Qərbi Azərbaycanla bağlı xüsusi nümayəndə təyin edilsin!
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin Qərbi Azərbaycana Təşəbbüs Qrupunun xüsusi nümayəndələrinin təyin edilməsi təklif edilib.
Gununsesi.info -nun məlumatına görə, bu təkliflə parlamentin bu təkliflə parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmə zamanı deputat Azay Quliyev çıxış edib.
O bildirib ki, Qərbi Azərbaycana qayıdış xarici qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar vasitəsilə bütün dünyada aktuallaşdırılmalıdır.
“Fikrimcə, Təşəbbüs Qrupunun məruzəçisi təyin olunmalı və Qərbi Azərbaycanda törədilən vandalizm cinayətləri sistemləşdirilməlidir. Məruzəçi bu fakt və materialları xarici ölkələrə, parlamentlərə və QHT-lərə təqdim etməlidir. Eyni zamanda Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi nümayəndə seçilə bilər. Bu məsələni, beynəlxalq paktlar, konvensiyalar və digər sənədlərə istinad edərək daim gündəmdə saxlamaq, sırf bunun təbliğatı ilə məşğul olmaq mümkündür”, – A.Quliyev qeyd edib.
Baxış sayı:106
Bu xəbər 02 Dekabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















