüququnun beynəlxalq ictimaiyyətə təqdimatında elmi əsaslandırma ilə yanaşı, diplomatik, maarifləndirici və hüquqi resurslardan da sistemli şəkildə istifadə edilməsinin zəruriliyi qeyd olunub.

Mövzu ətrafında aparılan müzakirələrdə DİA-nın əməkdaşları – dosent Fuad Süleymanov və professor Elçin Əhmədov çıxış edərək, məsələnin elmi cəhətdən daha dərindən öyrənilməsinin, xüsusilə beynəlxalq elmi dairələrlə əməkdaşlıq kontekstində tədqiqatların genişləndirilməsinin zəruriliyini qeyd ediblər. Diskussiya zamanı iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb.

Sonda rektor akademik Urxan Ələkbərov dəyirmi masa çərçivəsində aparılan elmi müzakirələri ümumiləşdirərək, Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin dövlətimizin strateji hədəflərinə uyğun şəkildə elmi-tədqiqat və maarifyönlü fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb, Mərkəzin fəaliyyətinin milli maraqlara xidmət edəcəyinə və elmi cəmiyyətin bu istiqamətdə səfərbər olunacağına inamını ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri