Icma.az
close
up
RU
Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi praktik konfrans keçirilib

Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi praktik konfrans keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qax, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC

İki əsrdən çoxdur ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub. Azərbaycanlıların mərhələlərlə kütləvi şəkildə Ermənistandan qovulması və tarixi torpaqlarımızda bir nəfər də olsun azərbaycanlının qalmaması erməni şovinizminin əsl mahiyyətini ortaya qoyub. İndiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malik sənəddir, beynəlxalq hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcması və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 19-da Qax şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

İki hissədən ibarət tədbirin bədii hissəsində aşıq musiqisi səsləndirilib, yallı ifa olunub, Qərbi Azərbaycanın zəngin mətbəxi nümayiş etdirilib, mədəni irsi əks etdirən sərgiyə baxış olub.

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib. Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbirin mahiyyəti barədə məlumat verib, konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək, Qərbi azərbaycanlıların öz evlərindən mərhələlərlə deportasiya edildiklərini, bu ağrılı proses zamanı yaşadıqları müsibətləri dilə gətirib. Sədr İcmanın geri qayıdış istiqamətində apardığı işə toxunub.

Milli Məclisin deputatı Əli Məsimli Qərbi azərbaycanlıların öz el-obalarına geri qayıdış əzmi və istəyindən bəhs edib, Vətən həsrətlərindən danışıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon İcmasının sədri, professor Mahirə Hüseynova konfransın Qaxda keçirilməsinin önəmini və elmi-praktiki xarakter daşımasını xüsusi vurğulayıb. Mahirə Hüseynova tarixi Azərbaycan torpaqlarında həyata keçirilən deportasiyalar, maddi və qeyri-maddi mədəni irsi ilə bağlı araşdırmalarının aparılmasının indiki və gələcək nəsillər üçün olan önəmindən bəhs edib.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından zorla çıxarıldığını, onların böyük ümid və əminliklə geri qayıdacaqları günü gözlədiklərini vurğulayıb.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Qaya Məmmədov beynəlxalq hüquqda əks edilən geri qayıdış hüququndan bəhs edib. O, Qərbi Azərbaycana qayıdışın zərurət olduğunu vurğulayıb, soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışının aspektlərindən danışıb.

Qərbi Azərbaycan İcması Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov gənclərin Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatdırılmasında önəmli rol oynadığını vurğulayıb.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deportasiyalar zamanı qadınlar və uşaqların yaşadığı ağrı-acılara toxunub, beynəlxalq hüquqa əsasən bu həssas qrupun geri qayıdış prosesi zamanı xüsusi diqqətli olmağın vacibliyini bildirib.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı doğma torpaqlarda yaşadığı xatirələrdən bəhs edib. Deputat Qərbi Azərbaycanla bağlı mövcud olan ikili standartlardan, soydaşlarımızın geri qayıdış hüququnun bəzi dairələr tərəfindən görməzdən gəlinməsinə diqqət çəkib.

Qərbi Azərbaycan İcması Qadınlar Şurası sədrinin müavini Telli Əliyeva Qərbi azərbaycanlı qadınların yurd həsrətini dilə gətirib, deportasiyalar nəticəsində zərər görən ədəbi irsə toxunub.

Qərbi Azərbaycan İcmasının Qax rayonu üzrə nümayəndəsi Həsən Tarverdiyev Qərbi Azərbaycan reallıqlarının regionlarda daha geniş təbliğ edilməsi istiqamətində olan işlərdən danışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see188

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see162

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see161

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri