Icma.az
close
up
RU
Qərəziniz kimədir? Neftçi yə, yoxsa Abasova?

Qərəziniz kimədir? Neftçi yə, yoxsa Abasova?

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi”nin uğursuz günləri sona çatmaq üzrədir. Razılaşarsız, ya yox, öz işinizdir.

Amma komanda keçirdiyi son 9 matçda 6 qələbə qazanıb, 1 heç-heçə edib. “Ağ-qaralar” mümkün 27 xaldan 19-unu toplayıb. Həm də “Zirə”, “Turan Tovuz”la matçlarda. Pis nəticə deyil. Təbii ki, “Neftçi” kimi klub üçün bunu uğur adlandırmaq olmaz. Amma uğursuzluq demək də qərəzli çıxar.

Misal üçün Qriqorçukun “Neftçi”si 9 oyunda 5 xal toplamışdı. İndi isə həmin rəqəm təxminən 4 dəfə artıb. Buna necə uğursuzluq demək olar ki? Doğrudur, komandanın çempionluq şansları rəsmən bitib. Amma yenə də mövsümü titulla başa vura bilərlər. Bakı təmsilçisi ölkə kubokunda yarımfinaldadı. Komanda həmin matçda əsas qol ümidi Bassala Sambunun xidmətindən məhrumdu. Özü də dəxlisiz bir qırmızı vərəqəyə görə.

Sizə bəzi faktları da açmaq istəyirəm. Bilirsiz ki, qış dönəminə qədər “Neftçi”də xaos hökm sürürdü. Hətta vəziyyət o yerdə idi ki, komandanın 90 faizi açıqlama, müsahibə vermək istəmir, boyun qaçırırdı. Matçlardan sonra meydanı tərk edərkən hər kəsin üzündə utanc, aqressiya, qayğı görünürdü. Stadionun çıxışında dayanıb onlara fikir verəndə heç kəsin deyib-gülmədiyini, hamının başını aşağı salıb çıxıb getdiyini görmək olurdu. Komandada ruh olmadığı aşkar görünürdü, kollektiv ola bilirdilər, amma komanda olmağı bacarmırdılar. Məncə, ən ciddi problem də elə bu idi.

İndi isə hər şey fərqlidi. Üzlər gülür, futbolçular arasında münasibətlər düzəlib, aradakı buzlar əriyib. Komanda gündən-günə müəyyən irəliləyişə nail olur.

Buna baxmayaraq, anlamadığım bəzi şeylər var. Niyə bəzi insanlar “Neftçi”nin birdən-birə çempionluğa oynamalı olduğunu düşünür? Okey, komanda ölkə futbolunun tarixidir, köklü klubdur. Amma bəs hazırkı mühit buna əl verir? Heyət hansı dərəcədə mükəmməldi ki, çempionluq istəyirsiz?

Samir Abasov komandanı təhvil alanda əlində yararsız, faydasız futbolçulardan ibarət heyət var idi. Onları bir-bir göndərdi. Yerdə qalanları da yayda göndərəcək. Bəs göndərilənlərin yerində kimlər oynayır? Əziyyət çəkməyin, mən deyim. Hücum xəttinin sivri ucunda Ağadadaş Salyanskiy çıxış edir. Uğur qazanmasını istədiyim gənc, perspektivli futbolçudu. Amma hazırkı durumda onunla çempionluğa oynamaq nə dərəcə realdı? 

Heyət çox zəifdi. Yalnız taktika hesabına qələbə qazanmaq mümkündü. Abasovun “Neftçi”si də bunu edir. Komanda qış fasiləsində güc topladı, sonrakı iki ay bundan maksimum faydalandı. “Səbail”lə oyunun ikinci hissəsində həmin gücün son damlaları da tükəndi. Amma futbolçular təcrübə hesabına nəticəni qorumağı bacardılar. 

Təsəvvür edin ki, qarşınızda “Qarabağ” kimi hegemon komanda var. Rəqib meydana Leandro Andrade, Yassin Benziya, Emmanuel Addai üçlüsü ilə çıxıb. Fasilədən sonra onları Abdullah Zubir, Aleksey Kaşuk, Kadi Borges əvəzləyir. Sənin isə əlində Ağadadaşdan savayı xəstəxanalarda məskən salmış Dembo Darbo, Yeqor Boqomolski var. Hə, bir də 10 oyundan bir nəsə edən Andrey Ştoqrin... Bassala Sambunu unutmadım, bilərək qeyd etmədim. Onu cəmi 4-5 oyunda meydanda görə bilmişik, konkret söz demək üçün çox tezdir. Bu komandanın çempion olacağına inanmaq özü böyük bir xəyaldı. Bəzən reallığı qəbul etmək lazımdı. “Zirə” və “Sabah”ın hücumu belə “Neftçi”nin ön xəttindən güclüdü. Davit Volkov, Coy Lens Mikels, Cesse Sekidika, Rafael Utziq daha faydalı və bitirici oyunçulardı. Bəs niyə bunu qəbul etmək olmur?

Çünki “Neftçi” Azərbaycan futbolu üçün çox böyük addı. Bəziləri üzülür, komandanın bu durumunu qəbul etmək istəmir. Bəziləri isə fürsətdən istifadə edib Bakının son qalasını (“Bakı” və “İnter”i artıq mövcud deyil) daha da yıxmağa çalışır.

Həm də Abasov faktoru var. Bilmədiyimiz bir səbəbdən mütəxəssisə qarşı kin, nifrət var. Bəziləri “Neftçi”ni “Qarabağ”ın hegemonluğu dövründə çempion edən, “Sumqayıt”ı avrokuboklara çıxaran məşqçi ilə mübarizəyə giriblər. Oyun alqı-satqısına görə futboldan kənarlaşdırılan sabiq rəsmilər, qatarda matçı satdığı klubla yeyib-içən hakimlər indi Abasova qarşı ayağa qalxıblar, onu bəyənmirlər. Məqsədləri nədi? “Neftçi”dən onu göndərmək. Niyə? Yerinə hesabına nələrsə edə biləcəkləri başqa adamı gətirmək. 

Verilişlərdə biabırçı, utancverici çıxışlarla guya “Neftçi”nin durumuna üzüldüklərini söyləyirlər. Amma üzlərində gizlənən təbəssüm hər şeyi açıqlayır. Qərəzli olmayın. Açın statistikaları baxın, yollanın bazaya komandadaxili ab-havanı seyr edin. Son 4 ayda nələrin dəyişdiyini görə biləcəksiz. Hə, görmək istəmirsizsə, onda başqa məsələ.

Badmintonçumuz Malayziyada bürünc medal qazandı Dibala İspaniya yolunda Basketbol məşqləri üçün seminar keçirildi “Araz-Naxçıvan”da 2 itki Murad Musayev: “Nəticə istədiyimiz kimi olmadı”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 Mart 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri