Icma.az
close
up
RU
“Qərbi Azərbaycanın Səsi” layihəsi gənclərin tarixi və mədəni irsə marağını artırır

“Qərbi Azərbaycanın Səsi” layihəsi gənclərin tarixi və mədəni irsə marağını artırır

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qərbi Azərbaycanın Səsi” adlı layihə çərçivəsində keçirilən maarifləndirici seminarlar gənclərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və Qərbi Azərbaycanla bağlı tarixi yaddaşı möhkəmləndirmək məqsədi daşıyır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Departasiya Qurbanları Cəmiyyəti İctimai Birliyin sədri Köçəri Nağıyev məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində 20 nəfər gənc və yeniyetmədən ibarət qrup yaradılıb və onlar üçün 4 mərhələli seminar proqramı təşkil olunub. Seminarların əsas mövzuları Qərbi Azərbaycanın tarixi, mədəni irsi, abidələri, adət-ənənələri və bu ərazilərdə yaşamış soydaşlarımızın hüquqi-sosial problemlərinin təhlilini əhatə edib.

Seminarlar gənclər tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar Qərbi Azərbaycan haqqında real faktlara əsaslanan məlumatlar əldə edib, müzakirələr aparıb və qrup işləri vasitəsilə bu bilikləri praktik olaraq tətbiq ediblər. Bu təşəbbüs gənclərin tədqiqat bacarıqlarının inkişafına da müsbət təsir göstərib.

Layihənin ən vacib cəhətlərindən biri də ondan ibarətdir ki, gənclər seminarlar zamanı yalnız tarixi faktlarla tanış olmaqla kifayətlənməyib, həm də Qərbi Azərbaycanla bağlı ideyalarını, düşüncələrini təqdimatlar və çıxışlar vasitəsilə ifadə ediblər. Bu, onların vətəndaş mövqeyinin və ictimai fəallığının formalaşmasında mühüm rol oynayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən bu layihə, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından önəmli bir addım olaraq qiymətləndirilir. Gənclərin göstərdiyi maraq və fəallıq isə layihənin nə qədər yerində və uğurlu olduğunu bir daha təsdiqləyir.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyul 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri