Icma.az
close
up
RU
Qərbi Azərbaycana Qayıdış ümumxalq hərəkatına çevrilib

Qərbi Azərbaycana Qayıdış ümumxalq hərəkatına çevrilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Soydaşlarımızın doğma yurda qayıdışının qarşısını heç bir qüvvə ala bilməz

Artıq Qərbi Azərbaycana qayıdış məsələsinin ümummilli məsələyə çevrildiyini deyə bilərik. Vaxtilə bu coğrafiyada – Azərbaycanın tarixi torpaqlarında təkcə İrəvan xanlığı deyil, Qarabağ, Naxçıvan, Gəncə xanlıqları, Borçalının dağlıq hissəsi yerləşirdi. Böyük Qayıdışın ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycan uğrunda mübarizə həm də milli birliyin nümayişidir.

Prezident İlham Əliyevin bir sözü var: beynəlxalq hüquq güc deyil, güc beynəlxalq hüquqdur. Bu baxımdan Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılması, erməni saxtakarlıqlarının tam ifşa edilməsi çox vacibdir. 1988-1991-ci illərdə doğma yurdlarından qovulan soydaşlarımıza dəyən maddi və mənəvi ziyan da gündəmə gətirilməlidir. Bəs, sülhə bu qədər yaxınlaşdığımız indiki mərhələdə rəsmi İrəvanın bizim üçün ümummilli əhəmiyyət kəsb edən bu məsələyə qorxu içində yanaşmasının, bir çox hallarda panika vəziyyətinə düşməsinin səbəbi nədir? Bu qəbildən olan suallarımızı Qərbi Azərbaycan İcmasının sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli cavablandırır.

– Əziz müəllim, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan son açıqlamasında sülh sazişinin mətnində SSRİ dağılana qədər iki ölkənin ərazisində yaşayan insanların öz evlərinə, yaxud dədə-baba yurdlarına dönüşü barədə bəndin olmadığına diqqəti çəkib. Bu paralelliyi aparmaqda onun məqsədi nədir?

– Ararat Mirzoyanın sülh sazişinin mətnində iki ölkənin ərazisində yaşayan insanların öz doğma evlərinə, dədə-baba yurdlarına dönüşü barədə bəndin olmadığına diqqət çəkməsi ilk növbədə Ermənistan tərəfdə Qərbi Azərbaycan qaçqınlarının geri qayıdışı ilə bağlı böyük bir qorxunun olmasının əlamətidir. İkincisi, Ararat Mirzoyanın açıqlaması bir daha sübut edir ki, Ermənistan tərəfi Levon Ter-Petrosyanın bu yaxınlarda sosial şəbəkələrdə paylaşılan videoda etiraf etdiyi Qərbi Azərbaycanda azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələrinin aradan qaldırılmasında qətiyyən maraqlı deyil və buna haqq qazandırmaqda israrlıdırlar. Bu o deməkdir ki, Ermənistan tərəfi sülh sazişi məsələsində də səmimi deyil və bundan sonra da olmayacaq.

Və nəhayət, Ararat Mirzoyan birdəfəlik bilməlidir ki, sülh sazişində qaçqınların öz doğma evlərinə qayıtması məsələsinin olmaması onların qayıdışının həyata keçməyəcəyi anlamına gəlmir. Bu gün Azərbaycanda qaçqın həyatı yaşayan Qərbi Azərbaycan əsilli insanların sayı milyonlarladır və onların ata-babaları, əcdadları Ter-Petrosyanın, Ararat Mirzoyanın və digər ermənilərin ata-babaları kimi hansısa xarici ölkədən köçüb gəlməyiblər, min illərdir bu torpaqların əzəli sakinləri olublar. Bu gün heç bir qüvvə onların doğma yurda qayıdışının qarşısını ala bilməz.

– Sizcə, Ermənistan hakimiyyəti vətəndaşlarımızın Qərbi Azərbaycana qayıtmaq haqqını tanımaqdan niyə bu qədər qorxur?

– Maraqlı sualdır: nədən qorxurlar? Cavab aydındır: Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı törətmiş olduqları cinayətlərin haqq-hesabının bir gün onlardan mütləq soruşulacağından. Geri qayıdan insanların qəbiristanlıqlarını, dini inanc yerlərini nədən söküb, dağıdıb, təhqir etdikləri barədə suallara cavab verə bilməyəcəklərindən. Tutaq ki, mən getdim öz doğma yurduma – Vedi rayonunun Qaralar kəndinə. 1988-ci ilin fevralında babamı kəndimizin qəbiristanlığında dəfn etmişik, gedib görəcəm ki, qəbiristanlığımızın izi-tozu da yoxdur, şumlayıb yerində taxıl əkiblər. Soruşmayacağammı ki, hanı mənim babamın qəbri? Kəndimizin içində iki müsəlman məscidi vardı. Soruşmayacağammı ki, hanı o məscidlər?

Digər tərəfdən, ermənilər bizim camaatı yaxşı tanıyırlar və bilirlər ki, bizim xalq öz yurduna, torpağına bağlı insanlardır. Ermənilərdən fərqli olaraq, azərbaycanlıların qayıdış hüququ tanınsa, onlar hamısı qayıdacaq öz doğma ocaqlarına. Amma erməniləri zorla da olsa, Azərbaycana qaytarmaq mümkün olmayacaq. Çünki Azərbaycan əraziləri ermənilərin ata-baba yurdu deyil, onlar hansısa ölkədən – Suriyadan, Livandan, İrandan, Türkiyədən son iki yüz il ərzində köçürülüb gətiriliblər. Azərbaycanlıların əcdadları isə minillərdir o torpaqların sakinləridir.

– Azərbaycan Prezidenti İlham Əliyev Paşinyana Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşüb onları dinləməyi təklif edib. Bu planın reallaşacağı nə dərəcədə realdır? Əgər, bu, baş verərsə, Paşinyandan tələbiniz nə olardı?

– Paşinyana edilən həmin təklif Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana qarşı növbəti humanist addımıdır, Ermənistana öz dövlətçiliyini qoruyub saxlamaq üçün verilən yeni fürsətdir. Lakin, təəssüf ki, qarşı tərəf hələ də bunu anlamaq iqtidarında deyil. Anlamırlar ki, bu fürsət onlara həmişə verilməyə bilər. O ki qaldı, icma nümayəndələrimizin Paşinyanla baş tuta biləcək görüşü, əlbəttə, bu, mütləq olacaq, mən deyə bilmərəm bu görüş nə vaxt baş tutacaq, amma mütləq baş tutacaq. Həm də elə hesab edirəm ki, bu görüş o vaxt baş tutacaq ki, bu görüşdə şərtləri icmamız diktə edəcək. Şərtlərimiz, tələblərimiz nədən ibarət olacaq, bu da görüşün baş tutduğu konkret şəraitdən asılı olacaq.

– Tarixi torpaqlarımıza – Qərbi Azərbaycana Böyük Qayıdışın texnologiyasını necə təsəvvür edirsiniz?

– Cənab Prezident 24 dekabr 2024-cü ildə Qərbi Azərbaycan İcmasındakı tarixi çıxışında bildirdi ki, soydaşlarımızın doğma yurdlarına qayıdışı kortəbii ola bilməz. Bu qayıdışın hüquqi, siyasi əsaslarını ehtiva edən konsepsiyası olmalıdır və biz qısa müddətdə bu konsepsiyanı hazırlayıb qəbul etdik. Konsepsiyada qayıdışımızın bütün detalları, o cümlədən texnologiyası da öz əksini tapıb. Yeri gəlmişkən, xatırladım ki, son iki ildə icmamızın doqquz sənədi BMT-nin rəsmi sənədi kimi qəbul edilib və yayılıb. O sənədlərdən biri də icmamızın Qayıdış Konsepsiyasıdır. Yəqin ki, Paşinyanla ilk görüşümüzdə bu konsepsiyanın bir nüsxəsini ona hədiyyə edəcəyik.

* * *

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri qayıdış ideyasının gənclər arasında lazımi səviyyədə təbliğinin əsas hədəflərdən olduğu barədə də danışdı. Qeyd etdi ki, əsas tələb Qərbi Azərbaycan qaçqınlarının təməl hüquqlarının bərpasıdır. Bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət etdiklərini, amma təəssüf ki, həmin qurumlar tərəfindən bu istiqamətdə real addımların atılmadığına diqqət çəkdi. Buna baxmayaraq, icmanın bu ideya uğrunda mübarizəni davam etdirəcəyini vurğuladı: “İnsanlar sonuncu nəfərinə, hər qarış torpağına dinc yolla qayıdana qədər bu yolda mübarizəmiz davam edəcək”.

Hazırladı:
İ.HƏSƏNQALA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri