Icma.az
close
up
RU
“Qərib Məzarlar” Salman Mümtaz səhifəsi PƏRVİZ YƏHYALI YAZİR

“Qərib Məzarlar” Salman Mümtaz səhifəsi PƏRVİZ YƏHYALI YAZİR

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Ayağında çarıq, çiynində köhnə çanta, əynində nimdaş libas kənd-kənd gəzib klassiklərin irsini toplayan, öz sadə həyat tərzilə əsrlər arasında mənəvi körpü missiyasını yerinə yetirən Salmam Mümtaz sözün əsl mənasında “ədəbiyyat arxeoloqu” idi. Onun üzə çıxarıb tarixin dolanbaclarında itib-batmaqdan xilas etdiyi klassik irsimizin çoxsaylı nümunələri ədəbiyyatımızın özülü hesab olunur. Məhz o özülün hifz edilib yenidən xalqın ixtiyarına verilməsi misilsiz xidmətdir. O özül üzərində ucaldılan ədəbiyyat möhtəşəmliyinə görə Salman Mümtaz kimi fədailərə borclu olduğumuz şəksizdir.

Salman Mümtaz ata-babadan qalan varidatını, nəsli şəcərəsindən miras qalmış maddi zənginliyi və həm də özünün ticari gəlirlərini orta əsrlərə aid qiymətli əlyazmalarına dəyişib, həmin əlyazmaları öz tədqiqat süzgəcindən keçirərək bütöv bir institutun görə biləcəyi işi təkbaşına öhdəsindən gəlirdi.
Salman Məhəmmədəmin oğlu Əsgərzadə 20 may 1884-ci ildə Nuxada anadan olub. Erkən yaşlarında atasını itrən Salman əmisinin himayəsində böyümüşdür. Tale onun əmisini Aşqabada gətirib çıxarır. O, Məşəd ziyarətindən qayıdarkən Aşqabadın ticarət üçün əlverişli məkan olduğu qənaətinə gəlir. Əmisi Salmanın atasından qalan varıdatın bir hissəsini Aşqabadda yatrım edir. Aldığı torpaq sahəsində mülk inşa etdirir. Onun qəfil ölmü arzularını yarımçıq qalmasına səbəb olsa da Salmanın anası uşaqlarını da götürüb Aşqabada gedir. Zəhra xanım sahib çıxdığı mal-mülkü qardaşlarının köməyilə məharətlə idarə edir. Salman kiçik yaşlarından zərgərliklə məşğul olmaqla yanaşı qiymətli daş-qaş ticarətilə də uğurlu biznes qura bilir. Fitri istedadı ilə seçilən Salman cəmi üç ay mollaxana təhsili alır. Daim öz üzərində işləyən gənc zərgər ərəb, fars, urdu dillərinə mükəmməl yiyələnir. Ədəbiyyatla ciddi maraqlanan Salman Əsgərzadə Aşqabadda “Molla Nəsrəddin” jurnalının yayılmasını təşkil etməklə yanaşı öz ilk qələm təcrübələrini bu dərgidə çap etdirir. Onun Aşqabaddan Tiflisə göndərdiyi hər məktubda yeni şeiri Cəlil Məmmədquluzadəni hədsiz məmnun edirdi. Yaşadığı şəhərdə səfərdə olan Mirzə Ələkbər Sabirlə görüşən ədəbiyyat vurğunu Salmanın həyat yolu artıq ədəbiyyat istiqamətində qətiləşir. O, bütün şüurlu həyatını ədəbiyyata həsr edir.
1918- ci ildə ailəsilə Bakıya köçən Salman Mümtaz AXC- nin yaranmasını ürəkdən alqışlayır. Füzulinin, Xətainin, Həbibinin, Vaqifin, İsmayıl bəy Qutqaşınlının, Sabirin əsərlərindən ibarət əlyazmaların toplanması, nəşri istiqamətində yorulmaq bilmədən çalışan Salman Mümtaz ümumiyyətlə 483 şairin həyat və yaradıcılığından qiymətli məlumat toplayıb nəşr etdirir.
Şair, publisist, ədəbiyyatşunas, bibloqraf, mətnşunas, naşir olan Salman Mümtaz sovet dönəmində maarif komissarlığında, müxtəlif qəzetlərdə çalışır.
Azərbaycanı Tədqiq və Tətəbböv cəmiyyətinin işində yaxından iştirak edir. SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filalının Azərbaycan şöbəsi yaradıldıqda burada Salman Mümtaz dil və ədəbiyyat bölməsinin təşkilində əvəzsiz rol oynayır. Folklor bilicisi olan ədib xalq yaradıcılığı nümunələrinin toplanması, tərtib edilməsi və nəşrində böyük əməyi keçir. Dastanlarımızın müxtəlif variantlarının əlyazmalarını əldə edən Salman Mümtaz izah və şərhlərlə onların çap edilməsinə nail olur.
Bütün fəaliyyətini yorulmaq bilmədən Azərbaycan ədəbiyyatına, folklorunun tədqiqinə həsr edən Salman Mümtaz düşmənlərin nəzərindən yayına bilməzdi. Otuzuncu illərin repressiyası Böyük mütəfəkkiri 8 oktyabr 1937-ci ildə, axşam saat 23.00- da evində haqladı. Xalq Dövlət Təhlükəsizlik Komitəsinin müstəntiqi leytnant Qalstyan Salman Mümtazı “Koroğlu” dastanını tədqiq etməkdə suçlandırır. “Siz bu dastana müraciət etməklə xalqı sovet hökumətinə qarşı mübarizəyə ruhlandırırsız” deməklə ona olmazın işgəncələri verildi. Təhlükəsizlik komitəsinin əməkdaşı Ovensyan xüsusi qəddarlıqla verdiyi işgəncələrə mərdliklə dözən “müttəhim” heç bir qondarma ittihamı sona qədər qəbul etmədi. Məhkəmə-tamaşanın sonunda Salman Mümtaz 10 il azadlıqdan məhrum edilir. Onun min-bir əziyyətlə topladığı, özünün “Kitabxaneyi-Mümtaziyyə” adlandırdığı zəngin kitabxanası sovet təhlükəsizlik orqanlarının əməkdaşı qiyafəsinə dürtülmüş ermənilər tərəfindən yandırıldı.
Həbs düşərgəsindəki həyatının dördüncü ilində sovet-alman müharibəsi başladığından Oryoldakı məhbəslər arasındakı siyasi məhbusların məhv edilməsi haqında məxfi qərar qəbul edilir. Bu qərar laverenti Beriyanın təklifilə Satilin tərəfindən verilir. Alman faşistlərinin sürətlə Oryola yaxınlaşması siyasi məhbusların güllənməsini tezləşdirir. Oryol vilayətinin Medvedski meşəsində siyasi məhbusların özlərinə öz qəbrlərini qazdıraraq güllələyirlər. 6 sentyabr 1941-ci ildə Salman Mümtaz da güllələnən yüzlərlə məhbusların sırasında idi. Qətliamdan sonra kütləvi məzarlıqda heç bir nişan qoyulmur.
Salman Mümtaz kiçik yaşlarından zərgərlik peşəsini yaxşı mənmsədi. Ancaq 0, ədəbiyyatımızın, folklorumuzun əsrlər arxasında qalıb toz basmış əlyazmalarının çox böyük ustalıqla cilalayaraq yenidən bərq vurmasına imza atdı.
Böyük Salman Mümtazın məzarı itkindir. Onun itkinlikdən xilas etdiyi yüzlərlə ədəbi nümunələr isə mənəvi sərvətimizin parlayan zər qaşları olaraq keşmişimizlə bu günümüz və gələcəyimiz arasında işıq saçır.

Pərviz Yəhyalı
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Dekabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri