Icma.az
close
up
RU
Tbilisidə “Mədəni irsimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında” mövzusunda dəyirmi masa keçirilib

Tbilisidə “Mədəni irsimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında” mövzusunda dəyirmi masa keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində "Mədəni irsimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında" mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC-ın məlumatına görə, muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva bildirib ki, tədbir Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin “Qərbi Azərbaycana Qayıdış ərəfəsində maddi-mədəni irsin mövcud vəziyyəti hüquq müstəvisində” layihəsi çərçivəsində baş tutub.

Sonra İctimai Birliyin sədri, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov layihə barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, indiki Ermənistan ərazisində bir əsrdən çoxdur ki, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti ərazidə yaşayan insanlarla bərabər Azərbaycan mədəni irsinə də ciddi zərbə vurub. Bu ərazilərdəki azərbaycanlılara məxsus tarix mədəniyyət abidələrinin bir qismi tamamilə məhv edilib, bir çox abidələrin memarlıq quruluşu, inzibati yaşayış məntəqələrinin adları dəyişdirilərək erməni adları ilə əvəzlənib. 1988-ci ildə 300 mindən çox azərbaycanlı öz yerlərindən deportasiya olunanda əhalinin şəxsi mülkiyyətində olan 100 mindən çox daşınan tarix və mədəniyyət abidələri (xalça, fərməş, xurcun, at çulu, kilim və s.) ermənilər tərəfindən zorakı şəkildə ələ keçirilərək mənimsənilib.

F.İsmayılov bildirib ki, indiki Ermənistandakı dədə-baba yurdlarına qayıtmaq oradan qovulmuş hər bir azərbaycanlının arzusudur. Vətən savaşının və antiterror tədbirlərinin nəticələri bu strategiyanın ilkin mərhələsini uğurla reallaşdırdı. Azərbaycanın bütövlüyünün hüquqi təminatının ardınca bu bütövlüyün mənəvi təminatını – Qərbi Azərbaycana qayıdış məsələsini Prezident İlham Əliyev milli ideyanın tərkib hissəsi kimi müəyyənləşdirib. Qarabağ icmasının iqamətgahının və ona dövlət dəstəyinin Qərbi Azərbaycan İcmasına transferi isə heç də rəmzi və emosional anlam daşımır, bu, əslində məsələnin dövlətin hüquqi, elmi, siyasi və strateji fəaliyyət prioritetinə çevrildiyini rəsmən göstərir.

"Dövlətimizin başçısının Qərbi Azərbaycan strategiyasının əsas istiqaməti bu hədəfin qısa müddətdə gerçəkləşməsini təmin edəcək mexanizmləri hazırlamaq, tətbiq etmək və arzulanan nəticəyə nail olmaqdır", - deyə F.İsmayılov vurğulayıb.

Bildirilib ki, Prezident İlham Əliyev Ermənistana qarşı ərazi iddiası deyil, milyonlarla insanın pozulmuş hüququnun bərpası tələbini irəli sürür. O, hərbi yönümə yox, siyasi, hüquqi, beynəlxalq, diplomatik fəaliyyətə üstünlük verir. Qərbi Azərbaycana Qayıdış Kosepsiyası da məhz bu prinsiplər, tələblər və şərtlər çərçivəsində hazırlanıb. Bu baxımdan indiki Ermənistan ərazilərində azərbaycanlılara məxsus tarixi abidələr qeydiyyata alınmalı, onların mühafizəsi Ermənistan dövləti səviyyəsində təşkil edilməlidir.

Tədbirdə Ermənistanın Bazarçay dərəsi ərazilərindəki tarixi yerləri və abidələrinin fotosərgisi də təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri