Icma.az
close
up
RU
Qərəzin dili: Lapşin yenidən səhnədə

Qərəzin dili: Lapşin yenidən səhnədə

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Hərşeyşünas”ın son açıqlamaları sülhə deyil, qarşıdurmaya yol açır

Azərbaycan ərazisində “boz zona” kimi 33 il mövcud olmuş, varlığına 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə son qoyulmuş separatçı rejimə başçılıq etmiş şəxslərin məhkəməsi Ermənistandakı revanşistləri və dünyakı erməni diasporunu, habelə ermənipərəstləri bərk narahat etməkdədir. Belələrindən biri də Aleksandr Lapşindir.

Özünü gah səyyah, gah jurnalist, gah hüquq müdafiəçisi, gah da bloger kimi təqdim edən bu şəxsin adı Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. O, 2011–2012-ci illərdə Azərbaycan dövlətindən icazə almadan işğal altında olan ərazilərimizə qanunsuz səfər etdiyi üçün adı Xarici İşlər Nazirliyinin “qara siyahı”sına salınmış, beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılmış, 2017-ci il fevralın 7-də hüquqi prosedur çərçivəsində ölkəmizə ekstradisiya olunmuşdu. Bu hadisə Ermənistan–Belarus münasibətlərində gərginliyə səbəb olmuş, həmçinin İsrail və Rusiyada (Lapşin bu iki dövlətin vətəndaşlığını daşıyır–S.H.) xarici siyasət gündəminin mövzusuna çevrilmişdi. Nəticədə, başabəla səyyah ətrafındakı beynəlxalq qalmaqala beş dövlət cəlb edilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2017-ci il iyulun 20-də A.Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdi. Prezident İlham Əliyevin humanist siyasətindən Lapşin də yararlanmış, o, dövlətimizin başçısının 2017-ci il sentyabrın 11-də imzaladığı əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdu.

Qeyd etdiyimiz kimi, Lapşin Azərbaycan dövlətinin, şəxsən cənab İlham Əliyevin humanizmi sayəsində azadlığına qovuşsa da, ölkəmizə qarşı düşmənçilik mövqeyini, bədnam çıxışlarını dayandırmayıb. O, müsahibələrində və yazılarında Azərbaycanın suverenliyinə zidd mövqe sərgiləyir və ermənipərəst ritorikasını açıq şəkildə ifadə edir. Həbsdə olduğu dövrdə Ermənistanın təbliğat maşını tərəfindən “söz və sərbəst hərəkət azadlığı qurbanı” kimi təqdim olunan Lapşin İkinci Qarabağ müharibəsindən sonra da gündəmdədir. Lakin bu dəfə “sülh çağırışları” fonunda Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını şübhə altına alan çıxışları ilə. Onun bəyanatları, sosial şəbəkələrdə və bloqunda paylaşdığı fikirlər açıq şəkildə ermənipərəst, təhrifedici və ikili standartlarla doludur.

Bugünlərdə erməni jurnalist Lana Mşetsyanın “YouTube” kanalında aparıcısı olduğu “Fakt üzrə” verilişinin qonağı olan Lapşinin Bakı Hərbi Məhkəməsində mühakimə olunan erməni “qlavarlar”la bağlı fikirləri də bu qəbildəndir. İlk olaraq jurnalistin Lapşini “Ermənistanın böyük dostu” kimi təqdim etməsi diqqəti cəlb edir. Lapşin xislətinə uyğun olaraq, ədalət mühakiməsi sözünü “dırnaqarası” adlandırıb. O, hesab edir ki, Bakıdan ilk növbədə “Artsax liderləri”ni deyil, 2020-ci ildən “əsir” götürülən “sıravi, vətənpərvər oğlanları, hərbçiləri” çıxarmaq lazımdır: “Ən ağlasığmazı odur ki, biz onların adlarını belə bilmirik, orada saxlanılanların siyahısı yoxdur. Artsax liderlərinə gəlincə, bəli, indi Ruben Vardanyanın qəhrəmanlaşdırılması gedir, orada qalan şəxslərin hamısı unudulur. Məndə belə davamlı hiss var. Yaxşı hiss deyil, ümid edirəm ki, yanılıram. Azərbaycanlılar bu vəziyyətdən birtəhər çıxmaq (?) üçün kimisə qurban verəcəklər (?). Qorxuram ki, bir müddət sonra Artsax liderlərindən birinin və yaxud digər şəxsin intihar etdiyini və ya infarkt keçirdiyini eşidək”.

Vaxtilə cəzaçəkmə müəssisəsində intihara cəhd edən Lapşin kamerasında hansısa “maskalı adamlar” tərəfindən boğulduğunu iddia edib. Daha sonra Nikol Paşinyana öyüd-nəsihət verməyə girişib. Bu fikirlər onun normal düşünmək qabiliyyətində olmadığın ortaya qoyub: “Əgər sırf nəzəri cəhətdən siz və mən Nikol Vovayeviçin yerində olsaydıq və yenə nəzəri olaraq bu adamların müqabilində bizdən, məsələn, Zəngəzur dəhlizi və ya başqa bir şey istənilsəydi, nə cavab verərdik?! Bu, həqiqətən də, çox ağrılı bir vəziyyətdir, məncə. Başa düşürəm ki, biz tərəzinin bir tərəfində sıravi əsgərlərin və Artsax liderlərinin həyatını, digər tərəfində isə Ermənistanın suverenliyinin itirilməsini (?) qoysaq, ikincinin daha vacib olacağını görəcəyik. Amma bunu ailələrə izah etmək təbii ki, mümkün olmayacaq”.

Lapşinin verilişdə səsləndirdiyi belə fikirlər, onun yalnız siyasi deyil, eyni zamanda, emosional manipulyasiya yolu ilə auditoriyanı çaşdırmaq və Azərbaycan əleyhinə rəy formalaşdırmaq niyyətində olduğunu açıq şəkildə göstərir. Əvvəla qeyd edək ki, L.Mşetsyanın Lapşini “Ermənistanın böyük dostu” kimi təqdim etməsi təsadüfi deyil. Bu təqdimat Lapşinin artıq bir tərəfin – yəni Ermənistanın informasiya platformasında açıq şəkildə mövqeyini ortaya qoyduğunu sübut edir. Bu halda onun “müstəqil jurnalist”, “sülh fəalı” və ya “tərəfsiz müşahidəçi” kimi təqdim olunması absurddur. Üstəlik, Lapşinin Azərbaycan məhkəməsinə “ədalət mühakiməsi” sözünü dırnaqarasına salaraq, ironiya ilə yanaşması, hüquqi və suveren proseslərə qarşı açıq hörmətsizlikdir. Azərbaycanın suveren ərazisində hərbi cinayət törətməkdə təqsirləndirilən şəxslərin qanun qarşısında cavab verməsi beynəlxalq hüququn tələbidir. Bu prosesə ironik yanaşmaq, əslində, qurbanı təqsirləndirməyə yönəlmiş manipulyasiyadır.

Lapşin bu çıxışında iki əsas texnikadan istifadə edir. Bunlardan biri “insaniləşdirmə” (o, məhkum olunmuş separatçı döyüşçüləri “vətənpərvər oğlanlar” adlandırır–S.H.), digəri “qurban obrazı yaratma”dır. Guya, Azərbaycanda onların “adları belə bilinmir”, “siyahı yoxdur və hamı unudulub”. Bu, klassik dezinformasiya və duyğu manipulyasiyası nümunəsidir. Azərbaycan 2020-ci ildən bu günə qədər saxlanılan erməni hərbçilərlə bağlı məlumatları beynəlxalq qurumlara, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim edib. Lapşinin bu faktları bilərəkdən gözardı etməsi onun qərəzli niyyətinin göstəricisidir.

Lapşin bir tərəfdən R.Vardanyanın Ermənistanda “qəhrəmanlaşdırılmasından” narahat olduğunu bildirir, digər tərəfdən isə Azərbaycanın bu şəxslərə qarşı ədalətli məhkəmə prosesinə şübhə ilə yanaşır. Bu, ikili standartdır. Əgər Lapşin Vardanyanın “qəhrəman” olmasından narahatdırsa, onda onun məhkəmə qarşısında cavab verməsini dəstəkləməli idi. Amma əksinə, bu prosesə “qurban vermək”, “intihar”, “infarkt” kimi emosional yüklü sözlərlə şübhə toxumu səpir. Bu isə artıq sırf dezinformasiya və psixoloji manipulyasiyadır.

Onun həbsdə olduğu zaman, guya, “maskalı adamlar” tərəfindən boğulması, intihara cəhd etməsi və s. haqqında dedikləri illərdir özünü “qurban” kimi təqdim etmək strategiyasının davamıdır. Bu, sadəcə olaraq, şəxsi təcrübəsini şişirtməklə diqqət çəkmək və Azərbaycanı “söz azadlığı düşməni” kimi göstərmək məqsədi daşıyır. Halbuki, o, humanizm prinsipi və mərhəmətli yanaşma əsasında cəzasının çəkilməmiş hissəsindən azad edilmiş şəxsdir.

Lapşin, guya, təmkinli və realist yanaşma ilə çıxış edirmiş kimi görünməyə çalışır: “Əgər Ermənistan Zəngəzur dəhlizini güzəştə getsə, suverenliyini itirə bilər”. Burada o, Ermənistan cəmiyyətini Azərbaycanın təşəbbüslərinə qarşı qaldırmağa çalışır.

Bu müsahibə ilə Lapşin bir daha sübut edir ki, o, erməni lobbisi tərəfindən ələ alınmış və obyektivlik hissini itirmiş bir şəxsdir. Onun dilində ədalət mühakiməsi ironiya, separatçılar “vətənpərvər oğlanlar”, məhkəmə prosesləri isə “qurbanvermə əməliyyatı” kimi təqdim olunur. Bu, klassik informasiya savaşı taktikasının bir hissəsidir. Lapşin erməni təbliğat maşınının “yararlı müttəfiqi” rolunu oynayır və Azərbaycanın haqlı mövqeyinə qarşı planlı şəkildə çıxış edir.

Ümumiyyətlə, Ermənistan uzun illərdir informasiya müharibəsində fərqli alətlərdən istifadə edir. Jurnalistlər, siyasətçilər, blogerlər və qeyri-hökumət sektorunda fəaliyyət göstərən şəxslər bu alətin tərkib hissəsidir. Lapşin bu mənada “söz azadlığı” pərdəsi altında öz mövqeyini formalaşdıraraq, ermənipərəst tezislərin yayılmasına xidmət edir. O, heç bir halda neytral analitik adlandırıla bilməz. Keçmişi, şəxsi ambisiyaları və siyasi motivasiyası onun çıxışlarının məqsədli olduğunu göstərir. Lapşin bir müddət Azərbaycanda saxlandıqdan sonra azad edilməsini proseslərə obyektiv yanaşmaq üçün fürsət kimi deyil, şəxsi revanşist hisslərinin ifadəsi üçün istifadə edir. Ermənilər isə onun bu ritorikasını alqışlayaraq, öz təbliğatlarının tərkib hissəsinə çeviriblər.

Bir məqamı da qeyd etmək lazımdır ki, A.Lapşinin şəxsi kompleksləri (Azərbaycanda həbs olunması, sonrakı deportasiya və beynəlxalq arenada diqqət çəkmək arzusu) onu davamlı şəkildə ölkəmiz əleyhinə danışmağa vadar edir. İkincisi, maddi maraqlar – müxtəlif erməni lobbi qurumları və təşkilatları tərəfindən dəstəkləndiyi ehtimalları istisna deyil. Üçüncüsü, reputasiya və tanınmaq ehtiyacıdır. O, “münaqişə bölgəsi üzrə ekspert” kimi görünmək üçün daha səs-küylü və qalmaqallı çıxışlara üstünlük verir. Halbuki, o, bu vasitələrlə nəinki sülhə xidmət edir, əksinə, regionda yenidən qarşıdurma və qütbləşmə ritorikasını körükləyir. Belə “müstəqil blogerlər”, əslində, informasiya cəbhəsinin əsgərləridir. Amma, sülhün deyil, qərəzin və təbliğatın əsgərləri...

Ramiyə MƏMMƏDOVA,
politoloq

– “Ermənistanın böyük dostu” kimi təqdim edilən Aleksandr Lapşin kimi şəxslər, əslində, bu ölkənin böyük düşmənləridir. Çünki onlar Ermənistanın rifahının, gələcək inkişafının Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, regionda kommunikasiyaların açılmasından, eləcə də Türkiyə ilə əlaqələrin normallaşmasından keçdiyini bilsələr də, bunu dilə gətirmirlər. Onların bu yanaşması Ermənistanın regionda təcriddə qalmasına, iqtisadi vəziyyətin pisləşməsinə səbəb olur. Ancaq Hayastanın düşdüyü vəziyyət Lapşin kimilərin vecinə də deyil. Çünki onları yalnız şəxsi mənfəətləri maraqlandırır.

Onun Bakıda keçirilən məhkəmə prosesi barədə söylədiyi fikirlər də məsələlərə qeyri-obyektiv yanaşmasının göstəricisidir. Ümumiyyətlə, Lapşin Azərbaycana dərin nifrət və düşmən münasibəti bəsləyir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri