Qərbin B planı Paşinyanın yerinə Qriqoryan!?
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Ermənistanın keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın hakimiyyətin siyasətini kəskin tənqid etməsi İrəvanda yeni siyasi planın işə düşməsi barədə müzakirələrə yol açıb.
Məlumdur ki, uzun illər Nikol Paşinyanın ən yaxın siyasi silahdaşlarından biri, Qərbyönlü siyasətin əsas təmsilçilərindən sayılan keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hakimiyyətin xarici və daxili siyasətini sərt tənqid edib.
Maraqlıdır ki, onun səsləndirdiyi fikirlər Paşinyan hakimiyyətinə qarşı çıxan sistemli müxalifətin əsas tezisləri ilə üst-üstə düşür. Bu isə keçmiş yüksəkvəzifəli məmurun həqiqətən müxalifətə keçməsi, yoxsa Ermənistan siyasətində yeni siyasi ssenarinin iştirakçısına çevrilməsi barədə suallar yaradıb.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, “Qolos Armeniya” nəşrində dərc olunan təhlildə Qriqoryanın siyasi mövqeyindəki bu dəyişiklik təsadüfi hadisə kimi qiymətləndirilmir. Müəllif onun hakimiyyətdən uzaqlaşmasını və son açıqlamalarını Ermənistanın gələcək siyasi konfiqurasiyası ilə əlaqələndirir.
Məqalədə qeyd olunur ki, Armen Qriqoryan 2018-ci ildən 2026-cı ilin avqustunadək Ermənistanın xarici siyasətinin Qərbə istiqamətləndirilməsində iştirak edən əsas şəxslərdən biri hesab edilirdi. Buna görə də onun indiki mövqeyi siyasi baxımdan diqqət çəkir.
Qriqoryanın indi əsas arqumenti budur ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya kursu real siyasi və iqtisadi imkanlarla uzlaşmır. Onun fikrincə, İrəvan Rusiyadan asılılığı azaltmaq istəyərkən özünü başqa güc mərkəzindən asılı vəziyyətə sala bilər.
Qriqoryan Ermənistanın xarici siyasətində bir mərkəzdən digərinə keçidi deyil, müxtəlif güc mərkəzləri arasında balansın qorunmasını təklif edir. “Qolos Armenii”nin təhlilində diqqət çəkən əsas məqam isə Qriqoryanın siyasi mövqeyinin dəyişməsinin mümkün səbəbləridir.
Nəşr hesab edir ki, keçmiş təhlükəsizlik şurası katibinin fikirləri Ermənistanın sistemli müxalifətinin mövqeyi ilə demək olar ki, eynidir. Müxalifət də Rusiya ilə münasibətlərin qorunmasını, Qərblə əməkdaşlığın davam etdirilməsini və ölkənin xarici siyasətində balansın saxlanılmasını müdafiə edir.
Məqalədə daha maraqlı bir ehtimal irəli sürülür: Paşinyan hakimiyyəti Qriqoryanı müstəqil siyasi fiqur kimi önə çıxarmaqla ənənəvi müxalifətin elektoratına və siyasi gündəliyinə təsir göstərməyə çalışa bilər.
İddia olunur ki, müxalifət liderlərinin bir qisminin həbsdə olması, digərlərinin isə siyasi fəaliyyət imkanlarının məhdudlaşdırılması belə bir ssenari üçün əlverişli şərait yarada bilər. Qriqoryan isə müxalifətin tənqid etdiyi siyasəti öz keçmiş hakimiyyət təcrübəsi hesabına daha fərqli formada təqdim edə bilər.
Bu ehtimalı gücləndirən məqamlardan biri kimi Nikol Paşinyanın yaxınlarda “Facebook”da canlı yayım zamanı səsləndirdiyi fikirlər göstərilir. Ermənistanın baş naziri ölkəyə yeni, dövlət maraqlarını əsas götürən və müstəqil müxalifətin lazım olduğunu bildirmiş, xaricdən idarə olunan müxalifətə qarşı çıxış etmişdi. “Qolos Armeniya” bu açıqlama ilə Qriqoryanın son siyasi mövqeyi arasında əlaqə görür. Nəşrin versiyasına görə, söhbət Paşinyanın öz siyasi xəttini dəyişmədən, hakimiyyətin daxilindən çıxmış yeni sima vasitəsilə müxalifət meydanında alternativ yaratmaq planından gedə bilər.
Məqalənin ən diqqətçəkən hissəsi isə Ermənistan üçün Qərbin mümkün “B planı” barədə irəli sürülən mülahizələrdir.
İddia edilir ki, Paşinyanın 2018-ci ildən bəri həyata keçirdiyi siyasi kurs artıq müəyyən geosiyasi məhdudiyyətlərlə üzləşib. ABŞ və Avropa İttifaqının Rusiya siyasətində fərqli yanaşmaları, Cənubi Qafqaz uğrunda rəqabət və regionda yeni nəqliyyat-kommunikasiya layihələri Qərbin əvvəlki strategiyasına yenidən baxmasını zəruri edə bilər.
Bu ssenaridə Qriqoryan Qərbdə siyasi baxımdan formalaşmış, eyni zamanda Moskva ilə münasibətlərin tamamilə qırılmasının əleyhinə çıxan yeni siyasi fiqur kimi təqdim olunur. Diqqət çəkilən digər məqam Qriqoryanın avqustda dövlət vəzifəsindən getdikdən sonra beynəlxalq konsaltinq şirkətində fəaliyyətə başlamasıdır. Söhbət TRIPP layihəsinin qiymətləndirilməsində də iştirak edən “Policy and Management Consulting Group”dan gedir.
“Qolos Armeniya”nin təhlilində bu fəaliyyət onun Qərb mərkəzləri ilə əlaqələrinin davam etməsi kontekstində təqdim olunur. Nəşr hesab edir ki, Qriqoryan əvvəlcə müxalifətin siyasi şüarlarını mənimsəyərək özünə ictimai dəstək qazana, daha sonra isə hakimiyyət uğrunda mübarizədə yeni namizədə çevrilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















