Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların Ermənistana qayıdışı GÜNDƏMDƏ: Sülh müqaviləsi ilə bağlı VACİB DETALLAR KONKRET

Qərbi azərbaycanlıların Ermənistana qayıdışı GÜNDƏMDƏ: Sülh müqaviləsi ilə bağlı VACİB DETALLAR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ermənistan rəhbərliyi zaman-zaman sülh açıqlamaları verir. Əksər hallarda Azərbaycanın iki əsas şərtinin qəbul ediləcəyi də vurğulanır. Ancaq hələ də real addımlar atılmır və müqavilənin imzalanması məsələsi dalana dirənib. Bəs görəsən, yekun sülh sənədi nə zaman imzalana bilər?

Mövzunu KONKRET.az-a politoloq Zeynal Əmrəliyev şərh edib:

“Ermənistan tərəfi hər zaman bu cür açıqlamalarla çıxış edir. Paşinyan guya sülh istədiyini və buna sadiq olduğunu vurğulayır. Ancaq bütün bunlar hamısı sözdə verilən bəyanatlardır. Hərçənd, realda Ermənistan tərəfi heç bir iş görmür. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmamasının səbəbi məhz rəsmi İrəvandır. Çünki 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb, təbiətə ciddi ziyan vurub və xalqımıza qarşı soyqırım siyasəti həyata keçirib. İndi də Ermənistan tərəfi qalıcı sülh sazişinin imzalanmasına mane olur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında olan ərazi iddiaları ilə bağlı maddələr dəyişdirilməlidir. Çünki bunsuz sülh müqaviləsinin imzalanması mümkün deyil. Eyni zamanda kommunikasiya xətlərinin açılmasına, xüsusən Zəngəzur dəhlizinin reallaşmasına İrəvan dəstək verməlidir. Bu, qalıcı sülh üçün çox mühümdür. Çünki sülh imzalansa, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolu bərpa olunmalıdır. Əgər Ermənistan ikitərəfli münasibətlərin bərpasını istəyirsə, dəhliz məsələsini həll etməlidir. Digər önəmli məsələ isə vaxtilə Ermənistan tərəfindən qovulan Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması ilə bağlıdır. Bu məsələ öz həllini tapmalıdır və problemlər həll edilməlidir. Əgər bu problemlər həll olunarsa, o zaman sülh müqaviləsi imzalana bilər. Əks halda sülh mümkün olmayacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Aprel 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri