Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Qızılın SON qiyməti

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Qərib soydaşımızın qəmli taleyi

Qərib soydaşımızın qəmli taleyi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Hərbi həkim Əqil Qazıyev kim idi?

İkinci Dünya müharibəsinin sarsıdıcı yaraları bu gün də unudulmamış, sızıltıları qəlblərdən silinməmişdir. Milyonlarla insana fəlakətlər gətirən müharibənin qurbanları unudulmamalı, oxuculara onlar haqqında məlumatlar verilməlidir. Belə günahsız qurbanlardan biri də müharibənin qanlı-qadalı alovalarından yaxasını qurtara bilməyərək gənc yaşında həlak olan və arzuları gözlərində qalan Əqil Qazıyevdir.

Əqil Qazıyev 1918-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan İrəvan şəhərində görkəmli maarif xadimi, Azərbaycan SSR-in əməkdar müəllimi Həsən bəy Qazıyevin ailəsində dünyaya göz açmışdır. Üç yaşında ikən ailəsi erməni daşnaklarının İrəvanda müsəlmanlara qarşı törətdikləri vəhşiliklər nəticəsində Naxçıvan şəhərinə pənah gətirmişdi.

1925-1935-ci illərdə Əqil ibtidai və orta təhsilini Naxçıvanda almışdır. Qohumlarının dediklərinə görə, həkim imiş. Yaxınlarına yazdığı məktublarda ünvan göstərərkən qeydlərindən də həkim olduğu aydınlaşır: “Мой адрес: 2527, полевая почта, мед.сан.взвод 13. Врачу Казиеву А.Г.”

Əlimizdə Əqil Qazıyevin həkimliyini təsdiq edən sənəd olmasa da, xalası oğlu, görkəmli alim və ictimai xadim Əziz Əliyevin geniş tərcümeyi-halında qohumları haqqında məlumatın bir cümləsi sübut edir ki, o, həqiqətən, həkim olmuşdur: “Həsən Qazıyevin... övladları Cavad maliyyəçi, Şamil rəssam, Əqil isə həkim idi”. Əziz Əliyevin onun həkim olmasını yazması təsadüfi deyildi və mötəbər bir qeyddir. Əqil Qazıyevin 1935-1938-ci illərdə Azərbaycan Tibb İnstitutunda təhsil aldığı illərdə Əziz Əliyev həmin institutun direktoru idi və xalası oğlu Əqili yaxşı tanıyırdı. Hətta qohumlarının dediklərinə görə, Əqilin Tibb İnstitutuna qəbul olunmasında Əziz Əliyevin məsləhəti və köməyi olmuşdur.

Əqil Qazıyev institutda oxuduğu illərdə Əziz Əliyevin qayğısı, təşəbbüskarlığı və tələbkarlığı sayəsində tələbələrin yüksək təhsil alması üçün əlverişli şərait yaradılmışdı. 1932–1934-cü illərdə əməkdaşlar tərəfindən latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tələbələrin ixtiyarına verilmişdi. İnstitutda müxtəlif kafedralar yaradılmış, professor-müəllim heyəti yüksəkixtisaslı kadrlarla möhkəmləndirilmişdir. Nəzəri və təcrübi dərslərin keyfiyyəti yüksəldilmiş, ehtiyacı olan tələbələr yataqxana ilə təmin edilmişdi. Ayrı-ayrı fənləri daha dərindən öyrənmək üçün yaradılan kitabxana fondu yerli və xarici müəlliflərin tibbə aid əsərləri ilə zənginləşdirilmişdi. Belə bir şəraitdə başqa tələbə yoldaşları kimi, Əqil Qazıyev də yüksək səviyyədə tibbi təhsil almışdır.

Əqil Qazıyev 3 oktyabr 1940-cı ildə bacısı Şölə xanıma göndərdiyi məktubunda “ilimin yarısını başa vurdum. Gözləyirəm ikinci ilimin çıxmağını” sözlərindən aydın olur ki, o, 1940-cı ilin may ayında hərbi xidmətə gedib.“Unudulmaz və istəkli bacım” müraciəti ilə başlayan və çox təsirli dillə yazılan məktubdan onun əsgərlik həyatı haqqında müəyyən məlumat almaqla yanaşı, gənc azərbaycanlı əsgərin duyğu və düşüncələri ilə də tanış oluruq: “Bacıcan, indi işimizin olduqca pis vədəsidir. Belə ki, səhər saat 5-dən durub axşam saat 11-də yatırıq. Bu yaxınlarda 8 günlük təlimə gedirik. Buraların havaları olduqca soyuqdur. Çöldə yatmaq olduqca zülümdür”.

Əqil Qazıyev məktubunda “qürbətdə yaşamağın nə qədər kədərli olmasını” özünəməxsus tərzdə izah edir: “Qürbətdə yaşamaqla ana yurdumda yaşamağın böyük fərqi vardır. Belə ki, mən gözümü açandan qürbətdə oldum, daima doğma atama və bacı-qardaşıma baxmayaraq qocalıb həyatımın sonuna çatıram”. Bu sözlərin ardınca isə yazdığı “Ölüm dərdi” adlı 3 bəndlik şeirindəki “Kimsə dözəməz qürbətdəki gözlərimin yaşlarına”, “Dəyə bir güllə məzar daşlarıma”, “Çarə yox gözlərimin yaşlarına”, “Deyirəm sus, daha xoşdur qəmli məzar”, “Qoy yesin quşlar, ilanlar ətimi” kimi misralar bir tərəfdən Əqilin romantik təbiətindən xəbər verirsə, digər tərəfdən onun qürbətdə keçirdiyi hiss və həyəcanları, ümidsiz düşüncələri və “ölüm dərdi”ni ifadə edir.

1941-ci ildə İkinci Dünya müharibəsi başlayır və Əqil Qazıyev ön cəbhəyə göndərilir. Onun cəbhə həyatı, həkimlik fəaliyyəti, dünyagörüşü, qürbətdə keçirdiyi hisslər, ailəsinə münasibəti, xarakterinin bəzi özünəməxsusluqları və nəhayət, nakam taleyi haqqında qohumlarından aldığımız məlumatlara və özünün müharibə illərində cəbhədən bacı və qardaşına yazdığı əlimizə gəlib çatan məktublarına əsaslanaraq müəyyən fikirlər söyləmək mümkündür.

Bacısına göndərdiyi məktubda olduğu kimi, ümidsizlik və “ölüm dərdi” onun müharibə illərində yazdığı məktublarında da özünü göstərir. Məsələn, yenə bacısı Şölə xanıma ünvanladığı və tarixini göstərmədiyi bir məktubda yazır: “12 oktyabrda budumdan yaralandım. Çölün düzündə qalaraq səni və ümumiyyəti yad edərək aşağıdakı qəmli şeirimi söyləyərək uşaq kimi gözlərimdən yaş damcılayırdı.

Yaralandım, düşdüm qürbət ellərə,
Yox dilim, söyləyəm çarə ellərə.
Gözüm baxdıqca ətrafım yaddır,
Qılçam yoxdur, yaram bərbaddır.

Bağladım yaramı ağlayaraq,
Ürəyimdə əziz bacım sızlayaraq.
Nə edim, yox bacım yaramı bağlaya,
Nə edim, yox qardaşım çöldən götürə.

Atam qocadır, ölsəm əgər çöllərdə,
Mənim ölümümü xəbər verin ellərdə.
Nə edəcəydi atam, bacım, qardaşım,
Kim tapacaqdı qəbrimi?”

Şübhəsiz ki, ciddi qüsurlarına və poetik ruhdan məhrum olduğuna görə bu bəndləri şeir adlandırmaq çətindir. Lakin hər halda həmin sətirlər gənc bir əsgərin qürbətdə keçirdiyi duyğu və düşüncələrini səmimiyyətlə ifadə etməsi baxımından dəyərlidir.

Əqil Qazıyevin cəbhə həyatı və ümumiyyətlə, ona məxsus olan bir çox xüsusiyyətlər haqqında 7 iyul 1942-ci ildə qardaşı Cavad Qazıyevə yazdığı məktubundan daha ətraflı məlumat alırıq: “Mən indi olduqca yaxşı dolanıram. Çünki özüm özümün ağasıyam. Deyim ki, brono-tankovıy briqadanı qvardeyis edirlər. Əgər belənçi olmuş olsa, o zaman mənə birə yaxın qat 150 faiz maaş verəcəklər (o zaman ayda 1500 alacam). Bunun hamısını yollayacam bizə. Lazım olsa, yaz sənə də bir qədər pul yollayım”.

Bu sətirləri oxuduqca Ə.Qazıyevin ön cəbhədə maddi baxımdan heç bir çətinliyi olmasa da, ailəsindən nigaran qalmasını hiss etməmək mümkün deyil. Əslində, onun ailəsinə diqqət və qayğısı məktubun əsas məzmununu təşkil edir: “Qardaşım, sənin haqqında yuxumu hər gecə qarışdırıram. Bir mən ölüm, doğrusunu yaz görüm korluq çəkmirsən ki, yaxud xəstə deyilsən ki, yaxud işin nə kimi haldadır?”

Məktubda daha sonra bildirilir: “Qocaya (atası Həsən bəyi nəzərdə tutur – F.X.) köməklik edin. Çünki qazanmaq vaxtı keçdi. Əgər ölmərəmsə, sağlıqla vətənə qayıdaram, o zaman ona rahatlıq vermək olar”.

“Uşaqların tədris ili necə keçdi?... Yaz, ağamın (atasını nəzərdə tutur – F.X.) meyvəcatı bitib? Ağaclar barlıdırmı?”

Məktubda Əqil Qazıyevin müharibə illərində hansı cəbhədə olmasına dair də bəzi məlumatlar vardır: “Mən indi Leninqrad oblastı (indiki Sankt-Peterburq – F.X.) ətrafındayam. Deyim ki, çox yerləri gəzdim... Nə isə, sağ qalmış olaramsa, o zaman sizə 1001 gecə nağılı kimi nağıl edərəm”.

Əqil Qazıyev öz taleyindən narahat idi. Sanki, ürəyinə dammışdı ki, müharibədən bir daha geri – Vətənə qayıda bilməyəcək. Elə qardaşına yazdığı məktubun ən təsirli yeri də onun bu həyəcanı və təlaşını əks etdirən hissəsidir: “Mən subay adamam, ölsəm də eybi yoxdur. Ancaq səndən bir xahişim budur ki, mənim əksimi böyüdərək ətrafına qara çəkibən onu başının üstünə vurasan. Mənə nənəmin qəbri yanında qəbr tikdiribən baş daşımın üstünə şəklimi çəkdirəsən və ona subaylığım haqqında yaxşı bir şeir yazdırıb asasan, oxuyan yeniyetmə cavanlara təsir etsin... Hələlik sayıqlamağım haqqında bu qədər”.

Əqil Qazıyev yazdıqlarını “sayıqlama” adlandırsa da, onların hamısı gerçəkləşdi. Ailəsinə göndərilən məlumata görə, Əqil Qazıyev əsgərlər qarşısında hansısa əmri oxuyarkən yaxınlığına bomba düşür, qəlpə gicgahına dəyir və həlak olur. Əqil Qazıyevin hansı ildə həlak olması dəqiq bəlli deyil. Bu barədə İkinci Dünya müharibəsində naxçıvanlıların itkin düşməsi və həlak olmasına aid Naxçıvan MSSR Hərbi Komissarlığının siyahısında da məlumat yoxdur.

Naxçıvan şəhər qəbiristanlığında Ə.Qazıyevin rəmzi məzarı var. Lakin keçən əsrin 70-ci illərində Əqil Qazıyevin qardaşı qızı Möhtərəm xanımın axtarışları nəticəsində onun qəbrinin Kalininqradda “Qardaşlıq qəbiristanlığı”nda olması haqqında məlumat əldə edilmişdir. Bu məlumatın doğru olub-olmaması yoxlanılmamışdır.

Sədaqətli, vətənpərvər, nakam eloğlumuz Əqil Qazıyevin qısa ömür yolu ibrətamiz və müasir gənclər üçün örnəkdir.

Fərman XƏLİLOV,
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Fevral 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see425

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see246

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see226

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see218

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see217

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see217

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see213

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see205

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see195

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see195

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see191

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see191

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see191

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see189

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see189

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see180

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see171

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see166

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see164

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri