Icma.az
close
up
RU
Neftçi də iclas: MŞ nəticələri qəbuledilməz saydı! Samir Abasova nə dedilər?

Neftçi də iclas: MŞ nəticələri qəbuledilməz saydı! Samir Abasova nə dedilər?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Neftçi"nin Müşahidə Şurasının nümayəndələri ilə baş məşqçi Samir Abasov, Baş İcraçı Direktor Cenk Sümer, idman və maliyyə departamentlərinin iştirakı ilə bu həftə keçirilən iclaslarda mövsümün nəticələri müzakirə edilib.

"Football-plus.az" xəbər verir ki, Baş İcraçı Direktor klubun illik fəaliyyəti haqqında Müşahidə Şurasına məlumat verib, baş məşqçi, maliyyə direktoru və idman departamentinin hesabatları dinlənilib.
Müşahidə Şurası komandanın nəticələrindən ciddi narazılığını dilə gətirib, mövsümün yekunlarını qəbuledilməz kimi qiymətləndirib. Eyni zamanda seleksiya işlərindəki mövcud nöqsanlar da müzakirə edilib.
Bununla belə, Müşahidə Şurası Samir Abasova tam dəstək nümayiş etdirib və klubun digər şöbələrinə baş məşqçinin komanda quruculuğu ilə bağlı istəklərinə uyğun transfer strategiyasının həyata keçirilməsi üçün hər cür dəstəyin verilməsini tapşırıb. Samir Abasovun qarşısında ölkənin ən köklü klubu olan "Neftçi"nin adına layiq güclü, ən yüksək hədəflər uğrunda mübarizə aparacaq komandanın qurulması və qısa müddətdə bu istiqamətdə ilk addımların atılması tələb kimi qoyulub. Müşahidə Şurası bu yolda Samir Abasova hər cür dəstək göstərəcəyini bildirib.
Eyni zamanda baş məşqçi, Baş İcraçı Direktor və idman departamentinə komanda quruculuğu prosesinin hazırda davam edən və klubun büdcəsinin müəyyən hissəsini əhatə edən genişmiqyaslı infrastruktur layihələrinin icrasına mənfi təsir göstərməməsi tapşırığı verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 May 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri