Icma.az
close
up
RU
Qərəzli diplomatiya və yeni kolonial maraqlar

Qərəzli diplomatiya və yeni kolonial maraqlar

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

2025-ci il iyulun 22-də Fransa Milli Assambleyasında irəli sürülən və Ermənistanla “strateji tərəfdaşlıq” qurulmasını təşviq edən Avropa qətnaməsi təşəbbüsü, ilk baxışda parlament diplomatiyası nümunəsi kimi görünə bilər. Lakin sənədin siyasi ruhu və dili onun əsl məqsədini açıq şəkildə üzə çıxarır: qətnamə Cənubi Qafqazın dəyişən güc reallıqları fonunda öz təsir dairəsini itirən bir dövlətin narahatlıq dolu cavabıdır. Fransa bu sənədlə faktiki olaraq özünü vasitəçi və neytral mövqedən uzaqlaşdıraraq bir tərəfin – Ermənistanın açıq şəkildə müdafiəçisinə çevirir. Elə bu addım onun həm ATƏT-in Minsk qrupundakı keçmiş roluna, həm də Avropa İttifaqı (Aİ) müstəvisindəki mümkün vasitəçilik iddialarına xələl gətirir.

Qətnamənin təqdimatı və məzmunu bir daha göstərir ki, Fransa bu sənədi siyasi diplomatik dialoqu təşviq edən, hüquqi çərçivəyə söykənən bir akt kimi deyil, daha çox emosional, qərəzli və konfrontativ ritorikanın aləti kimi təqdim edir. Qətnamənin leksikonuna nəzər saldıqda, burada beynəlxalq hüququn əsas anlayışları – suverenlik, ərazi bütövlüyü, qarşılıqlı hörmət – ya ümumiyyətlə nəzərə alınmır, ya da məqsədli şəkildə təhrif olunur. Əvəzində isə “Artsax”, “etnik təmizləmə”, “mədəni irsin məhv edilməsi” kimi emosional yüklü, lakin hüquqi cəhətdən qeyri-real və beynəlxalq sənədlərdə tanınmamış anlayışlara geniş yer verilir.

Sənədin əsas istinad qaynağı hüquq deyil, siyasi emosiyadır; onun məntiqi analizə deyil, ideoloji loyallığa söykənir. Məhz bu səbəbdən qətnaməni siyasi diplomatiya aktı adlandırmaq çətindir – o, daha çox strateji balanssızlığın və kolonial nostaljilərlə yüklü bir zehniyyətin məhsuludur. Fransa Assambleyasının bəzi üzvləri, xüsusilə Ermənistanla dostluq qrupuna daxil olan şəxslər bu sənədlə ictimai rəyə təsir göstərmək və informasiya müharibəsində mövqe qazanmaq istəyirlər. Onlar üçün Ermənistanla tərəfdaşlıq çağırışı daxili siyasi maraqları pərdələyən simvolik manevr, Fransa cəmiyyətindəki erməni diasporunun dəstəyini qorumaq və daxili siyasi kapital qazanmaq üçün bir vasitədir.

Üstəlik, qətnamənin dili bir daha göstərir ki, sənəd beynəlxalq münasibətlərdə hüquqi yanaşmalara deyil, mifoloji təsəvvürlərə və birtərəfli narrativlərə söykənir. “Minillik torpaqlar”, “öz müqəddəratını təyin edən erməni xalqı”, “siyasi məhbuslar” kimi ifadələr emosiyaların dilidir. Onlarn bu addımı Cənubi Qafqaz regionunda sülhün və etimadın formalaşması prosesinə ciddi zərbədir.

Fransa–Ermənistan dostluq qrupunun rəhbəri Loran Vokyen və onun müavini Aleksandr Martenin təşəbbüsü ilə Milli Assambleyada irəli sürülən qətnamə, zahirən “sülh səylərinə dəstək” adı ilə təqdim olunsa da, bu ritorika, əslində, siyasi manipulyasiyanın klassik formasıdır. Qətnamənin daxilindəki çağırışlar və vurğular onun real niyyətini ifşa edir: sənəd sülh prosesinin təşviqi deyil, Azərbaycanı beynəlxalq aləmdə təcrid etməyə, regionda yaranmış yeni reallıqları sual altına almağa və Fransanın birtərəfli mövqeyini institusional səviyyədə möhkəmləndirməyə hesablanıb. Qətnamə, eyni zamanda, Fransanın siyasi tərəfkeşliyə xidmət edən diplomatiyasının açıq göstəricisidir.

Assambleya səviyyəsində bu qətnamənin təşəbbüskarlarının siyasi keçmişi, mövqeləri və ritorikaları da göstərir ki, onların məqsədi neytral və hüquqa söykənən vasitəçilik deyil, konkret bir tərəfi – Ermənistanı – açıq şəkildə müdafiə etməkdir. Ümumiyyətlə, bu qətnamə Fransa kimi ölkənin Aİ-də və beynəlxalq münasibətlər sistemində üzərinə götürdüyü obyektivlik və balanslı yanaşma öhdəliyinə tamamilə ziddir. Qətnamənin təqdimatı və strukturu onu sübut edir ki, burada məqsəd diplomatik həqiqətlərə əsaslanan siyasət yürütmək deyil, daxili ictimai rəyə təsir göstərmək, informasiya məkanında Azərbaycan əleyhinə kampaniyanı qanunverici institutlar vasitəsilə legitimləşdirməkdir.

Məhz bu yanaşma, Fransa tərəfindən Cənubi Qafqazda artıq köhnəlmiş, iflasa uğramış Minsk qrupu mexanizminin xəyalını diriltmək cəhdini də xatırladır. Halbuki postmüharibə dövründə regional reallıqlar tamamilə dəyişib: Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa edib, Ermənistan isə yeni reallıqları qəbul etdiyini dəfələrlə bəyan edib. Mövcud fonda Fransa parlamentinin separatçı ritorikanı diriltmək cəhdləri, sadəcə, təhlükəlidir. Bu, regionda sülh və əməkdaşlıq üçün yaranan zəif inamın tamamilə sarsıdılmasına gətirib çıxara bilər.

Qətnamədə istifadə olunan terminlər – “Artsax siyasi məhbusları”, “Artsax respublikası”, “minillik torpaqlardan qovulmuş erməni əhalisi” – beynəlxalq hüquq çərçivəsində heç bir statusa malik deyil. Həmin anlayışlar nə BMT-nin, nə ATƏT-in, nə də digər beynəlxalq təşkilatların sənədlərində tanınır. Onların Fransanın parlament səviyyəsində rəsmiləşdirilməsi simvolik və ideoloji xarakter daşıyır. Bunlar, əslində, erməni diasporasının illərlə qurduğu mifoloji konstruksiyaların rəsmi siyasi diskursa daşınması, Fransa Assambleyasının isə bu prosesdə alətə çevrilməsidir.

Daha da paradoksal olan budur ki, Ermənistanın özü belə artıq bu ritorikanı bir kənara qoyaraq sülh gündəliyinə yönəlmiş, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən tanımış, separatçılıq ritorikasından uzaqlaşmaq istiqamətində irəliləmişdir. Belə olan halda Fransa parlamentinin bu cür qondarma terminologiyalara istinad etməsi İrəvanın rəsmi mövqeyinə də ziddir.

Eyni zamanda, bu yanaşma Fransa diplomatiyasının obyektivlikdən uzaq, müasir geosiyasi trendlərlə uyğunlaşmayan, postkolonial nostalji ilə formalaşmış xətt üzərində hərəkət etdiyini təsdiqləyir. Siyasi analitik müstəvidə bu, təkcə Azərbaycan–Fransa münasibətlərinə deyil, ümumilikdə Qərbin Cənubi Qafqazdakı vasitəçi roluna və inamına zərbə vuran presedent kimi dəyərləndirilə bilər.

Qətnamənin əsas tezisləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəfə alır. Həm regionda müharibədən sonrakı reallıqları, həm də Azərbaycanın beynəlxalq hüquq çərçivəsində həyata keçirdiyi daxili təhlükəsizlik tədbirlərini “etnik təmizləmə”, “mədəni irsin məhv edilməsi” kimi əsassız və təxribat xarakterli ittihamlarla təqdim etməyə çalışır. Ermənistanın müharibədən sonra etiraf etdiyi və bir neçə dəfə təsdiqlədiyi şəkildə, Qarabağ Azərbaycanın suveren ərazisidir və burada hər hansı “Artsax respublikası” anlayışı yoxdur.

Siyasi məhbuslar məsələsində irəli sürülən ittihamlar da hüquqi baza və beynəlxalq mexanizmlərlə tərs mütənasibdir. Azərbaycan ərazisində qanunsuz silahlı dəstələrin üzvləri, suverenliyimizə qarşı çıxan şəxslər və onların rəhbərləri barəsində aparılan məhkəmə prosesi beynəlxalq hüquqa əsaslanır və bu, daxili hüquqi prosesin ayrılmaz hissəsidir. Fransa parlamentinin bu məsələni “qeyri-qanuni məhkəmə” kimi təqdim etməsi isə həm ölkəmizin məhkəmə sisteminə açıq hörmətsizlik, həm də diplomatik protokollara ziddir.

Qətnamədə beynəlxalq hüququn mühüm prinsipi olan “xalqların öz müqəddəratını təyinetmə hüququ”na istinad edilməsi də manipulyativ şəkildə təqdim olunub. Beynəlxalq hüququn bu prinsipi ərazi bütövlüyü prinsipindən üstün tutula bilməz və BMT nizamnaməsinə görə, müstəqil dövlətlərin ərazisində yaşayan etnik qrupların özbaşına separatizmə getmək hüququ yoxdur.

Bütün bu ritorikaya rəğmən, Fransa hökumətinin bu qətnaməyə hansı səviyyədə dəstək verəcəyi hələ bəlli deyil. Çünki bu təşəbbüs ilk növbədə Assambleya daxilində radikal və erməni diasporunun təsiri altına düşmüş siyasi qrupların populist təşəbbüsüdür. Onun hüquqi nəticələr doğuracağı ehtimalı çox zəifdir, lakin informasiya savaşında və diplomatik müstəvidə mənfi təsir potensialı yüksəkdir.

Fransanın bu qətnamə ilə Ermənistana strateji tərəfdaşlıq təklif etməsi və Aİ-nin vasitəçiliyinə çağırış etməsi, əslində, riyakarlığın ikiqat dozasıdır. Bir tərəfdən, Fransa özü tərəfkeş mövqedən çıxış edir, digər tərəfdən isə Aİ-ni neytral vasitəçi kimi təsvir edir. Halbuki Azərbaycanın etimadı qazanmaq üçün vasitəçi olan ölkə və ya institut minimum obyektivlik nümayiş etdirməlidir. Əks halda, bu, sadəcə olaraq, vasitəçiliyin deyil, qarşı tərəfin dili ilə danışmağın göstəricisinə çevrilir.

Son olaraq qeyd etmək istərdik ki, qətnamənin fonunda bir daha aydın olur ki, Fransanın Cənubi Qafqaz siyasəti heç də regional sabitliyə deyil, geosiyasi təsir uğrunda yürüdülən və kolonial keçmişin təsirindən qurtula bilməyən ambisiyalara söykənir. Ermənistanı “təhlükədə olan tərəfdaş” kimi təqdim etmək Fransa cəmiyyətindəki erməni diasporunun səslərini və dəstəyini qorumağa xidmət edir. Onların bu addımı dövlət siyasətindən çox daxili maraqların diktə etdiyi xəttin göstəricisidir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri