Icma.az
close
up
RU
Qərib Məzarlar( Mustafa Vəkiloğlu səhifəsi) PƏRVIZ YƏHYALI YAZIR

Qərib Məzarlar( Mustafa Vəkiloğlu səhifəsi) PƏRVIZ YƏHYALI YAZIR

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerika Birləşmiş Ştatları, prezident kitabxanası, sənədlər toplusu.

Burada hifz edilib, qorunan sənədlər arasında ABŞ-nin 36- cı prezidenti Lindon Consona ünvanlan teleqramda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Naziri Mustafa bəy Vəkilovun imzası var.
AXC-nin sonuncu Daxili İşlər Naziri Mustafa Vəkiloğlu teleqramda ABŞ-nin 35-ci prezidenti Con Kennedinin Dallasda qətlə yetrilməsini pisləyir, prezident Consona dərin hüznlə başsağlığı verir.
Mustafa Vəkiloğlu Ankarada ABŞ səfirliyinə gələrək qatil Harvi Osvaldın Con Kennediyə atdığı gülləni dünyanın haqqı tapdanmış bütün məzlum xalqlarına tuşlandığını qeyd edir. O, dərin təəssüf hissini Azərbaycan xalqı, süqut etmiş cümhuriyyət adından bildirir.
Mustafa Nadir oğlu Vəkilov mühacirətdə yaşadığı 45 il ərzində bir an da olsa istiqlal qovğasından geri çəkilməmiş, öz bilik və bacarığını, qüvvəsini Azərbaycan naminə yönəltmişdir. Bu yolda Mustafa bəy yorulmaq bilmədən mücadilə aparmışdır.
Ən kiçicik fürsətdə belə dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa səy göstərən Mustafa bəy 1930-65-ci illərdə Avropa ölkələrində tanınmış siyasi xadimlərin matam mitinqlərində iştirak edərək, təmsil etdiyi xalqının adından öz kədərini ifadə etmişdir.
Türkiyə Cümhuriyyətini qurucusu Mustafa Kamal Atatürk 1938- ci ildə vəfat edərkən, Mustafa bəy adaşının dəfn mərasiminə qatılmaq üçün rəsmi müraciət ünvanlayır. O, Dolmabaxça sarayına gedib, xatirə dəftərinə ürək sözlərini yazır. Lakin Türkiyə rəsmiləri onun dəfn mərasimində iştrak xahişini rədd edir. Səbəb kimi Sovet nümayədə heyyətinin etirazı göstərilsə də, Mustafa bəyin israrı sonda qəbul edilir.
Atatürkün cənazə karvanında Vəkiloğlunun şəxsi vəsaiti hesabına alınan və üstündə “ Yaralı Azərbaycanlılar Adından” yazılan çələng sovet nümayəndələrini hiddətinə səbəb olsa da onların etirazı nəzərə alınmır.

Mustafa Nadir oğlu Vəkilov (mühacirətdə yaşadığı dövrdə bütün rəsmi sənədlərdə soyadı Vəkiloğlu kimi gedir) 1896- cı ilin sentyabr ayında Qazax mahalında dünyaya göz açıb. Onun dünya görüşünün formalaşmasında yaxın qohumu Əlimərdan bəy Topçubaşovun böyük rolu olmuşdur. Mustafa bəy məhz Bakı gimnaziyasını bitirdikdən sonra Əlimərdan bəyin məsləhəti ilə Moskva Universitetinin hüquq fakultəsinə daxil olur. Gələcək hüquqşunas 1912- ci ildə daxil olduğu universiteti 1917-ci ildə uğurla bitirir. O, Bakıya həmin illərdə cəmi 3-4 nəfərin nail ola bildiyi hüquqşünaslıq üzrə mütəxəsis kimi dönür.
İctimai həyata atılan gənc hüquqşunas 1917- cildən Bakı çıxan mətbu orqanlarında məqalələrlə çıxş edir, öz bilik və bacarığını ehtiyacı olan insanlardan əsirgəmir.
Təsadüfü deyil ki, 1917- ci ilin payızında Rusiya Müəssislər Məclisinə keçirlən seçkilırdə Musatafa Vəkilov Musavat partiyasından nümayəndə seçilir. Bolşeviklər tərəfindən ilk iclası baykot edilən müəssislər məclisinin Qafafqazdan olan digər nümayədələri kimi Mustafa bəy də geri dönərək Tiflisdə Zaqafqaziya Komissarlığını təşkili işində iştirak edir. O, seymdə Daxili İşlər nazirinin müşaviri postuna təyin olunanda cəmi iyirmi yaşında idi.

AXC-nin yaradıldığı ilk günlərdə Mustafa bəy nümayəndə heyyətinin tərkibində Osmanlı dövləti ilə danışıqlarda iştirak edir. İkitərəfli danışıqların uğurla nəticələnən sonluğunda hüquqşunas Mustafa bəy Vəkilovun payı Əlimərdan bəy Topçubaşov tərəfindən yüksək quymətləndirilir.

Bakı daşnak-bolşevik tör-töküntülərindən azad edildikdən sonra Mustafa bəy gənc dövlətin dövlət quruculuğu işində yaxından iştirak edir. O, Daxili İşlər Nazirinin müavini, parlamentdə millət vəkili kimi fəaliyyət göstərir.
Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi hökümət kabinetində 18 fevral 1920-ci il tarixdən 28 aprel işğalına qədər Daxili İşlər naziri postunda olan Mustafa bəy dünya tarixində ən gənc nazirlərdən biri kimi diqqət çəkir. İyirmi üç yaşlı nazir Qarabağda baş qaldıran erməni separatizminə qarşı məqsədəyönlü və uğurlu əməlyatlara rəhbərlik edir. Eyni zamanda Rusiyanın Bakıda ixtişaş törətmə cəhdlərinə qarşı da ayıq-sayıq olan Daxili İşlər naziri ona həvalə edilən işin öhdəsindən məharətlə gəlir.

Cümhuriyyətin süqutundan sonra əvvəl Tiflisdə, daha sonra Türkiyədə məskunlaşan mühacir nazirin siyasi fəaliyyəti heç də Cənubi Qafqazdakı gördüyü fövqəl işlərdən geri qalmır. O, 1928- ci ildə Polşaya gedir. Burada “Prometey” təşkilatının işində yaxından iştirak edən Mustafa bəy siyasi publistika sahəsində məhsuldarlıqla fəaliyyət göstərir. Ayrı-ayrı vaxtlarda “Odlu Yurdu”, “Azəri-Türk”, “Yurd Bilgisi” dərgilərində çoxsaylı məqalələrlə çıxış edir.
Almaniya, Fransa, Polşa, Ruminiyada mühacir həyatı yaşayan Mustafa Vəkiloğlu Türkiyəyə qayıdaraq öz siyasi fəaliyyətini ikinci vətənində davam etdirir.
Bütün şüurlu həyatını Azərbaycana, onun işğal altından çıxıb, yenidən müstəqi olmasına həsr edən böyük insan son nəfəsinəcən öz mübarizəsindən dönmədi. Onun hər ritmi vətənlə döyünən, Azərbaycan həsrətli qəlbi 1 noyabr 1965- ci ildə əbədi olaraq susdu.
Dostların çiynidə Ankaranın Cəbəçi Əsri qəbiristanlığına gətirilən cənazəsi torpağa tapşırılarkən Mustafa bəy haqqında təntənəli matəm nitqləri söylənmədi. Sanki onu göz yaşlarının müşayəti ilə son mənzilə yola salanlar “kişilər ağlamaz” deyiminə qarşı üsyan edirdilər.
Hamı susurdu. O küz günü Cəbəçi Əsridə Mustafa bəyin qərib məzarını isladan göz yaşları danışırdı. Onun vətən həsrəti, arzuları, mübarizəsi dostlarının göz yaşlarına çevrilib, hönkür-hönkür danışırdı.

Pərviz Yəhyalı
Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Yanvar 2026 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri