Qərəzli məlumatlarla öyrədilmiş Süni İntellekt sistemləri qərəzli nəticələr verir Rektor
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Süni İntellekt (Aİ) etik prinsiplər nəzərə alınmadan hazırlandıqda ciddi problemlər yarana bilər. Qərəzli məlumatlarla öyrədilmiş Aİ sistemləri qərəzli nəticələr verir. Məsələn, üz tanıma texnologiyalarının bəzi hallarda rəngli insanları daha çox səhv tanıması haqsızlıqlara və hüquqi problemlərə yol açır. Süni İntellekt kütləvi müşahidə üçün istifadə oluna bilər ki, bu da şəxsi həyatın toxunulmazlığını pozur. Belə bir mühitdə insanlar daim izlənildiklərini hiss edir və bu, azad düşüncəni məhdudlaşdıra bilər: “Aİ əsaslı avtomatlaşdırma bəzi sahələrdə iş yerlərinin azalmasına səbəb ola bilər. Etik yanaşma olmadan bu proses bərabərsizliyi daha da dərinləşdirə bilər”.
Rektor vurğulayıb ki, məqsəd etik, inklüziv və hamı üçün faydalı Aİ texnologiyaları yaratmaqdır:
“Aİ və onun etik nəticələri barədə biliklər insanların bu müzakirələrdə fəal iştirakına imkan yaradır. Təhsil müəssisələri bu sahədə mühüm rol oynaya bilər. Aİ etikası ilə bağlı açıq müzakirələr önəmlidir. Forumlar, seminarlar və onlayn platformalar insanların fikirlərini bölüşməsinə şərait yaradar. Hökumətlər, texnologiya şirkətləri və tədqiqatçıların etik Aİ üçün qaydaları və ən yaxşı təcrübələri birgə formalaşdırması tələb olunur. Proqramçılar və mühəndislərin Aİ dizayn edərkən etik nəticələri əvvəlcədən düşünmələri çox önəmlidir. Beləliklə, Süni İntellekt etikası çoxşaxəli bir məsələdir və müxtəlif tərəflərin iştirakını tələb edir. Texnologiya inkişaf etdikcə etik müzakirələrın də genişlənəcəyi və dərinləşəcəyi gözləniləndir. Həqiqətdir ku, Aİ-in gücündən cəmiyyətin xeyrinə istifadə etmək mümkündür. Əsas odur ki, yaradılan Süni İntellekt dəyərlərə hörmət edən, insan həyatını zənginləşdirən və daha ədalətli bir gələcəyə yol açan olsun. Nəticə etibarilə, Aİ-də nəyin doğru, nəyin yanlış olduğunu kimin müəyyənləşdirdiyi sualının sadə cavabı yoxdur. Amma ən yaxşı dəyərləri əks etdirən bir etik çərçivə yaratmaq mümkündür”.
Sevinc Qarayeva
Baxış sayı:67
Bu xəbər 19 Yanvar 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















