“Bloomberg”: Aİ Ukraynaya əlavə 27 milyard avro ayırmaqdan imtina edib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Avropa İttifaqı Ukraynanın əlavə 27 milyard avro maliyyə vəsaitinin ayrılması ilə bağlı müraciətini təmin etməyib.
Bu barədə “Bloomberg” Avropa mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Kiyev 2027-ci ilin sonunadək nəzərdə tutulan 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində ödənişlərin sürətləndirilməsi də daxil olmaqla əlavə 27 milyard avro istəyib.
Aİ isə Ukraynadan maliyyə vəsaitlərinin mərhələli şəkildə ayrılması üçün nəzərdə tutulan islahatların davam etdirilməsini tələb edib.
“Bloomberg” yazır ki, cari il üçün planlaşdırılan ilk 45 milyard avronun ayrılması da həmin islahatların həyata keçirilməsi ilə əlaqələndirilib. Avropa İttifaqı bununla ödənişlərin sürətləndirilməyəcəyini Kiyevə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 02 Oktyabr 2026 06:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















