Icma.az
close
up
RU
Qəsbkarlar qarşı qarşıya Erməni müxalifləri indi bir birini yeyir

Qəsbkarlar qarşı qarşıya Erməni müxalifləri indi bir birini yeyir

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda daxili siyasi çəkişmə: ittihamlar çoxalır, qütbləşmə dərinləşir

Ermənistanda daxili siyasi çəkişmələr yüksələn xətlə inkişaf edir. Bu dəfə qarşıdurma hakimiyyətlə müxalifət arasında yox, müxalifət qüvvələri arasında baş verir. Belə ki, sabiq prezidentlər – Robert Köçəryanla Serj Sarkisyanın tərəfdarları arasında sosial şəbəkələrdə və media müstəvisində qarşılıqlı çəkişmə yaşanmaqdadır. Səbəb isə hazırkı Nikol Paşinyan hökumətini kimin hakimiyyətə gətirməsi ilə bağlıdır.

Köçəryanın tərəfdarları hesab edirlər ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 2018-ci ildə hakimiyyətə gəlməsi Sarkisyan komandasının səhvləri nəticəsində mümkün olub. Arqument kimi bu səslənir ki, Sarkisyan ölkə başçısı, sonra isə Baş nazir olarkən siyasi səhvlər buraxıb, sosial-iqtisadi vəziyyət pisləşib və nəticədə xalq ayağa qalxıb. Bundan sonra etirazları yatırmaq üçün Sarkisyan tədbirlər görmədən hakimiyyəti Paşinyana təhvil verib. Sarkisyan tərəfdarları isə bu ittihamlarla razılaşmayaraq, Ermənistanda sosial-iqtisadi vəziyyətin Köçəryan hakimiyyəti dövründən miras qaldığı arqumenti ilə cavab verirlər.

Düzdür, nə Köçəryan, nə də Sarkisyan məsələ ilə bağlı bir-birlərinə qarşı ittiham irəli sürməyiblər. Məsələn, fevralın 17-də keçirdiyi mətbuat konfransında Köçəryan Sarkisyanla arasında heç bir problem olmadığını bildirib. Amma birləşməmələrinin səbəbi belə bir addımın effektli olmamasıdır. Bunun fonunda Sarkisyanın Respublika Partiyasında olan müavini Armen Aşotyan və Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyanın tənqidi bəyanatları səsləndirilib. Bundan sonra çoxsaylı müzakirələr və mübahisələr başlayıb.

Müxaliflər arasındakı siyasi çəkişmələr isə Ermənistanda qütbləşməni dərinləşdirməkdədir. Erməni analitiklər hesab edirlər ki, keçmiş prezidentlərin komandalarının qarşı-qarşıya gəlməsi Paşinyanın planıdır.

“Keçmiş prezidentlərin tərəfdarları arasında indiki qarşıdurma Ermənistan üçün yaxşı heç nə vəd etmir”, deyən erməni politoloq Suren Surenyants ikinci və üçüncü prezidentlərə öz tərəfdarlarını “cilovlamağı” və gələcək qütbləşmənin qarşısını almağı tövsiyə edib. Analitik “Sputnik Ermənistan” multimedia mərkəzində keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, Köçəryan və Sarkisyanın silahdaşları arasında Paşinyanı hakimiyyətə hansının gətirməsi ilə bağlı gedən hazırkı qızğın debat nə ölkəyə, nə də müxalifətə yaxşı heç nə vəd etmir. Onun sözlərinə görə, Paşinyanın bu qarşıdurmada moderator olmağa çalışacağına işarələr var.

Qeyd edək ki, martın 10-da Baş nazir sosial media hesabında bir neçə paylaşım edib və orada Köçəryanla Sarkisyanın tərəfdarları arasında yaranmış mübahisəyə kifayət qədər sərt və istehzalı şəkildə toxunub. Paşinyan , keçmiş liderləri “müddəti bitmiş fiqurlar” və “qəsbkarlar” adlandırıb.

“Mən hörmətli müxalifətçi həmkarlarıma məsləhət görərdim ki, Paşinyanı hakimiyyətə kimin gətirməsinə deyil, onu bu hakimiyyətdən necə uzaqlaşdırmağa diqqət etsinlər”, - politoloq bildirib.

Erməni siyasi fəal, bloger Natali Aleksanyan isə bildirir ki, “Qarabağ klanı” adlandırılan müxaliflərin bir-birinə qarşı ittihamları gözlənilən idi: “Bu insanlar hər zaman dövləti və dövlətçiliyi deyil, öz ciblərini, maddi maraqlarını düşünüblər. İndi aralarında gedən mübahisə isə niyə Ermənistanı daha çox talamağa, müflisləşdirməyə imkan verilməməsinin əsəbindən qaynaqlanır. Onlar bir-birini Ermənistanın düşdüyü vəziyyətə görə deyil, qazanc mənbəyindən məhrum olduqları üçün qırırlar”.

Müxalif qüvvələrin Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bir araya gəlməklə bağlı çağırışlara gəlincə isə Aleksanyan deyib ki, bu, mümkün deyil: “Onlar birləşsələr də, Paşinyanı devirə bilməyəcəklər. Çünki erməni xalqı bu iki qəsbkarın niyyətlərinin fərqindədir. Ermənilər bu adamları tanıyır, onların rəhbərliyi altında uzun illər zülm içərisində yaşadıqlarını unutmayıblar. Ümumiyyətlə, Ermənistanda hazırkı müxalif qüvvələri dəstəkləyən 5-6 faizdir ki, bununla hakimiyyətə gəlmək mümkünsüzdür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 Mart 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri