Icma.az
close
up
RU
Qərbi azərbaycanlı: Mənim uşaqlığım elimin obamın, doğmalarımın əhatəsində keçirdiyim günlərdə qaldı

Qərbi azərbaycanlı: Mənim uşaqlığım elimin obamın, doğmalarımın əhatəsində keçirdiyim günlərdə qaldı

Icma.az, Azertag portalına istinadən məlumat verir.

İstanbul, 9 iyun, Günel Karatepe, AZƏRTAC

Vətən müharibəsində qazandığımız şanlı Zəfər ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, həm də bizə xalqımızın əsrlər boyu üzləşdiyi fəlakətlərin, soyqırımı aktlarının hesabını sormaq, tarixi ədaləti bərpa etmək imkanı da yaratdı. Bu gün Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilən Azərbaycanın növbəti hədəflərindən biri də Qərbi azərbaycanlıların tapdanan hüquqlarının tanınmasına nail olmaq, bu insanları əzəli yurd-yuvalarına qaytarmaqdır. Bu hədəf öz tarixi ata-baba torpaqlarından zorla qovulmuş yüzminlərlə soydaşımızın ən böyük arzusu, xəyalıdır. Belə insanlardan biri də əslən Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı (Hüseynquluağalı) kəndində dünyaya gələn həmvətənimiz Aytən Kanberdir.

AZƏRTAC ilə xatirələrini bölüşən Aytən xanım artıq uzun illərdir İstanbulda yaşayır.

“Təxminən 35 ildir Vətən həsrəti ilə yaşayıram. Demək olar, hər gecə yuxumda kəndimizi, xoşbəxt, qayğısız günlərimi, atamla anamın əlimdən tutaraq məni kəndimizin mərkəzində yerləşən rəhmətlik Təyyar dayının dükanına aparmalarını, oradan sevdiyim şirniyyatları almalarını görürəm. Basarkeçər rayonunun mərkəzinə gedərkən ermənilərdən qorxaraq atamın qucağına atladığım an da yuxularımda yer alan acı xatirələrdən biridir. Mən elə o illərdə qalmışam, yəqin ki, yuxumda hələ də o kənddəki balaca qızam…” - deyən müsahibimiz uşaqlığının ən yaddaqalan günlərinin doğma torpaqları ilə bağlı olduğunu xatırlayır: “Mənim uşaqlığım elimin-obamın, doğmalarımın əhatəsində keçirdiyim günlərdə qaldı. Yaddaşımı ağ kağız üzərində çəkilmiş rəsmə bənzədirəm. Aradan uzun illər keçib, lakin o rəsmin rəngləri solmur, tam əksinə, hər ötən gün daha qabarıq şəkildə gözümdə canlanır. Uşaq olmağıma baxmayaraq, orada çox xoşbəxt olduğumu daha yaxşı anlayıram”.

Doğma Vətəni onun üçün ən gözəl yuxu olub, qoynunda dünyaya göz açdığı, ayaq atıb torpağında yeridiyi Nərimanlı kəndi yaddaşında silinməz iz qoyub. Kənddə cəmi 5 yaşınadək yaşasa da, evləri, qohumları, o yerlərin bulaqları, dağları, ümumiyyətlə, orada keçirdiyi illər daim yaddaşındadır.

Aytən Kanber yaddaşında qaldığı və valideynlərindən eşitdiklərini belə yada salır: “Atamın işi ilə bağlı Bakıya köçməli idik. Bunu öyrənəndə çox ağladığımı xatırlayıram, getmək istəmirdim. Nənəmlə babamı qucaqlayaraq, “məni göndərməsinlər” - deyə yalvarırdım. Lakin alınmadı, ailəmizlə köçdük və Bakının Mehdiabad qəsəbəsinə yerləşdik. Hər il məktəbin bağlanmasını səbirsizliklə gözləyirdik, çünki üç aylıq yay tətili bizi kəndimizə qaytarırdı. Rəhmətlik babam Məsi kişi ilə Nərimanlının yaylaqlarını çox gəzib dolaşmışam. Kəndimizdə insanlar tütünçülük, taxılçılıq, xalçaçılıq və heyvandarlıqla məşğul olurdular. İnsanlar səmimi, mərd və çox qonaqpərvər idilər. Bütün bunlar 1988-ci ilin qarlı-şaxtalı noyabr günlərinə qədər davam etdi. O vaxta qədər Nərimanlı mənim üçün dünyanın ən təhlükəsiz yeri idi. Lakin bir gün Bakıda idik və atamla anamın asta səslə danışaraq keçirdikləri narahatçılıqdan nələrinsə baş verdiyini anladıq. Qohum-əqrəbalarımızın hamısı kənddə yaşayırdı. Orada nə isə baş verirdi və atam onlara kömək etmək üçün kəndə getdi. Sonradan atam danışırdı ki, yolda ermənilər bir neçə dəfə onların maşınlarına atəş açıblar, təsadüf nəticəsində maşındakılardan heç kim xəsarət almayıb. O, kəndə çatdığında oranı tanımadığını deyirdi. Kənd saqqallı və azərbaycanlılara qarşı qəddar davranan ermənilərlə dolu idi. Qadın, qoca və uşaqları qorumaq üçün kənd sakinləri gecədən səhərə kimi keşik çəkirdilər. Lakin onlar 1988-ci ilin noyabr ayınadək tab gətirə biliblər. Sonra da Göyçədən Kəlbəcər istiqamətinə yola çıxaraq, Azərbaycana qaçmağa məcbur olublar. O qarlı aşırımlarda qəzaya düşənlər də çox olub. Beləliklə, qohumlarım da daxil olmaqla, oradakı bütün azərbaycanlılar köç karvanı və min bir əzab-əziyyətlə doğma el-obalarından çıxmağa məcbur ediliblər”.

Atası, anası, qardaşları da daxil olmaqla, doğmalarının əksəriyyətinin Vətən nisgili ilə dünyasını dəyişdiyini deyir Aytən xanım.

“Artıq uzun illər ötüb, lakin Nərimanlıda keçən uşaqlığımı unuda bilmirəm. Ötən illərimə baxdıqda kəndimizdə keçən günlər gözümün önündə kino lenti kimi canlanır”, - deyən müsahibimiz dolmuş gözləri ilə dərin bir ah çəkir: “Kaş heç böyüməsəydim...”.

“Ermənilər tarix boyu azərbaycanlılara qarşı nə qədər soyqırımı törədiblər, xalqımızı elindən-obasından didərgin salıblar, evlərimiz, kəndlərimiz, şəhərlərimiz viran qalıb. Elə bu gün Ermənistana baxsaq, orada bir nəfər belə azərbaycanlı yoxdur. Elə bu faktın özü yaşananların sübutudur. Bəs, ədalət, insan haqları, bütün bunlardan ağız dolu danışanlar haradadırlar? Lakin, biz gec-tez ədalətin bərqərar olacağına inanırıq”, - deyə müsahibimiz bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri