Icma.az
close
up
RU
Qərəzli təşkilat bu dəfə Paşinyanı hədəf aldı

Qərəzli təşkilat bu dəfə Paşinyanı hədəf aldı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Transparency International” əvvəlki rejimlərin korrupsiya mirasını niyə“unudub?”

“Transparency International” (“Beynəlxalq şəffaflıq”) təşkilatının açıqlamasına görə, son bir il ərzində Ermənistanda korrupsiyaya qarşı mübarizə sahəsində heç bir irəliləyiş qeydə alınmayıb. “2025-ci ilin əvvəlində dərc olunmuş məlumatlara görə, “Transparency International”ın 2024-cü il üçün Ermənistan üzrə korrupsiya qavrayış indeksi 2023-cü ildən dəyişməz qalıb – 47 bal. Bu da son bir ildə korrupsiyaya qarşı mübarizədə irəliləyişin olmadığını göstərir”, – deyə təşkilatın hər il dekabrın 9-da qeyd edilən Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə yaydığı hesabatda bildirilib.

Hər zaman qərəzli mövqeyi ilə tanınan təşkilatın yaydığı sənəddə deyilir ki, Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) 2025-ci ilin iyun ayında dərc etdiyi ictimai rəy sorğusu məlumatları əsas dövlət qurumlarına ictimai etimadın davamlı olaraq aşağı səviyyədə olduğunu təsdiqləyir. İctimai rəyin qiymətləndirməsinə görə, infrastrukturun yaxşılaşdırılması proqramları ən nəzərəçarpan sahələrdir. Lakin antikorrupsiya tədbirlərinin effektivliyini əldə olunmuş nailiyyət kimi qeyd edənlərin payı cəmi 3 faizdir. Eyni zamanda, cəmi 4 faiz respondent korrupsiyaya qarşı mübarizədə uğursuzluğu hökumətin ən böyük fiaskosu kimi qiymətləndirib: “Bu rəqəmlər cəmiyyətdə korrupsiyaya qarşı mübarizə barədə məlumatlılığın aşağı, prosesə cəlbolunmanın isə zəif olduğunu göstərir. Son illər Ermənistanda aparılan islahatların yetərincə effektiv olmadığını yalnız korrupsiya ilə mübarizə sahəsində deyil, həm də ictimai idarəetmə və demokratiya gündəliyi ilə bağlı, demək olar ki, bütün beynəlxalq göstəricilər sübut edir. Bu ümumi durğunluq mənzərəsi hakimiyyətə aydın siqnal olmalı, mövcud siyasətin problemlərinin olduğu anlaşılmalı, səbəblər təhlil edilməli və real, dayanıqlı nəticələr əldə etmək, cəmiyyətin gözləntilərini qarşılamaq üçün təsirli addımlar atılmalıdır”.

Qeyd olunur ki, 2025-ci ildə ictimaiyyətin diqqəti qanunun siyasi rəqiblərə qarşı selektiv tətbiqinə, hüquqi vasitələrin qeyri-mütənasib istifadəsinə, telefon dinləmələri və sızmalarına, yüksək vəzifəli məmurların iştirak etdiyi korrupsiya ilə bağlı effektiv məhkəmə təqiblərinin olmamasına, o cümlədən qanunsuz aktivlərin müsadirə edilməsi ilə bağlı proseslərə və hökumətə yaxın şəxslərlə bağlı işlərə laqeyd yanaşmaya yönəlib. “Hakim siyasi partiyanın yüksək vəzifəli nümayəndələrinin Erməni Apostol Kilsəsinin işlərinə kobud müdaxiləsi (?), eləcə də müstəqil media və jurnalistlərə təzyiq və onların hədəfə alınması halları narahatlıq doğurur”, – deyə “Transparency International” bildirib.

Təşkilat həmçinin, qeyd edib ki, 2026-cı il Ermənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi səbəbindən həlledici il olacaq: “Lakin mövcud problemlər – partiyaların maliyyələşməsində qeyri-şəffaflıq, siyasi korrupsiya riskləri, inzibati resurslardan sui-istifadə və dövlət qurumlarının mümkün pozuntulara zəif reaksiya verməsi – bu seçkilərin legitimliyini təhlükə altına qoyur”.

“Transparency International” hesab edir ki, azad, ədalətli və şəffaf seçkiləri təmin etmək üçün hakimiyyət orqanları hüquqi təminatları gücləndirməli, qanunun bərabər tətbiqini təmin etməli, ədalət mühakiməsinin selektiv hərəkətlərinin qarşısını almalı və dövlət qurumlarına ictimai etimadını bərpa etməlidir. Qanunsuz aktivlərin şəffaf idarə olunması və bu proseslərə nəzarətdə ictimaiyyətin iştirakı da vacibdir.

***

Hesabat Ermənistan mediasında birmənalı qarşılanmayıb. Məsələn, analitik yazılar üzrə ixtisaslaşmış və azad media nümunəsi hesab olunan “ArmenianReport” sayında yerləşdirilmiş “Transparency International” Paşinyana meydan oxuyur” sərlövhəli məqalədə bildirilir ki, təşkilat yenidən Ermənistan reallığını özünə sərf edən prizmadan təqdim etməyi seçib: “Qurumun son açıqlamasında israrla səsləndirilən fikir budur ki, guya, Ermənistanda korrupsiyaya qarşı mübarizədə tərəqqi yoxdur, çünki indeks əvvəlki ildəki kimi – 47 bal səviyyəsində qalıb. Bu, “inkişaf yoxdur” iddiasına çevrilir, halbuki metodologiyadan başı çıxan hər kəs yaxşı bilir ki, bu indeks real proseslərin dinamikasını deyil, subyektiv qiymətləndirmələri əks etdirir. Buradan Paşinyan hökumətinin antikorrupsiya siyasətinin, guya, iflası barədə nəticə çıxarmaq – hissi təhlil edib fakt kimi təqdim etməkdir və son illər norma halına gəlmiş dəyişiklikləri qəsdən görməzliyə vurmaqdır”.

Qeyd edilir ki, müstəqillik əldə olunduğu gündən 2018-ci ilin yazına qədər Ermənistan sistemli korrupsiyanın o qədər acı təcrübəsindən keçib ki, cəmiyyət o dövrü unutmağı özünə rəva görə bilməz: “Bugünkü “irəliləyiş yoxdur” tipli ittihamlar isə açıq görünən transformasiyaların fonunda xüsusilə qəribə səslənir. Son illər məmurlarla bağlı aparılan istintaqlar artıq imitasiya, əvvəlki kimi göstəri üçün açılıb dərhal bağlanan işlərdən deyil. Son 7 ildə uzun illər toxunulmaz sayılan yüksək vəzifəli şəxslərlə bağlı məhkəmə prosesləri postsarkisyan Ermənistanının siyasi-hüquqi mühitinin adi bir parçasına çevrilib”.

Ölkədə rus dilində çap olunan “Qolos Armenii” qəzetində dərc edilmiş “Transparency International” faktları belə görür” sərlövhəli məqalədə isə son illərdə ölkədə dövlət satınalmaları sahəsində şəffaflığın artmasından bəhs olunur: “Şəffaflıq həqiqətən də elə bir səviyyəyə yüksəlib ki, köhnə elitalar bunu öz varlanma sistemləri üçün təhlükə hesab edirdilər. Cəmiyyət ilk dəfə qanuni gəlirlərlə izah olunmayan əmlakın müsadirəsi mexanizmini real şəkildə gördü. Ayrı-ayrı proseslərin effektivliyini tənqid etmək olar, lakin son 7 ildə korrupsiya ilə mübarizənin kütləvi xarakter aldığını inkar etmək sadəcə olaraq gözləri yummaq deməkdir”.

Qəzet “Transparency International” konteksti məqsədyönlü şəkildə gizlətdiyini bildirir: “Bu kontekstsiz durğunluğun nə olduğunu, islahatların isə bəzən ağrılı və ziddiyyətli olsa da, qaçılmaz proses olduğunu başa düşmək mümkün deyil. Görünür, bu QHT-də Ter-Petrosyan, Koçaryan və xüsusilə Serj Sarkisyan dövrlərində Ermənistanda hökm sürən ab-havanı unudub. O zaman korrupsiya ayrıca bir problem yox, dövlət idarəçiliyinin infrastrukturu idi. Dövlət resursları hakimiyyətə yaxın dar çevrənin şəxsi kapitalına çevrilmişdi (Serj Sarkisyanı yadınıza salın – müəll.). Əsas vəzifələr peşəkarlığa görə deyil, şəxsi sədaqətə görə bölüşdürülürdü. Məhkəmə sistemi cəmiyyətin deyil, məhz hakimiyyətin sifarişlərini icra edirdi. Ölkədə kölgə iqtisadiyyatı mövcud idi və o, həm hakimiyyəti, həm də onlara yaxın oliqarxlardan tutmuş, aşağı ranqlı məmurlara, güc strukturlarındakı generallara qədər hamını varlandırırdı. Ona görə də “aşağı ictimai etimad” ifadəsi yalnız keçmişə aid ola bilər. Çünki o dövrdə etimad deyilən anlayış, ümumiyyətlə, yox idi. Etiraf edək: onilliklərin mirası o qədər ağır idi ki, yeni ictimai şüurun formalaşması vaxt tələb edir. İnsanlar korrupsiyanı təbii və demək olar ki, adi məişət hadisəsi kimi qəbul etməyə alışmışdılar”.

Aysor.am saytında yerləşdirilmiş məqalədə isə “Transparency International”ın 2025-ci ildə qanunların selektiv tətbiqi, mediaya təzyiq, kilsəyə müdaxilə və səs-küylü işlər üzrə nəticələrin olmamasının xüsusi narahatlıq doğurması fikrinə münasibət bildirilib: “Bəs siz 1990–2000-ci illərin Ermənistanını unutmusunuz? Bu gün ölkədə baş verənlər o dövrlə müqayisədə “zərərsiz zarafatlar”dır. Bu QHT-nin formulları isə sanki hansısa təşviş yaratmaq üçün standart şablonlardan ibarətdir”.

Göründüyü kimi, təşkilatın açıqlanan hesabatı Ermənistan cəmiyyətində və mediada ciddi müzakirə doğurub. Bir çox müəlliflər təşkilatın yanaşmasını kontekstdən qoparıldığı, ölkədə baş verən real dəyişiklikləri nəzərə almadığı üçün tənqid edir. Media nümayəndələri Paşinyan dövründə korrupsiya ilə mübarizədə görülən işlərin əvvəlki hakimiyyətlərlə müqayisədə olduqca fərqli olduğunu vurğulayırlar. Eyni zamanda, ölkənin ağır korrupsiya mirasının aradan qaldırılmasının zaman tələb etdiyi xüsusi qeyd olunur. Bununla belə, ekspertlər həm də bildirirlər ki, Ermənistan islahat kursunu davam etdirməli və mövcud çatışmazlıqları aradan qaldırmaq üçün daha ardıcıl addımlar atmalıdır.

S.NAZİMOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see297

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see263

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see248

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see244

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see244

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see240

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see238

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see236

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see227

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see221

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see220

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see209

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see207

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see203

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see196

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see195

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see195

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see194

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see187

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri