Mütləq lənətlənəcək Zaxarova Paşinyanı hədəf aldı
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Erməni kilsəsinə qarşı təqiblərdə iştirak edənlər (Baş nazir Nikol Paşinyan və komandasının üzvlərini nəzərdə tutur - red.) lənətlənəcəklər. Bunu onlara belə də çatdırın."
SİA Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “Ermənistan hakimiyyəti tərəfindən erməni kilsəsinə qarşı həyata keçirilən təqiblər” barədə sualı cavablandırarkən deyib.
“Dəhşətli cinayətlər var, amma Tanrıya qarşı müharibə və təqib əsrlər boyu davam edən lənətdir. Tarix bunu sübut edir”, - o bildirib.
Mariya Zaxarova Ermənistan hökumətinin üzvlərini İncil oxumağa çağırıb: “İndi bunu təkrarlamayacam, özünüz müqəddəs kitabları və İncili oxuyun. Kilsəyə qarşı mübarizə Tanrıya qarşı müharibənin sərhədinə çatan və bilavasitə ora gedib çıxan mübarizədir. Və əlbəttə, bunu edənlər əsrlər boyu davam edən lənətə düçar olacaq”.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 15 Sentyabr 2026 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















